Stiven Con Karell (ing. Steven John Carell; 16 avqust 1962[1], Konkord[d], Massaçusets) — Amerikalı aktyor və komediyaçı. NBC telekanalında yayımlanan "Ofis" teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Karell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. "Ofis" serialındakı işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib.[2]

Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Stiv Karell
ing. Steve Carell
Thumb
Stiv Karell 2014-cü ildə
Doğum adı Steven John Carrell
Doğum tarixi 16 avqust 1962(1962-08-16)[1] (62 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Nensi Karell[d] (1995–)
Uşağı 2
Fəaliyyəti aktyor, telerejissor, komediyaçı, televiziya prodüseri[d], xarakter aktyoru[d], ssenarist, kino aktyoru, televiziya aktyoru, səsləndirmə aktyoru[d]
Fəaliyyət illəri 1989-cu ildən
Mükafatları "Qızıl qlobus" mükafatı
IMDb ID0136797
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Stiven Con Karell 16 avqust 1962-ci ildə Massaçusets ştatının Konkord şəhərində doğulub.[3] O, dörd qardaşdan ən kiçiyidir və Ekton şəhərində böyüyüb. Stivin atası Edvin A. Karell (1925–2021) mühəndis olmuş, anası Harriett Teresa (Qızlıq soyadı: Koch; 1925–2016) isə psixiatr tibb bacısı olmuşdur.[4][5][6] Onun dayısı Stenli Koç alim Allen B.[7] DuMont ilə birlikdə çalışmışdır. Onun atası alman və italyan mənşəli, anası isə polyak əsillidir.[8] Onun atasının soyadı Karoselli olmuşdur lakin o, 1950-ci illərdə bunu dəyişdirərək Karell etmişdir.[9]

Filmoqrafiya

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.