From Wikipedia, the free encyclopedia
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor.
Füruğ Fərruxzad | |
---|---|
fars. فروغ فرخزاد | |
Doğum adı | Füruğzaman Fərruxzad |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Vəfat səbəbi | Yol-nəqliyyat qəzası |
Dəfn yeri | |
Vətəndaşlığı | İran |
Milliyyəti | fars |
Fəaliyyəti | şair, aktrisa, kinorejissor |
Əsərlərinin dili | farsca |
forughfarrokhzad.org/ind… | |
Vikianbarda əlaqəli mediafayllar |
Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan"). Cüzam xəstəliyindən əzab çəkənlərdən bəhs edən bu film Təbrizdə çəkilib və tezliklə bütün dünyada şöhrət qazanıb. Füruğ Fərruxzad xəstə bir uşağı oğulluğa götürüb. 1963-cü ildə "Başqa bir doğuluş" adında son şeirlər məcmuəsini nəşr etdirib.
Füruğ Fərruxzad 1967-ci ildə avtomobil qəzasında həlak olub. Uşaqlarla dolu avtobusla toqquşmamaq üçün o idarə etdiyi maşını divara çırpıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Fərruxzadın əsərləri Azərbaycan dilinə Səməd Behrəngi tərəfindən tərcümə edilib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.