From Wikipedia, the free encyclopedia
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir.
Qara cəngavər | |
---|---|
ing. The Dark Knight | |
| |
Janr | döyüş, macəra |
Əsas mövzu | terrorizm |
Rejissor | Kristofer Nolan |
Prodüserlər |
Emma Tomas Çarlz Roven Kristofer Nolan |
Əsərin müəllifləri |
DC Comics Yaradıcılar: Bob Keyn Bill Finqer |
Ssenari müəllifləri |
Conatan Nolan Kristofer Nolan Hekayə: Kristofer Nolan Devid Qoyer |
Baş rollarda |
Kristian Beyl Maykl Keyn Hit Ledcer Qari Oldmen Eyron Ekhart Meqqi Cillenhol Morqan Friman |
Operator | Uolli Pfister |
Bəstəkarlar |
Hans Zimmer Ceyms Nyuton Hovard |
İstehsalçılar |
Legendary Pictures Syncopy Films DC Comics Distribütor: Warner Bros. Pictures |
Distribütor | Warner Bros., InterCom[d], Netflix |
İlk baxış tarixi |
14 iyul 2008 (Nyu-York) 18 iyul 2008 (ABŞ) 24 iyul 2008 (Böyük Britaniya) |
Müddət | 152 dəq.[1] |
Büdcə | 185 milyon $[2] |
Gəlir | 1,005 milyard $[2] |
Ölkələr |
Birləşmiş Krallıq[3] ABŞ[3] |
Dil | ingilis dili |
İl | 2008 |
Əvvəlki film | Betmen: Başlanğıc |
Sonrakı film | Qara cəngavər: Əfsanənin dirçəlişi |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles, Çikaqo, Honkonq |
IMDb | ID0468569 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir.[4][5] Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur. Warner Bros. "Qara cəngavər" filmi üçün virus marketinqi kampaniyası başlatmış, Ledcerin Coker kimi təsvir olunduğu skrinşotların yer aldığı reklam saytları və treylerlər hazırlamışdır.
ABŞ və Böyük Britaniyanın birgə istehsalı ilə çəkilmiş "Qara cəngavər" filmi 16 iyul 2008-ci ildə Avstraliyada, 18 iyul 2008-ci ildə Şimali Amerikada və 24 iyul 2008-ci ildə Böyük Britaniyada ekranlara buraxılmışdır. Film tənqidçiləri tərəfindən film 2000-ci illərin ən yaxşı filmlərindən biri və bütün dövrlərin ən yaxşı superqəhrəman filmlərindən biri kimi qiymətləndirilmiş[6][7] və bir çox müsbət rəylər almışdır.[8] "Qara cəngavər" 2008-ci ilin Top-10 siyahılarında (287 siyahı) ən çox göstərilmiş ("VALL-İ" filmi istisnadır) filmdir.[9] 77 tənqidçi filmi 2008-ci ilin ən yaxşı filmi adlandırmışdır və bu göstərici həmin ilin ən yaxşı göstəricisi olmuşdur. Filmdən bütün dünyada əldə olunan gəlir 1 milyard dollardan çox olmuşdur.[10] Film bu göstəriciyə görə bütün dövrlərin ən çox gəlir əldə etmiş 24-cü filmidir. "Qara cəngavər" səkkiz nominasiyada Oskar mükafatına laureat göstərilmişdir: film "Ən yaxşı səs montajına görə", Ledcer isə ölümündən sonra "Ən yaxşı ikinci plan kişi roluna görə" Oskar mükafatına layiq görülmüşdür.[11] Qara Cəngavər trilogiyasının sonuncu filmi — "Qara cəngavər: Əfsanənin dirçəlişi" filmi 20 iyul 2012-ci ildə ekranlaşdırılmışdır.
Bir cinayətkar qruplaşma Qotem şəhərində başqa cinayətkarlara məxsus banka soyğun təşkil edirlər. Soyğunçular bir nəfər — Coker qalana qədər bir-birilərini öldürürlər. Coker pulları götürüb aradan çıxır.
Betmen, dairə prokuroru Hervi Dent və leytenant Cim Qordon Qotem şəhərini cinayətkarlıq bataqlığından qurtarmaq üçün güclərini birləşdirirlər. Brüs Ueyn Dentin idealist düşüncələrindən təsirlənir və ona işini davam etdirməyi təklif edir. Brüs inanır ki, Qotemin yeni qoruyucusu olacaq Dentin sayəsində Betmen olmaqdan qurtulacaq və Reyçel Deyvs ilə (Dent ilə görüşməsinə baxmayaraq) normal həyatı olacaq.
Cinayətkar qruplaşmaların bossları Sal Maroni, Qambol və Çeçen pullarını götürüb Honkonqa qaçan Lau ilə videokonfrans təşkil edirlər. Videokonfransa dəvətsiz gələn Coker onların müzakirəsini yarımçıq qoyur, Betmenin qanun qarşısında azad hərəkət etdiyini və pulların yarısı qarşılığında Betmeni öldürə biləcəyini bildirir. Qambol Cokeri yaxalayana pul vəd edir, amma əvəzində Coker onu öldürür və dəstənin nəzarətini ələ keçirir. Cinayətkarlar sonda Cokerin təklifini qəbul etməyə məcbur olurlar.
Betmen Honkonqa səyahət edərək Launu yaxalayır, onu Qotemə gətirib cinayətkarlara qarşı ifadə verməyə məcbur edir. Nəticədə Dent bütün cinayətkarları həbsə sala bilir. Coker Betmen əsl şəxsiyyətini açıqlamayacağı təqdirdə insanları öldürməyə davam edəcəyini bildirir və onun ilk qurbanları polis komissarı Qillian Loeb və məhkəmə hakimi olur. Coker mer Antoni Qarsiyanı da öldürməyə cəhd edir, amma Qordon özünü qurban edərək sui-qəsdin qarşısını alır. Dent növbəti hədəfin Reyçel olduğunu öyrənir.
Brüs gizli şəxsiyyətini ictimaiyyətə açıqlamaq qərarına gəlir, amma onu qabaqlayan Dent özünü Betmen kimi qələmə verir. Dent həbsə aparılır, amma Coker peyda olur və polis karvanına hücum edir. Betmen Dentin köməyinə gəlir və özünü ölü kimi qələmə verən Qordon Cokeri həbs edir, komissar rütbəsinə yüksəlir. Reyçel və Dent cinayətkarlar tərəfindən qaçırılırlar. Betmen Cokeri sorğu-suala tutur, məlum olur ki, Reyçel və Dent partlayıcı maddələrlə təchiz olunmuş iki müxtəlif yerdədirlər. Betmen Reyçeli xilas etməyə gedir, Qordon isə Dentin dalınca gedir. Betmen binaya çatanda başa düşür ki, Coker ona Reyçelin yox, Dentin gizlədildiyi yeri deyibmiş. Hər iki bina partlayır, Reyçel ölür, Dentin üzünün benzinə bulanmış yarısı isə yanır. Coker Lau ilə birlikdə həbsxanadan qaçır.
Wayne Enterprises şirkətinin mühasibi Koulmen Riz Brüs Ueynin Betmen olduğu nəticəsinə gəlir və bu məlumatı ictimaiyyətlə bölüşmək qərarına gəlir. Coker cinayətkarlara və Lauya məxsus pulları yandırır və Çeçeni öldürür. Daha sonra Koulmen Rizi öldürməyəcəkləri təqdirdə şəhərin hansısa xəstəxanasını partladacağını bildirir. Qordon bütün xəstəxanaları boşaltmaq əmrini verir və Rizin təhlükəsizliyini təmin edir. Coker Denti xəstəxanada tapır və onu Reyçelin qisasını alması üçün manipulyasiya edir. Coker xəstəxananı partladır və qaçır. Dent isə Reyçelin ölümündə məsuliyyət daşıyan bir əyyaşı, Maroni və sürücüsü, iki polis nəfərini öldürür.
Coker iki bərəyə partlayıcı maddələr yerləşdirir: bir bərədə məhbuslar, digərində adi vətəndaşlar var. O, onlara gecə yarısına qədər hər iki gəmini göyə sovuracağını deyir, amma əgər onlardan biri digər bərəni partlatsa, həmin bərəni partlatmayacağını bildirir. Betmen Lusius Foksun istəksiz köməyi ilə sonar alətlə Cokerin yerini tapır. Gəmidəkilər bir-birilərini göyə sovurmaqdan imtina edirlər, Betmen Cokeri həbs edir. Polislər Cokeri həbsə apararkən Coker Dentin qəzəbinin ictimaiyyətə məlum olmasından sonra insanların ümidlərini itirəcəklərinə görə sevinir.
Qordon Reyçelin öldüyü binaya gəlir. Orada Dent püşk yolu ilə Betmenin və özünün bəxtini sınayır. O, özünü öldürmür, Betmenə atəş açır, Qordonun oğlunu öldürmək istəyir, amma qoruyucu zireh geyinən Betmen onu binadan ataraq öldürür. Betmen Qordonu Dentin qəhrəman surətini qorumağa və onun törətdiyi qətllərin Betmen tərəfindən törədildiyini göstərməyə razı salır. Polislər Betmenin dalınca düşürlər, Qordon Bet-siqnalı məhv edir, Foks sonar aləti məhv edir və Alfred Penniourt Reyçelin Dentlə evlənəcəyini bildirdiyi məktubu yandırır.
Filmdə Nidiya Rodrigez Terrasina – Hakim Cenet Surrillo, Kiçik Tom Layster – qarnına bomba yerləşdirilmiş məhbus, Uilyam Fiiçtner – Qotem Milli Bankının meneceri, Sillian Mörfi isə kameo kimi Dr. Conatan Kreyn/ Qorxuluq obrazlarını canlandırır.[56]
Musiqiçi Duayt Yoakama filmdə menecer və ya satqın polis rolunu canlandırmaq təklif edilsə də, o, imtina edərək "Dwight Sings Buck" albomu üzərində çalışmışdır.[57] Betmenin fanatı olan, 1997-ci ildə çıxarılmış "Betmen və Robin" filmində rol almış, həmçinin "Betmen:Animasiya serialı"nda Brüs Veyn obrazını səsləndirmiş ABŞ senatoru Patrik Lehi bu filmdə Brüs Veynin qonaqlığında iştirak etmişdir.[58] "Alkaline Trio" pank qrupunun rəhbəri Mett Skiba filmdə kiçik rolda görünmüşdür.[59]
—Nolan, yüksəliş mövzusu haqqında[16]
"Betmen: Başlanğıc" filminin yayımlanmasından əvvəl ssenarist Devid Qoyer Coker və Hervi Dent personajlarının tanıdıldığı iki sikvel üçün ssenari yazdı.[60] Devidin əsl məqsədi Cokerin üçüncü filmdə Denti İki-üzə çevirdiyini göstərmək idi.[61] Qoyer film üçün ilk ssenari yazanda 13 seriyadan ibarət "Betmen: Uzun Hellouin" komiks seriyasının hekayəsindən bəhrələndi.[38] Qoyer ilə Los-Ancelesdə görüşən veteran Betmen rəssamı Nil Adamsa görə Qoyerin yazdığı ssenari Adams və Dennis O'Nilin 1971-ci ildə yazdığı "Cokerin qisasının beş yolu" ("Betmen" #251) hekayəsinə toxunurdu. Bu hekayədə Adams və O'Nil oxucuları Coker personajı ilə yenidən tanış etmişdilər.[62] İkinci filminin rejissoru olub-olmamaq məsələsində tərəddüd edən Nolan Coker personajını tamaşaçılara ekran qarşısında yenidən başa salmaq istədi.[17] 31 yanvar 2006-cı ildə Warner Bros. rəsmən davam filminin "Qara cəngavər" adlanacağını açıqladı;[63] Bu ilk Betmen filmi idi ki, filmin adında "Betmen" sözü yox idi.[64] Nolan bununla əlaqədar "Filmin adı xüsusilə seçildi. Bu ad işlərin yaxşıya doğru getməsindən əvvəl yolundan çıxmasını simvolizə edir" dedi.
Bir çox araşdırmadan sonra Nolanın qardaşı və köməkçi ssenaristi Conatan Nolan Cokerin "Betmen" komiksinin ilk sayındakı (1940) ilk iki çıxışını ağlına gətirdi və bu, ona həlledici təsir göstərdi.[23] Coker personajının yazılmasından əvvəl Kristofer Conatana Fritz Lanqın 1933-cü il istehsalı "Həkim Mabuzenin vəsiyyəti" filmini izlətdirdi. Cokerin həkim Mabuzeninin bəzi xüsusiyyətlərini daşıması bununla əlaqədar idi.[65][66][67] Kristofer Nolan Lanqın filmi haqqında bu fikri səsləndirdi: "supercinayətkar yazmaq istəyən hər hansı şəxs üçün lazımi araşdırma".[68] Personajın təsviri üçün Cokerin yaradıcılarından biri olan Cerri Robinzondan məsləhət alındı.[69] Nolan qərara gəldi ki, Cokerin köklərinin dərinliklərinə enməsin, əvəzində isə onun gücünün yüksəlişini göstərmək istəyirdi. Nolan MTV News-a açıqlamasından deyir: "Qara cəngavər filminin Cokeri tamamilə formalaşdırılıb… Mənim üçün Coker mükəmməldir. Onun üçün bozun çalarları yoxdur, bənövşəyinin çalarları ola bilər. O, ağlagəlməyəcək dərəcədə qaranlıqdır".[70] Nolan IGN-yə müsahibəsində isə bu fikirləri söylədi: "Biz heç vaxt Coker üçün kök hekayəsi yazmaq istəmədik," çünki "Hervi Dentin hekayəsini daha çox göstərdik. Cokerin təqdimatı konkretdir. O, filmin qorxu elementidir, həmçinin də ən vacib elementi, amma biz onun yüksəlişini ələ almaq istədik, köklərini deyil".[23] Nolan yadına salır ki, Cokerin bəzi dialoqlarında, hansında ki, Coker düzgün şərait yaradıldıqda hər kəsin onun kimi ola biləcəyini qeyd edir,[71] "Betmen: Öldürən zarafat" komiksindən istifadə edib. O, "çox böyük şəhər hekayəsini nəql etmək"də kömək etdiyi üçün "Mübarizə" (1995) filmini "bir növ ilham" kimi qeyd edir: "Əgər sən Qotemi üzərinə götürmək istəyirsənsə, sən orada Qotemə bir növ ağırlıq, genişik və dərinlik vermək istəyirsən".[23]
Nolana görə davam filminin ən vacib mövzusularından biri "yüksəliş"dir. "Betmen: Başlanğıc" filminin sonunda "yaxşı şeylər baş verməmişdən qabaq pis şeylərin baş verdiyini" qeyd edir.[72] "Betmen: Başlanğıc" filmindəki ədalət intiqama qarşı, Brüs Ueynin atası ilə bağlantıları kimi mövzular "Qara cəngavər"də də davam etdi.[73] Nolan həmçinin Ueynin "Betmen: Başlanğıc" filmində tam inkişaf etdirə bilmədiyi detektivlik bacarığının bu filmdə vurğulacağını bildirdi.[14] Nolan Brüs Ueyn ilə Hervi Dent arasındakı səmimi rəqabətin filmin "onurğa sütunu" adlandırdı.[70] O, həmçinin bütün hekayənin ana xəttinin üstündən keçməyi seçdi. Bunun üçün Hervi Dentin "Qara cəngavər"də İki-üz olmasına imkan yaratdı. Beləcə də, simpatiya doğurmayan Cokerin verə bilməyəcəyi emosional elementlər verəcəkdi.[71] Nolan "Qara cəngavər" başlığının sadəcə Betmen üçün deyil, düşmüş "ağ cəngavər" Hervi Dent üçün də istinad olduğunu təsdiq etdi.[74]
2006-cı ilin oktyabrında çəkiliş məkanı axtarışları zamanı məkan üzrə menecer Robin Hiqqs sahil şəhəri Liverpulu ziyarət etdi. Çəkiliş məkanı kimi istifadə olunmağa namizəd olan digər yerlər Yorkşir, Qlazqo və Londonun bir neçə bölgəsi idi.[75] 2006-cı ilin avqustunda filmin prodüserlərindən biri Çarlz Roven əsas çəkilişlərin 2007-ci ilin martında başlayacağını bildirdi,[76] amma çəkilişlər üçün aprel ayı seçildi.[77] IMAX kinoteatrlarında yayımlanması üçün Nolan bu formatda dörd əsas kadr çəkdi. Bu kadrlara Cokerin açılış səhnəsindəki bank qarəti kadrı və maşın təqibi kadrı da daxil idi. Hesab olunur ki, "Qara cəngavər" ilk dəfə olaraq, qismən də olsa, bu formatda çəkilən ilk bədii filmdir.[78] Qeyri-IMAX 35 mm kadrları üçün istifadə olunmuş kameralar Panavision's Panaflex Millennium XL və Platinum idi.[79]
Kristofer Nolan 15 il istəyirdi ki, IMAX formatında film çəksin. O, həmçinin bu formatdan "bizim maraqlı olacağını düşündüyümüz sakit kadrlar"[70] üçün istifadə etdi. IMAX kameralarının istifadəsi film istehsalçıları yeni çətinliklər yaratdı: kameralar standart kameralardan daha böyük və ağır idi,[80] çox səs çıxarması dialoqların yazılmasında çətinliyə səbəb olurdu. Bundan əlavə, kameraların qısa film yükləri vardı: 30 saniyədən 2 dəqiqəyə qədər dəyişirdi.[80] Kinoplyonkanın dəyəri isə standart 35mm filmindəkindən çox idi.[81] Bununla belə, Nolan arzu edirdi ki, mümkün olsa, bütün filmi IMAX formatında çəkə bilsin: "Əgər sən IMAX kamerasını Everest dağına və ya uzaq kosmosa apara bilirsənsə, bədii filmdə də ondan istifadə edə bilərsən".[82] Bundan əlavə, Nolan kinoneqativ vasitəsilə bəzi IMAX kadrlarına montaj tətbiq etməyə qərar verdi. Beləcə, generasiya itkisi aradan qalxırdı, bu kadrların keyfiyyəti isə artırdı.[83]
Warner Bros. filmi 13 həftə ərzində Çikaqoda çəkmək qərarına gəldi, çünki Nolanın "Betmen: Başlanğıc" filminin çəkilişləri zamanı burada "doğrudan da, gözəl təcrübəsi" vardı.[84][85] Çikaqo ticarət palatası binasını "Betmen: Başlanğıc" filmində olduğu kimi[86] Wayne Enterprises-in qərargahı kimi istifadə etmək əvəzinə Riçard Deyli mərkəzindən istifadə olunmağa qərar verildi.[87] Çikaqodakı çəkilişlər başlayana qədər filmə səhvən "Rorinin ilk öpüşü" adı verildi, amma sonda yerli kütləvi informasiya vasitələri bu nömrəni gün üzünə çıxardı.[88] "The Chicago Sun-Times"-dan Riçard Roper bu üsulun axmaqlığı haqqında "Bu dünyada Çikaqoda çəkilən "Rorinin ilk öpüşü" filminin əslində "Qara cəngavər" olduğunu anlamayan Yarasa fanatı varmı?" dedi.[89] "Qara cəngavər" filminin istehsalı Çikaqo şəhərinə 45 milyon dollar qazandırdı və minlərlə iş yaradıldı.[90] Cokerin daxil olduğu proloq səhnəsi 18 aprel 2007-ci ildən 24 aprel 2007-ci ilə qədər Çikaqoda çəkildi.[91][92] Onlar çəkilişlər üçün bir də 9 iyun 2007-ci ildə qayıtdılar və burada çəkilişlərə sentyabrın əvvəlinə qədər davam etdilər.[90] "Betmen: Başlanğıc" filmindən fərqli olaraq Çikaqo şəhərini maskalamaq üçün gözəçarpacaq dərəcədə daha az CGI istifadə olunmuşdu. Çəkiliş yerləri kimi bir çox görkəmli yerdən istifadə olundu: Uillis Tauer, Neyvi Piyer, 330 Nort Uoboş, Ceyms Tompson mərkəzi, Beynəlxalq Tramp oteli və qülləsi, LaSalle küçəsi, "The Berghoff" restoranı, Randolf küçə stansiyası və Otel 71. Keçmiş "Brach's" fabriki Qotem xəstəxanası kimi istifadə olundu. Bank soyğunu səhnəsi üçün keçmiş Van Buren küçəsi poçt ofisi Qotem Milli Bankı ilə əvəzləndi. Maşın təqibi səhnəsi daxil olmaqla bir neçə səhnə Uoker Drayv küçəsində çəkildi.[87][93] Marina Siti qülləsi də film boyunca arxaplanda göründü.[87]
London yaxınlığındakı Pinewood Studios istehsal üçün istifadə olunmuş əsas studiya boşluğu idi.[94] Betmobil üçün bir neçə planı olan texnik Konuey Uikliff 2007-ci ilin sentyabrında İngiltərədə avtombil qəzası nəticəsində öldü.[95] Beləliklə, film həm Ledcerə, həm də Uikliffə ithaf olundu.[31] Restoran səhnəsi Londondakı Pikadilli meydanında yerləşən "Criterion" restoranında çəkildi.[96]
Ertəsi ay Londondakı keçmiş Battersi elektrik stansiyasında 200 alov topu ilə, deyilənə görə açılış səhnəsi üçün aparılan çəkilişlərdə yerli sakinlər terror hücumu olduğunu zənn etdilər.[97] Bənzər hadisə Çikaqodakı çəkilişlər zamanı Qotem xəstəxanası rolunda çıxış edən "Brach's" şəkər fabrikinin partladılması zamanı baş vermişdi.[98]
Honkonqdakı çəkilişlər 6 noyabrdan 11 noyabr 2007-ci ilə qədər Mərkəzin müxtəlif yerlərində baş tutdu. Betmenin Launu yaxaladığı səhnə üçün Honkonqun ən hündür binası olan Beynəlxalq Maliyyə Mərkəzindən istifadə olundu.[99][100][101] Çəkilişlər üçün vertolyotlar və C-130 təyyarəsi kirayəyə götürüldü.[99] Rəsmilər mümkün səs çirklənməsi və tıxac haqqındakı narahatlıqlarını ifadə etdilər.[100] Ardından şəhər sakinlərinə səs səviyyəsinin aşağı tutulacağına dair söz verilən məktublar yollandı.[99] Ətraf mühiti qorumağa çalışanlar istehsalçıların film üçün bina işıqlarını bütün gecə açıq tutmalarını enerji istrafı kimi qiymətləndirdi.[100] Kinematoqraf Uolli Pfister şəhər məmurlarını "kabus" adlandırdı, amma Nolan Betmenin göydələndən tullanış səhnəsini çəkmək məcburiyyətində idi.[30]
Kostyum dizayneri Lindi Hemminq Cokerin görünüşünün onun şəxsiyyətini əks etdirdiyini dedi: "O, qətiyyən özünün qayğısına qalmır". Lindi onu avara kimi dizayn etməkdən çəkindi, amma bununla belə ona "səliqəsiz, aşınmış" görünüş verdi: "Sən onun hərəkət etdiyini görəndə, o bir az hirslidir".[17][26][26] Nolan qeyd edirdi ki, onlar onun sifətinə Frensis Bekon effekti vermişdilər: "O çirklidir. Sən onun nə iy verdiyini də təsəvvür edə bilərsən".[102] Cokerin "anarxist" görünüşü yaradılarkən Hemminq qarşı mədəniyyət rəssamları — Pit Doerti, İqqi Pop və Con Laydondan ilham aldı.[103] Ledcer üç hissədən ibarət "kloun" maskasını "yeni texnologiya" adlandırdı. Vizajistlər bu maskanı üzə tətbiq etmək üçün bir saatdan az vaxt sərf edirdilər, bu isə ənənəvi protez üsulundan daha az vaxt aparırdı.[17][104]
Hemminq və Ledcerin Coker dizaynı populyar və siyasi mədəniyyətə də təsir göstərmişdir və öz-özlüyündə mem olmuşdur. Cokerin populyar və siyasi mədəniyyətdə buraxdığı izlərdən biri kimi Barak Obamanın Coker posterini göstərmək olar.[105]
Dizaynerlər əvvəlki filmdə istifadə olunmuş Betmen kostyumunu inkişaf etdirdilər. Kostyumun Beyl üzərində daha yaxşı oturması üçün ona elastik sarğı əlavə olundu. Daha müasir texnologiyadan istifadə olunmağa çalışıldı. Kostyum 200 parça rezindən, şüşə-lifdən, metal tordan və neylondan ibarət idi. Kostyuma bitişik olan yeni başlıq motosiklet kaskasına əsasən düzəldi və Beylin başını sağa-sola və aşağı-yuxarı hərəkət etdirməyə imkan yaradacaq şəkildə boyun nahiyəsindən ayrılırdı.[106] Başlığa digər bir xüsusiyyət də əlavə olundu: personaj sonar detektorundan istifadə edərkən gözlərinin üzərində ağ linzalar görünürdü. Bu, Betmene komiks və cizgi filmlərdəki ağ gözlü görünüşü verirdi.[107] Əlcəklərin isə yığılabilən ülgücləri vardı və ülgücləri uzaq məsafələrə göndərmək mümkün idi.[106] Yeni kostyumunun əvvəlkindən 8 funt ağır olmasına baxmayaraq Beyl kostyumun daha rahat olduğunu və geyinərkən isti hiss etmədiyini bildirdi.[14] "Betmen: Başlanğıc" filminə nisbətən Qotemin təsviri daha az sərt idi. Dizayner Natan Krouli deyir: "Biz keçən filmdə yaratdığımız Qotem şəhərini yenidən qurmağa çalışdıq. Qotem xaos içərisindədir".[16]
Filmdə Betsayklın bir növü olan Betpod istifadə olundu. "Betmen: Başlanğıc" filmində Betmobili dizayn edən istehsal dizayneri Natan Krouli baş verəcək mümkün qəzaları və insidentləri nəzərə alaraq filmin istehsalı zamanı xüsusi effekt koordinatoru Kris Korboldun da köməyi ilə Betpodun altı modelinin dizaynını hazırladı.[108] Təhlükəsizlik testlərinin keçirilməsindən altı ay əvvəl Krouli Nolanın qarajında Betpodun prototipini hazırlamışdı.[14] Betpod əl əvəzinə dirsəklə idarə olunurdu və sürücünün qolları muftayabənzər qalxanlar tərəfindən qorunurdu. Betpod 508 mm ölçüsündə olan ön və arxa təkər şinlərinə malik idi, elə hazırlanmışdı ki, qarmaqlarla, toplarla, odlu silahlarla təchiz olunduğu hiss edilsin. Mühərrik motosiklet təkərlərinin çarx topuna yerləşdirildi və Betpodun çəninin hər iki hissəsindən 1067 mm aralı yerləşirdi. Sürücü ona edilən atəşlərdən yayınmaq üçün Betpodu geri və irəli hərəkət etdirə bilərdi. Təhlükəli səhnələrin çəkilişləri zamanı Beyli kaskadyor Jan-Pyer Qoy əvəz etdi.[108] Betpod sürmək üçün çox qeyri-stabil idi, Jan-Pyer Qoy yeganə kaskadyor idi ki, Betpodu rahat sürə bilirdi. Hətta Jan Betpodu sürmək üçün "motosiklet sürməyi unutmalı olduğunu" bildirdi. Beyl Betpod çəkilişlərində özü iştirak etməkdə təkid etsə də, çəkiliş heyəti onun təhlükəsizliyini təmin etmək məqsədilə bunu ona qadağan etdi.[109]
Nolan İki-üzün sifətinin narahatlıq doğuracaq şəkildə görünməsini istədi: "Biz onun sifətinin ifrat versiyasına baxanda, sifət daha vahiməli və real görünür. Sən "Karib dənizinin quldurları" kimi filmə baxanda, daha qeyri-real, daha müfəssəl vizual effektlər görürsən və mən bunun daha qüdrətli və daha az iyrənc göründüyünü düşünürəm".[110] Framestore şirkəti İki-üzün sifətinin yaralı hissəsi üçün 120 kompüter animasiyalı çəkiliş təşkil etdi. Nolan düşündü ki, qrimdən istifadə etmək sifəti realistik göstərməyəcək və yanğından zərər gördüyü hiss olunmayacaq. Framestore personajın daha dramatik görünməsi üçün sümüklərin, oynaqların, əzələlərin vəziyyətləri üzərində yenidən işləməli olduğunu bildirdi. Hər çəkilişdə Eyron Ekhartın performansını izləmək üçün müxtəlif bucaqlar altında yerləşdirilmiş 3 ədəd 720 piksel HD kameradan istifadə edildi. Ekhart xüsusi baş geyimi geyindi və üzünə markerlər yapışdırıldı. Çox az səhnə baş geyiminin iştirakı ilə çəkildi. Hervi Dentin üzünün bir hissəsinin yandığını çəkmək çətin idi, çünki sifətin ancaq bir yarısının yanması qeyri-realistik effekt verirdi.[111]
"Betmen: Başlanğıc" filminin bəstəkarları Hans Zimmer və Ceyms Nyuton Hovard davam filminin də bəstəkarları oldular. Bəstəkarlar işə başlamazdan qabaq Nolanın film çəkilişləri əsnasında iPod ilə səs yazdılar.[112] Coker üçün bəstələdikləri doqquz dəqiqəlik süita — "Why So Serious?" (azərb. Niyə belə ciddisən?) üçün iki notu əsas götürdülər. Zimmer stilini doğma ölkəsi Almaniyanın musiqi qrupu olan Kraftwerk ilə, eləcə də The Damned kimi musiqi qrupları ilə müqayisə etdi.[113] Zimmer, Ledcer öləndə yeni mövzu bəstələmək istədi, amma sentimental olmayacağını və "şər [Ledcer performansı] layihələri" ilə uzlaşa bilməyəcəyini düşünüb fikrini dəyişdi.[114] Ceyms Nyuton Hovard isə Hervi Dent üçün "incə" və "gözəl" temalar bəstələdi.[113]
2007-ci ilin mayında 42 Entertainment virus marketinq kampaniyası başlatdı: şirkət filmin "Why So Serious?" (azərb. Niyə belə ciddisən?) teqlaynından istifadə edərək veb-sayt açdı və saytda "I Believe in Harvey Dent" (ing. "Mən Hervi Dentə inanıram") başlığı ilə Hervi Dentin uydurma siyasi kampaniyasına yer verildi.[115] Saytın əsas məqsədi fanatların görmək istədikləri şeylər haqqında maraq oyatmaq idi. Warner Bros. şirkətinin adından çıxış edən 42 Entertainment "I Believe in Harvey Dent"-in vandal formasını yaratdı: "I Believe in Harvey Dent too" (ing. "Mən də həmçinin Hervi Dentə inanıram"). Burada göndərilən e-poçtlar sayəsində Cokerin ilk rəsmi şəkli aşkara çıxmışdı. Sonda bu, bir çox saydakı "Haha"-lar ilə və "Dekabr ayında görüşərik" gizli mesajı ilə əvəz olundu.[116]
2007-ci ildəki San Diego Comic-Con International tədbiri müddətində 42 Entertainment WhySoSerious.com ünvanında veb-sayt açdı. Sayt fanatları Cokerin yeni şəklini və tizer treylerini üzə çıxarmaq üçün çöpçü ovunda iştirak etməyə vadar edirdi.[117] 31 oktyabr 2007-ci ildə filmin saytında gizli mesajlarla dolu olan başqa çöpçü ovuna yer verildi. Fanatlar ABŞ-nin əsas şəhərlərinin müəyyən yerlərində tapmacaları həll etməli və kəşflərinin şəkillərini çəkməli idilər. Tapmaca açarlarının kombinasiyalı birləşəməsindən Cokerin yeni şəkli və filmdə "Bu gecə sən öz qanunlarından birini pozacaqsan" sözlərinin dediyi audio klipi ortaya çıxarırdı. Çöpçü ovunu tamamlamaq "Rory's Death Kiss" adlı digər sayta yönəlməyə səbəb olurdu ("Rory's First Kiss" (azərb. "Rorinin ilk öpüşü") başlığına istinad edilir).[118] Fanatlar bu sayta Coker kimi geyinib çəkdirdikləri şəkilləri göndərə bilərdilər.[119][120]
"Qara cəngavər" filminin açılış səhnəsi (Cokerin bankı qarət etdiyi səhnə) və filmin digər kadrları montaj edilərək 14 dekabr 2007-ci ildə yayımlanmış "Mən əfsanəyəm" filminin seçilmiş IMAX görüntüləri ilə birlikdə ekranlaşdırıldı.[70] Kinoteatr tizeri də "Mən əfsanəyəm" filminin qeyri-IMAX görüntüləri ilə yayımlandı (həmçinin rəsmi saytında).[121] Kinokadr 8 iyul 2008-ci ildə "Betmen: Başlanğıc" filminin Blu-ray Disc nəşri ilə yayımlandı.[122] Həmçinin 8 iyul 2008-ci ildə Direct-to-video animasiya filmi olan "Betmen: Qotem cəngavəri" ekranlaşdırıldı. Animasiya filminin istehsalında "Betmen: Başlanğıc" və "Qara cəngavər" filmlərindən istifadə oludu və animasiya filmində 6 orijinal hekayəyə yer verildi. Filmin rejissoru 1992-ci ilin "Betmen" cizgi serialının prodüseri Brüs Tim idi, Betmeni isə Kevin Konroy səsləndirdi. Coş Olson, Devid Qoyer, Brayan Azarello, Qreq Rukka, Cordan Qoldberq və Alan Burnet tərəfindən yazılmış bu hissələrin hər birinin öz səciyyəvi stili vardı.[123]
22 yanvar 2008-ci ildə Hit Ledcerin ölümündən sonra Warner Bros. bütün diqqətini Coker personajına yönəltdi.[124] Bunun üçün şirkət bəzi saytlarını yenidən gözdən keçirdi və filmin rəsmi saytında Ledcerə xatirəsinə uyğun şəkildə dəyişiklik edildi.[125] WhySoSerious.com saytında şəkil kollajının üzərinə qara lent əlavə olundu.[126] 29 fevral 2008-ci ildə I Believe in Harvey Dent saytı yeniləndi: fanatlar e-poçtları və telefon nömrələrini göndərə bilərdilər.[127]
2008-ci ilin martında Hervi Dentin uydurma kampaniyası üçün hazırlanan xəyali bölgə prokurorluğu namizədliyi üçün fanatların "Dentmobile" adını verdikləri avtobuslar müxtəlif şəhərlərdə səfərə çıxdı.[128]
15 may 2008-ci ildə "Six Flags Great America" və "Six Flags Great Adventure" tema parkları "Qara cəngavər" filmi üçün yeni Amerikan təpələri attraksionunu istifadəyə verdi.[129] Bu attraksion üçün 7,5 milyon dollar xərcləndi. Mattel şirkəti film üçün oyuncaqlar, oyunlar, ekşen-fiqurlar, stolüstü oyunlar, tapmaca-oyunlar, UNO kart oyunu, kostyumlar istehsal etdi və onların paylanmasına 2008-ci ilin iyununda başlanıldı.[130]
2008 Böyük Britaniya Qran-prisində yarışan Toyota Formula 1 komandasının avtomobilində "Qara cəngavər" filminin reklamı yer aldı. Warner Bros. şirkətinin beynəlxalq marketinq müdiri Su Kroll "Kampaniyanı çox tez başlatdıq. Filmə ilk baxış tarixindən 1 il öncə başladı. Əvvəlcə bir anons saytı quruldu. Sonra da tizer saytı yaradıldı. Kampaniyanın müxtəlif mərhələləri vardı, amma bu mərhələlərin hamısı da qışqırdıcı görünməli idi" dedi.[131]
"Qara cənagvər" filminin dünya premyerası Warner Bros. tərəfindən 14 iyul 2008-ci ildə Nyu-York şəhərində təşkil olunmuş, filmin IMAX ekranda təqdim edilməsindən əvvəl isə, bəstəkarlar Nyuton Hovard və Hans Zimmerin rəhbərliyi ilə orkestr film musiqisindən bəzi hissələri səsləndirmişdir.[132] Filmin satışa çıxarılmasından əvvəl onun haqqında "çoxsaylı müsbət rəylər səsləndirilmiş, Hit Ledcerin Coker rolunda yaxşı olması bildirilmişdir."[133] 16 iyul 2008-ci ildə Avstraliyada satışa çıxarılmış film ilk gündəcə $2.3 milyon gəlir əldə etmişdir.[134]
ABŞ və Kanadada 4.366 kinoteatrda təqdim edilən film, 2007-ci ildə çıxarılmış "Karib dənizinin quldurları:Dünyanın sonu" filminin ən çox kinoteatrda təqdim edilmə rekordunu geridə qoymuşdur. Kinoteatrların sayına 94 IMAX kinotearda daxil idi ki, bu teatrlarda da film 9.200 ekranda təqdim edilirdi. Onlayn bilet satışı xidmətləri 3000 gecəyarısı şousuna və erkən açılış günü şoularına çoxsaylı biletlər satmışdılar. Açılış həftəsonu "Qara cəngavər" filminin təqdim edildiyi IMAX kinoteatrlarında bütün biletlər satılmışdı.[135]
Film tənqidçilər tərəfindən rəğbətlə qarşılanmışdır. "Rotten Tomatoes" aqqreqatorunda toplanmış 314 rəy əsasında 94% müsbət reytinq alan film, 8.6/10 balla qiymətləndirilmişdir. Saytın konsesusunda deyilir ki, "Qara mürəkkəb və unudulmazdır, "Qara cəngavər" yalnız komiks əsasında çəkilmiş uğurlu film deyil, həm də həyəcanla zəngin kriminal saqadır."[136] "Metacritic"də 39 tənqidçinin rəyi əsasında film 100 baldan 82 bal almışdır.[137] "CinemaScore" tərəfindən keçirilmiş sorğuda filmi izləyənlərA±dan F-ə kimi olan şkala əsasında filmi "A" ilə qiymətləndirmişlər. Sorğuda iştirak edənlərin əksər hissəsini orta yaşlı insanlar və kişilər təşkil etmişdir.[138]
"Chicago Sun-Times"dan Rocer Ebert filmi dörd ulduzdan dörd ulduzla qiymətləndirərək qeyd edir ki, "Qara cəngavər" "köklərə enən və mükəmməl faciə kimi inkişaf edən ovsunlayıcı filmdir". O, aktyorların ifasını, rejissor işini, ssenarini qiymətləndirərək deyir ki, film "komiks filmlərinin imkanlarını geridə qoyur." Ebert vurğulayır ki, filmdə açar ifa Hit Ledcerin ifasıdır və ola bilsin ki, 1976-cı ildə Piter Finçin mükafat almasından sonra Ledcer ölümündən sonra Oskar mükafatı alan ilk aktyor olacaq (sonradan Ledcer həqiqətən də Oskar mükafatına layiq görülür).[139] Ebert "Qara cəngavər"i 2008-ci ildə bəyəndiyi iyirmi filmdən biri adlandırmışdır.[140] "Rolling Stone"-dan Piter Travers yazır ki, "Mən yalnız Coker kimi dəlisov-çılğın və parlaq olan Ledcer haqqında xoş sözlər deyə bilərəm." O, bildirir ki, populyar psixologiya əsasında Cokeri yenidən təqdim edən film sələfindən daha dərindir.[141] Aktyor heyətini qiymətləndirən Travers qeyd edir ki, onların hər biri filmə özünün "A səviyyəli" ifasını əlavə etmişdir. Beylin ifasını "şokedici" adlandıran Travers onu Al Paçinonun "Xaç atası II hissə" filmindəki ifası ilə müqayisə edir, Exartın canlandırmasında Harvi Dentin "qorxunc hərəkətli" olduğunu bildirir, Oldmen haqqında bəhs edərkən isə deyir ki, "o, o qədər təcrübəlidir ki, Cim Qordon kimi həyəcanverici fəzilət sərgiləyir."[141] Treversin fikrincə Ledcer, Cokeri Cek Nikolsonun Cokerindən uzaqlaşdıraraq daha qaranlıq ərazilərə aparır; o, Ledcerin Oskar mükafatı almasına dəstəyini göstərmişdir.[141] Travers deyir ki, kinematoqraflar filmi komiks filmlərindən xeyli irəli apararaq əsl sənət əsri səviyyəsinə yüksəltmişlər, Nolanın istiqaməti və Ualli Pfisterin "cəsur real" operator işi içində "xam və elementar" nəsə olan yeni bir kainat yaratmağa kömək etmişdir. Onun fikrincə IMAX-la işlənim qarət ardıcıllığında Nolanın hərəkətli xareoqrafiyası rejissor Maykl Mannın 1995-ci ildə çıxarılmış "Dırmanma" filmi ilə rəqib ola bilər.[141] "The New York Times"dan Manola Dargis yazır ki, "Sənət və sənaye, ədəbiyyat və əyləncə arasında qəlibləşən film istənilən Hollivud komiks filmindən daha qaranlıq və dərindir."[142] "Entertainment Weekly" filmi, on illik yekunu "ən yaxşılar" siyahısına yerləşdirərək qeyd edir ki, "Hər bir böyük qəhrəmanın böyük qəddara ehtiyacı var. Və 2008-ci ildə Kristian Beylin Betmeni Hit Ledcerin dəlisov dərviş Cokeri timsalında özünə layiq qəddar tapmışdır."[143] BBC-dən tənqidçi Mark Kermod yazdığı müsbət rəydə bildirir ki, Ledcer "çox, çox yaxşıdır", lakin Oldmenin ifası filmdə ən yaxşı performansdır.[144]
Emanuel Levi yazır ki, Ledcer tamamilə "rolun dərinliyinə dalır"[145] və filmi Nolanın "ən təcrübəli və yetkin" işi, Betmen filmləri arasında texniki inkişf etmiş və əks-səd doğuran film kimi təqdim edir. Levi qeyd edir ki, "Qara cəngavər" bir neçə il ərzində baxdığı ən təsirli amerikan filmlərindən biridir və filmdəki Honq Konq səhnələrinin daha təsirli olması fikrini səsləndirir.[145] Levi və Piter Traverslər son olaraq qeyd edirlər ki, film "məftunedici və valehedicidir"[141][145], Levi isə daha da irəli gedərək əlavə edir ki, "Qara cəngavər" "sadəcə parlaqdır."[145] Digər tərəfdən "The New Yorker"dən Devid Denbi deyir ki, hekayə fərqləri tam anlamaq üçün kifayət qədər ardıcıl deyil. Onun fikrincə film "daimi yüksəliş" əfvalındadır, tələsik və çox uzundur. O, bəzi səhnələrin lazımsız və ya maraqsız olduğunu, bəzi səhbələrin isə montaj zamanı qısaldılacağı halda daha maraqlı ola biləcəyini qeyd edir.[146] Denbi mərkəzi konfliktin yaxşı işlədiyini, lakin "yalnız heyətin yarısının onu yaxşı oyna"dığını qeyd edərək deyir ki, Beylin "sakit" Brüs Veyni və "coşğun, lakin maraqsız" Betmeni, Ledcerin "qorxuducu və qəddar" performansı ilə daim arxa plana atılır. Ledceri filmin uğurunun səbəblərindən biri adlandıran Denbi onu "ovsunlayıcı" adlandırır və deyir: "Onun performansı qəhrəmansayağı, həyəcanlı bağlanış aktını təqdim edir: bu gənc aktyor uçuruma baxır."[146] Beylin Betmeni səsləndirməsi (istehsaldan sonrakı mərhələdə bir qədər dəyişdirilmişdi) də bəzi şərhçilər tərəfindən tənqid edilmişdi, "NPR"-dən Devid Edelşteyn qeyd edir ki, Beylin səsi "adətən olduğundan daha dərin və şən" eşidilir. "MSNBC"-dən Alonso Duralde isə Beylin "Qara cəngavər"dəki səsini "qorxuducu və sinir edici" adlandırır. O, Beylin səsini "10 yaşlı uşağın prank zəng üçün yetkin yaşlı adam səsi çıxarması"na bənzətdiyi "Betmen:Başlanğıc" filmindəki səsi ilə müqayisə edərək xeyli dərinləşmə olduğunu qeyd edir..[147][148]
"Empire" jurnalı tərəfindən 10.000 oxucu, 150 film rejissoru və 50 əsas tənqidçi arasında aparılmış sorğuya əsasən 2008-ci ildə yayımlanmış "Bütün zamanların 500 ən böyük filmi" siyahısında "Qara cəngavər" 15-ci yerdə qərarlaşdırılmışdır.[149] Həmin jurnalın 2008-ci ildə açıqladığı "Bütün zamanların 100 ən böyük film personajı" siyahısında Hit Ledcerin ifasında Coker 3-cü yerdə qərarlaşdırılmışdır.[150] 2010-cu ildə "Entertainment Weekly" tərəfindən yayımlanmış "Son 20 ilin yüz ən böyük film personajı" siyahısında Ledcerin Cokeri beşinci yer tutmuşdur.[151] "Paste" jurnalı filmi onilliyin (2000–2009) ən yaxşı 50 filmi siyahısında 11-ci yerdə qərarlaşdırmışdır.[6] "American Cinematographer" jurnalının 1998–2008-ci illərin ən yaxşı çəkilmiş filmləri siyahısında qeyd olunan "Qara cəngavər" filmi ilk onluğa daxil edilmişdir. Səsvermənin final mərhələsində dünyanın müxtəlif yerlərindən 17.000-dən çox insan iştirak etmişdir.[152] 2011-ci ilin martında "BBC Radio 1" və "BBC Radio 1Xtra" radiosu dinləyiciləri arasında keçirilmiş sorğu nəticəsində, "Qara cəngavər" filmi bütün zamanların ən sevilən filmləri sırasında səkkizinci yerdə qərarlaşmışdır.[153] 22 mart 2011-ci ildə yayımlanmış "Best in Film: The Greatest Movies of Our Time" televiziya verilişində "Qara cəngavər" ikinci ən yaxşı ekşn filmi, Ledcerin Cokeri isə üçüncü ən böyük film personajı seçilmişdir. 2012-ci ildə "Qara cəngavər" filmini son on beş ilin ən uğurlu filmləri sırasında altıncı yerdə yerləşdirmiş "Total Film"-də qeyd edilir: "Kristofer Nolanın psixo-opera kriminal dramı on illiyin ən həyəcanlandırıcı blokbasterlərindən biridir."[154] 2014-cü ildə "Time Out" ən yaxşı ekşn filmlərinin siyahısını tərtib etmək üçün bzi film tənqidçiləri, rejissorlar və aktyorlar arasında sorğu keçirmişdir.[155] "Qara cəngavər" həmin siyahıda səksəninci yerdə qərarlaşmışdır.[156] "Empire" jurnalının 2014-cü ildə yayımladığı "Bütün zamanların 301 ən böyük filmi" siyahısında "Qara cəngavər" 3-cü yerdə qərarlaşmışdır.[157]"The Hollywood Reporter"in "studiya idarəçiləri, Oskar laureatları və TV işçilərinin araşdırmaları" əsasında tərtib etdiyi 57-ci "Hollivudun 100 Ən sevilən filmi" siyahısında "Qara cəngavər" 57-ci yerdə qərarlaşmışdır.[158] BBC-nin təşkil etdiyi səsvermə nəticəsində dünyanın müxtəlif ölkələrindən olan film tənqidçilərinin səsverməsi nəticəsində tərtib olunmuş "100 Ən Böyük Amerikan Filmi" siyahısında "Qara cəngavər" 96-cı yerdə qərarlaşmışdır.[159]
Mistika yazarı Endryu Klavan "The Wall Street Journal"-da nəşr olunmuş məqaləsində Betmenin cinayətkarlığa qarşı müharibəsini ABŞ Prezidenti Corc Buşun Terrora qarşı müharibədən istifadə etməsi ilə müqayisə edir. Klavan bəyan edir ki, "müəyyən dərəcədə" "Qara cəngavər" "tərif və mənəvi cəsarət baxımından Corc Buşun sərgilədiyi terror və müharibəyə bərabərdir." Klavan filmi şərh edərkən Betmeni Buşla müqayisə edir və yazır: "Bəzən fövqəladə hal zamanı, problemləri həll etmək üçün vətəndaşların hüquqlarının sərhədlərini genişləndirmək lazım olur, lakin əmin ola bilərsiz ki, fövqəladə hal geridə qaldığı zaman sərhədlər yenidən əvvəlki yerinə qaytarılacaq."[160] Klavanın məqaləsi internetdə və "The New Republic" jurnalının "The Plank" yayım vasitəsi kimi kütləvi informasiya orqanlarının əsas yayım vasitələrində geniş müzakirələrə və tənqidlərə məruz qalmışdır.[161] Filmi "The Sunday Times"da şərh edən Kosmo Lendesman da Klavanın gəldiyi nəticəyə gələrək qeyd edir ki, ""Qara cəngavər" bizim terroristi necə qucaqlamalı olmamızla bağlı əxlaqi nəticəyə gəlir – yaxşı, ola bilsin ki, mən bir qədər şişirdirəm, lakin özlüyündə bu, insanlar və cəmiyyətin qanunsuzluq güclərinə qarşı müharibədə qanunun üstünlüyündən nəyə görə imtina etməməli olduqları haqqında uzun və yorucu söhbətdir. Bədheybətlərə qarşı mübarizədə biz ehtiyatlı olmalıyıq ki, özümüz də onlar kimi bədheybətlərə çevrilməyək. Filmdə qalib gələn anti-müharibə koalisiyası elan edir ki, terrora qarşı müharibə aparmaqla daha çox terror üçün şərait yaratmış olursuz. Bizə göstərilir ki, günahsız insanlar Betmenə görə ölürlər – və o, onların yolunda özünü fəda edir."[162] "Azure"dan Benjamin Kersteyn yazır ki, "Klavan və Lendesmanın belə qənaətə gəlmələrinin səbəbi, "Qara cəngavər"in onların gördükləri cəmiyyəti yaxşı əks etdirən güzgü olmasıdır: terror və onunla mübarizə məsələsində cəmiyyət elə bölünmüşdür ki, son on ildə ilk dəfə olaraq Amerikan meynstrimi mövcud deyil."[163]
Devid S. Qoyerə görə "Qara cəngavər" filminin əsas mövzusu eskalasiyadır.[164] Qotem şəhəri zəifdir, vətəndaşlar şəhərin təhlükəli və rüşvətxor vəziyyətinə, Cokerin hədələrinə və özünü şəhərdə rahat hiss etməsinə görə Betmeni günahlandırır, onun şəhərə nəzarəti öz əlinə almalı olduğunu düşünürlər. Rocer Ebert qeyd edir ki, "film boyunca Coker Betmen, Komissar Qordon və Harvi Dentin etik qərarlar çıxarmasını mümkünsüz edən dahiyanə şəraitlər fikirləşir. Sonda Betmen əfsanəsinin bütün mənəvi əsasları təhlükə altına düşmüş olur." [139]
Digər tənqidçilər pisliyin yaxşılıq üzərində qələbəsini xüsusi qeyd edirlər. Filmin əvvəlində Harvi Dent Qetemin ağ cəngavəri kimi təqdim olunsa da, sonda onun gənc şeytana çevrilməsinin şahidi oluruq.[74] Digər tərəfdən Coker anarxiya və xaosun təmsilçisi kimi təqdim olunur. Onun heç bir motivi, sifarişi və ya arzusu yoxdur, sadəcə xaos yaradaraq "ətrafdakı hər şeyin yanması"nı görmək istəyir. İnsanlığın səhvlərinin qorxunc məntiqi də filmdə toxunulmuş məsələlərdən biridir. Bərə səhnəsi göstərir ki, qanunsuzluq insanları necə asanlıqla özünə cəlb edə bilər və bu necə böyük fəlakətlərə gətirib çıxarar.[165]
Filmin nominasiyaları arasında ən diqqət çəkən məqam, Hit Ledcerin Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı, Ən yaxşı ikinci plan kişi roluna görə Ekran Aktyorları Gildiyasının mükafatı, Ən yaxşı ikinci plan kişi roluna görə Qızıl Qlobus mükafatı – Bədii film, Ən yaxşı ikinci plan kişi roluna görə BAFTA mükafatı da daxil olmaqla on iki əsas aktyor mükafatını əldə etməsi olmuşdur. Bundan başqa "Qara cəngavər" filmi Amerika Yazıçılar Gildiyası (Ən yaxşı adaptasiya edilmiş ssenari), Amerika Prodüserlər Gildiyası, Amerika Rejissorlar Gildiyası və başqa gildiya mükafatlarına namizəd göstərilmişdir. Ən Yaxşı Film nominasiyasında Tənqidçilərin Seçimi Mükafatına namizəd göstərilən film, Amerika Film İnstitutu tərəfindən 2008-ci ilin ən yaxşı filmlərinin onluğuna daxil edilmişdir.
81-ci təqdimetmə mərasimində səkkiz nominasiyada Oskar mükafatına namizəd göstərilən[166] "Qara cəngavər" filmi, yeddi nominasiyada mükafata namizəd göstərilmiş "Dik Treysi" filminin komiks kitabı, komik strip və ya qrafik roman əsasında çəkilmiş filmin ən çox nominasiya alma rekordunu geridə qoymuşdur.[167]"Qara cəngavər" filmi iki nominasiyada Oskar mükafatını qazanmışdır: Ən yaxşı ikinci plan kişi roluna görə — Hit Ledcer və Ən yaxşı ikinci səs montajına görə. Bunlardan başqa film Ən yaxşı bədii rejissor, Ən yaxşı operator işi, Ən yaxşı səs, Ən yaxşı vizual effektlər, Ən yaxşı makiyaj və Ən yaxşı montaj işi nominasiyalarında da Oskar mükafatına namizəd göstərilmişdir. Hit Ledcer ölümündən sonra Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüş ilk aktyor olmuş, ondan əvvəl isə 1976-cı ildə "Şəbəkə" filmində canlandırdığı rolan görə aktyor Piter Finç ölümündən sonra Ən yaxşı kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Əlavə olaraq, Ledcerin qələbəsi superqəhrəman filminin əsas Oskar kateqoriyalarından birində (prodüser, rejissor, aktyor oyunu və ya ssenari) qalib gəldiyi ilk hal olmuşdur. Riçard Kinqin Ən yaxşı səs montajı kateqoriyasında qalib gəlməsi isə həmin ilin ən yaxşı filmi olmuş "Xarabalıqdan çıxmış milyonçu" filminin bütün kateqoriyalar üzrə qələbə qazanmasına mane olmuşdur. Baxmayaraq ki, "Qara cəngavər" Ən yaxşı film kateqoriyasında qalib gəlməmişdi, mərasimin açılışında ən yaxşı beş filmdən biri kimi qeyd edilmiş, mərasimə ev sahibliyi edən aktyor Hyu Cekman isə tullantılardan düzəldilmiş Betpod minmişdi. Filmin böyük uğur qazanmasına baxmayaraq, Ən yaxşı film nominantları sırasında qeyd edilməməsi Oskar mükafatı ətrafında qalmaqalın yaranmasına səbəb olmuş, akademiklər filmə "təzyiq" etməkdə günahlandırılmışdır.[168][169] Belə bir şayiə yayılmışdı ki, Kino Sənəti və Elmləri Akademiyası Ən yaxşı film nominantlarının sayını 5-dən 10-a qaldırmağı planlaşdırır. Sual-cavab sessiyasında Akademiyanın o zamankı prezidenti Sidni Ceynis demişdi: "Əgər desəm ki, biz "Qara cəngavər" haqqında fikirləşməmişdik, yalan demiş olaram."[170]
Britaniya-ABŞ istehsalı olduğuna görə film 2009-cu ildə Ən yaxşı Avropa Filmi nominasiyasında Qoya Mükafatına namizəd göstərilmişdir.[171] 2009-cu ildə Yaponiyada film Elmi-fantastika kateqoriyasında Seiun mükafatına[172] və Ən yaxşı xarici film kateqoriyasında Yaponiya Akademiya Mükafatına[173] namizəd göstərilmişdir.
"Qara cəngavər" filminin Şimali Amerika gəlirləri $534.9 milyon, digər ərazilərdən gəlirləri $469.7 milyon, ümumi gəlirləri $1 milyard olmuşdur. Film, dünyanın 24-cü ən çox gəlirli film, 2008-ci ilin ən gəlirli filmi, film tarixində $1 milyarddan çox gəlir əldə etmiş dördüncü film olmuşdur. Açılış həftəsonu bütün dünyadan $199.7 milyon gəlir əldə edən film, bu nəticə ilə bütün zamanlar hit-paradında 34-cü yerdə qərarlaşmışdır.[174]
Filmin gəlirlərini $1 milyarda çatdırmaq və Oskar mükafatına gedən yolda şanslarını artırmaq üçün, Warner Bros. 23 yanvar 2009-cu ildə ABŞ-də adi və IMAX kinoteatrlarda filmi yenidən vizyona salmışdır.[175][176] Təkrar çıxarılmamışdan əvvəl filmin gəlirləri $997 milyon olmuş[177], lakin ikinci çıxarılmadan sonra 2009-cu ilin fevralında $1 milyardı keçmişdir.[178]
Şimali Amerikada "Qara cəngavər" Cümə günü, 18 iyul 2008-ci ildə vizyona girmişdir. 3040 kinoteatrdan[179] $18.5 milyon gəlir gətirən film gecəyarısı göstərisində rekord nəticə əldə etmişdir (sonradan onun bu nəticəsi "Harri Potter və Mələz Şahzadə" filmi tərəfindən geridə qoyulmuşdur[180]). Gecəyarısı açılışına IMAX ekranlardan gələn $640,000 gəlir də daxil idi.[181] Film 4366 kinoteatrda 9200 ekranda göstərilmiş (bu rekord "Dəmir adam 2" filmi tərəfindən geridə qoyulub)[182] also setting an opening- and single-day record gross, with $67.2 million[179][183], $67.2 milyon gəlirlə tək gün açılış rekordu (hər iki rekord "Alatoran Saqa:Yeni ay" filmi tərəfindən geridə qoyulub)[184], $158.4 milyon gəlirlə açılış həftəsonu rekordu[179][185][186] (bu rekord "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filmi tərəfindən geridə qoyulmuşdur)[187] əldə etmişdir. Həftəsonu gəlirləri hər teatra görə $36,283 olan "Qara cəngavər" bütün zamanların beşinci ən böyük filmi olmuşdur.[188] Filmə 2008-ci ilin ortalama qiyməti $7.08 ilə ilk həftəsonu 22.37 milyon bilet satılmışdır ki, bu da, 2007-ci ilin ortalama qiyməti $6.88 ilə 21.96 milyon bilet satmış "Hörümçək adam 3" filminin nəticəsindən daha böyükdür.[189][190] $6.3 milyon[179] gəlirlə film IMAX açılış həftəsonu rekordu əldə etmişdir (bu nəticə "Ulduz yolu" filmi tərəfindən geridə qoyulmuşdur)[191]. Film $43.6 milyonla[179] ən böyük Bazar günü gəliri, $238.6 milyonla Cümə axşamından Cümə gününə ən böyük açılış həftəsi göstəricisi əldə etmişdir (hər iki rekord "Marvelin Qisasçıları" tərəfindən geridə qoyulmuşdur).[192][193] Film həm də çıxarılmasının üçüncü və dördüncü günlərində ən böyük kumulyativ böyümə nəticəsi (hər iki rekord "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filmi tərəfindən geridə qoyulmuşdur) və ən böyük onuncu çıxış günü nəticəsi (bu rekord "Marvelin Qisasçıları" filmi tərəfindən geridə qoyulmuşdur).[194] Bundan başqa "Qara cəngavər" ən tez $100 milyon (bu rekord "Yeni Ay" filmi tərəfindən geridə qoyulmuşdur), $150 milyon, $450 milyon ("Marvelin Qisasçıları" tərəfindən geridə qoyulmuşdur) və $500 milyon ("Avatar" filmi tərəfindən geridə qoyulmuşdur) əlavə olaraq gəlir nəticəsinə çatmışdır.[195] Film daha sonra ən böyük ikinci həftə gəliri nəticəsi (bu nəticə "Avatar" filmi tərəfindən geridə qoyulmuşdur) əldə etmişdir.[196]
"Qara cəngavər" ən böyük şənbə günü gəliri ($51,336,732) əldə etmişdir. İlk Bazar ertəsi günü "Qara cəngavər" $24.5 milyon gəlir əldə etmişdir ki, bu nəticə də ən böyük qeyri-bayram Bazar ertəsi gəliri, 4-cü ən böyük Bazar ertəsi gəliri olmuşdur. İlk Çərşənbə axşamı günü film $20.9 milyon gəlir əldə etmişdir ki, bu nəticə ən böyük qeyri-açılış Cümə axşamı nəticəsi və 2-ci ən böyük Cümə axşamı nəticəsidir.[197] "Qara cəngavər" Şimali Amerikada bütün zamanların ən gəlirli ikinci həftəsonu (ümumi gəlir $253,586,871 olmuşdur) zamanı birinci yerdə qərarlaşmış[198], ardıcıl dörd həftə kassa göstəricilərinə görə birinci yerdə olmuş yeganə 2008-ci il filmi olmuşdur.[199]
"Qara cəngavər" 2008-ci ilin ən böyük gəlirli filmi, ikinci ən böyük gəlirli superqəhrəman filmi, ikinci ən böyük gəlirli komiks filmi və Şimali Amerikada dördüncü ən böyük gəlirli film olmuşdur. Bilet qiymətlərində infilyasiya nəzərə alındıqda film 28-ci yerdə qərarlaşır.[200] Onun göstəriciləri Şimali Amerikada "Qara Cəngavər" filmindən daha çox gəlir gətirmiş, yavaş, lakin davamlı göstəriciləri olmuş "Avatar" və "Titanik" filmlərinin göstəriciləri ilə ziddiyyət təşkil edir, belə ki, həmin iki filmdən fərqli olaraq "Qara cəngavər" açılış həftəsonu rekord qırmış, vaxt keçdikcə isə göstəriciləri zəifləmişdir.[197][201]
Şimali Amerikadan kənarda "Qara cəngavər" 2008-ci ilin ən gəlirli filmi[202], 4-cü ən gəlirli superqəhrəman filmidir. 20 digər ərazidə 4520 ekranda təqdim edilən film ilk həftəsonu $41.3 milyon gəlir əldə etmişdir.[203] 71 ərazidə üçüncü yayım həftəsini yaşayan "Henkuk" filmindən sonra "Qara cəngavər" ikinci yerdə qərarlaşmışdır. Filmin ən böyük açılış ərazisi (Şimali Amerika xaricində) Avstraliya olmuş, burada həftəsonu $13.7 milyon gəlir əldə etmiş film, ən böyük superqəhrəman filmi açılış nəticəsi göstərmişdir.[204] Şimali Amerikadan kənarda ardıcıl üç dəfə, yekun nəticədə isə dörd dəfə kassa göstəricilərinə görə film birinci yerdə olmuşdur. Bəzi elementlərin mədəni xüsusiyyətlərini və çıxarılmadan əvvəlki ümumi vəziyyəti nəzərə alan Warner Bros. filmi Kontinental Çin ərazisində çıxarmaqdan imtina etmişdir.[205] Şimali Amerikadan sonra film ən böyük gəliri BK, İrlandiya və Malta ərazisində əldə etmişdir ki, burada onun gəliri $89.1 milyona bərabər olmuşdur. Bundan başqa Avstraliyada film $39.9 milyon gəlir əldə edən film hələ də ölkənin top 10 ən gəlirli film siyahısında qalır.[206] Şimali Amerikadan kənarda filmin ən böyük gəlirli əraziləri sırasında Almaniya ($29.7 million), Fransa və Məğrib ($27.5 million) və Cənubi Koreya ($25.0 million) da qeyd edilmişdir.[207]
9 dekabr 2008-ci ildə film DVD və Blu-ray formatlarında satışa çıxarılmışdır. Bu çıxışa bir diskli DVD; iki diskli Xüsusi DVD buraxılış; iki diskli BD buraxılış; Betpod heykəlciyi əlavəli xüsusi BD buraxılışı daxil idi.[208] BD/iTunes versiyasında film muxtəlif aspect ölçülərində təqdim edilmiş, 35 mm, 2.40:1 ölçüdə çəkilmiş olmasına baxmayaraq 1.78:1 ölçülü IMAX formatında da çıxarılmışdır. DVD versiyasında film 2.40:1 aspekt ölçüsündə təqdim edilir.[209] 2 diskli xüsusi DVD buraxılışa daxil olan ikinci diskdə filmə 1.44:1 aspekt ölçülü altı əsas IMAX səhnəsi də əlavə edilmişdir. Film boyu təqdim edilən digər 1.78:1 ölçülü IMAX çəkilişləri Blu-ray buraxılışa daxil edilməsə də, DVD buraxılışda xüsusi əlavə kimi təqdim edilmişdir. Standart DVD çıxarışdan fərqli olaraq, bəzi dükanlar filmin özünəməxsus xüsusi buraxılışını da çıxarmışlar.
Birləşmiş Krallıqda film çıxarılmasının ilk günündə 513,000 nüsxə ilə satılmışdır ki, bunun da 107,730 (21%) nüsxəsi Blu-ray disklər idi, bu göstərici ən yüksək ilk gün Blu-ray satış göstəricisi idi.[210] ABŞ-də "Qara cəngavər" satış rekordu qırmış, satışa çıxarılmış 3 milyon nüsxə disk ilk gündə satılmışdır ki, bunlardan da 600,000 nüsxəsi Blu-ray disklər idi.[211]
Avstraliyada DVD və Blu-ray disk satışına 10 dekabr 2008-ci ildə başlanılmışdır. Film, bir DVD, iki DVD, Betmaska və BD, iki diskli Betpod heykəlli limitli buraxılış, iki diskli BD buraxılış, dörd diskli Betmen:Başlanğıc/Qara cəngavər DVD və BD buraxılışında təqdim edilmişdir. 19 dekabr 2008-ci ildə Avstraliya DVD hit-paradlarında birinci yeri tutan[212] "Qara cəngavər" satış göstəricilərinə görə "Nemonun axtarışında" filminin rekordunu geridə qoymuşdur.[213]
Yaponiyada Blu-ray disk satışlarından 370 milyon yen ($4.1 milyon) gəlir gətirən film, bu göstricilərinə Blu-ray satışı top onluğunda üçüncü yerdə qərarlaşmışdır.[214][215]
2011-ci ilin martında Warner Bros. "Qara cəngavər" filmini Facebook sosial şəbəkəsi üzərindən kirayə verməyə başlamışdır və beləliklə bu film sosial şəbəkə üzərindən satılan ilk film kimi tarixə düşmüşdür. ABŞ-dən olan sosial şəbəkə istifadəçiləri filmi izləmək üçün Facebook kreditlərini istifadə edə bilirlər.[216]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.