From Wikipedia, the free encyclopedia
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əsədullah Bayat | |
---|---|
Əsədullah Bayat Zəncani | |
Doğum tarixi | |
Doğum yeri |
Zəncan İran |
Fəaliyyəti | siyasətçi |
bayatzanjani.net |
Ayətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb. İran inqilabından sonra 3 dəfə Zəncandan İran parlamentinin üzvü seçilib. Üçüncü seçkidən sonra parlamentdə naib-rəis kimi çalışdı. İctihadda açıq baxışı və çağdaş olaylardan vaz keçməməsi onun ictihadi nəzərlərinin özəllikələrindəndir.
Zəncandakı ustadları:
Qumdakı ustadları:
Əsədullah Bayat İranda yaşayan Azərbaycan türklərinin haqları barədə, habelə Qarabağın ermənilər tərəfindən işqal olunmasına görə fitva verib. Fitvada türklərin öz hüquqi haqlarını almaqda lazımi işləri görməkdə mucaz sayılıblar. Qarabağ işğalını isə qəbul olunmaz bilərək bütün müsəlmanları o torpaqların azad edilməsinə yardım göstəməyə çağırıb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.