Monir Vəkili

From Wikipedia, the free encyclopedia

Monir Vəkili

Monir Vəkili (fars. منیر وکیلی, 19 dekabr 1923, Təbriz28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir.

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Monir Vəkili
fars. منیر وکیلی
Thumb
Ümumi məlumatlar
Doğum tarixi 19 dekabr 1923(1923-12-19)
Doğum yeri
Vəfat tarixi 28 fevral 1983(1983-02-28) (59 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti incəsənət xadimi, opera müğənnisi, musiqi direktoru[d], televiziya prodüseri[d]
Fəaliyyət illəri 1958–1983
Janr opera
Səs tembri soprano
Təhsili
monirvakili.com
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir[1]. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir.

Fəaliyyəti

Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir. O, 1955–1957-ci illərdə Tehran Milli Musiqi konstervatoriyasının solisti olmuşdur. 1955–1956-cı illərdə isə Fransız institutu və Rumınya səfirliyinin hazırladığı yaradıcılıq gecələrində çıxış etmişdir. Onun ən böyük məqsədi ölkəsini beynəlxalq arenada tanıtmaq idi.

Təhsilini tamamlayıb İrana qayıdan sənətçi 1975-ci ildə İranın ilk rəsmi operasını yaratmışdır. 1951-ci ildə Monir Vəkili Berlin Gənclik Festivalında iştirak edərək qalib oldu və 1975-ci ildə "Füruğ Farruxzad" mükafatına layiq görüldü. 1958-ci ildə onun "İranlıların musiqi və rəqsləri" adlı albomu işıq üzü görmüşdür.

Həmçinin bax

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.