Səd əl-Səltənə karvansarası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir.[4][5]
Səd əl-Səltənə karvansarası | |
---|---|
36°16′08″ şm. e. 50°00′02″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Qəzvin |
Yerləşir | Qəzvin ostanı[1] |
Tikilmə tarixi | XIX əsr |
Sahəsi | |
Material | kərpic[3] |
Kateqoriya | karvansara |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.