müxtəlif enerji növlərini mexaniki enerjiyə çevirən qurğu From Wikipedia, the free encyclopedia
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu.[1]
Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir.
Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin.
Mühərriklər iki qrupa bölünürlər. Birinci qrupa birbaşa təbii enerji ilə işləyən, onun mexaniki enerjiyə çevrilməsini həyata keçirən mühərriklər daxildirlər. Misal kimi küləklə işləyən dəyirmanları və axar çaylarda yerləşdirilmiş hidravlik mühərrikləri, kimyəvi enerjini mexaniki enerjiyə çevirən istilik mühərriklərini göstərmək olar. İkinci qrupa isə başqa yollarla əldə edilmiş enerjinin hesabına işləyən mühərriklər (elektrik mühərikləri, hidromühərriklər, pnevmomühərriklər) daxildirlər.
Yanacaqlarına görə mühərriklər, aşağıdakı növlərə ayrılırlar:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.