From Wikipedia, the free encyclopedia
Qadesli Moderatus (yun. Μοδέρατος, m. I yüzilliyin ikinci yarısı) — Roma filosofu, yeni-pifaqorçular məktəbinin təmsilçisi.
O yeni-platonçu Plotinin ifadə etdiyi Üçlük haqqında fikirlərinin əsasını qoymuşdur. Belə ki, Moderatusa görə bütün varlıq birdir və üç hissədən ibarətdir. Birincisi hər şeydən yüksək olan Vahiddir. İkincisi ideyalar toplusu və həqiqi varlıq olan Əqldir ki, onu düşüncə ilə qavramaq mümkündür. Üçüncüsü isə Ruhdur ki, o birinci və ikinci hissənin sayəsində mövcud olur. Eyni zamanda, Moderatus Pifaqor fəlsəfəsinə üstünlük verərək hesab edirdi ki, Platon, Aristotel və digər filosoflar onun fikirlərini mənimsəmişdirlər. Bunu edərək, onlar bütün mənfilikləri və qüsurları pifaqorçulara aid edərək onu gözdən salmışdırlar.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.