Müqəddəs Ştefan kafedralı
From Wikipedia, the free encyclopedia
Vyanadakı Müqəddəs Ştefan kafedralı (alm. Domkirche St. Stephan zu Wien), xalq arasında Steffl adı ilə də tanınır) — məşhur Ştefansplatz meydanının tam mərkəzində yerləşən (hazırda bura "Qədim Şəhər" (alm. Innere Stadt) rayonunun ərazisi sayılır) və 1365-ci ildən etibarən kafedral (yəni Baş kilsə kapitulunun olduğu yer), 1469-cu ildən 1479-cu ilə kimi yepiskop iqamətgahı və nəhayət 1723-cü ildən başlayaraq günümüzə kimi, Vyana arxiyepiskopunun mitropoliya mərkəzi olaraq fəaliyyət göstərən kilsədir. Bəzən Avstriya paytaxtının yerli sakinləri tərəfindən kiçildici və nəvazişləndirici şəkildə "Şteffl" adlandırılan Roma-Katolik kilsəsi, qədim Vyana şəhərinin təkrarolunmaz simvolu və başlıca dini ziyarətgahı hesab olunur.[1][2] Kilsə xristianlığın birinci məzlumlarından olmuş Müqəddəs Stefanın şərəfinə adlandırılmışdır.[~ 1] Onun ikinci himayədarı isə, övliyalar sırasına keçmiş bütün digər müqəddəslər hesab olunurlar.[3][4]
Müqəddəs Ştefan kafedralı | |
---|---|
Stephansdom | |
48°12′30″ şm. e. 16°22′23″ ş. u. | |
Ölkə | Avstriya |
Şəhər | Vyana |
Yerləşir | Ştefansplatz meydanı |
Aidiyyatı | Roma katolik kilsəsinin Vyana arxiyeparxiyası |
Sifarişçi | IV Leopold |
Tikilmə tarixi | 1359—1511 |
Üslubu | Roman memarlığı və Qotika memarlığı |
Hündürlüyü | 136,44 m |
Uzunluğu |
|
Eni | 34,2 m |
Vəziyyəti | yaxşıdır, aktiv şəkildə restavrasiya olunur |
Rəsmi sayt | stephanskirche.at |
Vikianbarda əlaqəli mediafayllar |
Planda latın xaçını xatırladan binanın ümumi uzunluğu 107 metr, eni isə 34 metrdir. Kafedral kilsə Avstriyada ən əhəmiyyətli qotika binalarından biridir. Tikintisi müvafiq olaraq 1230/1240 və 1263-cü illərdə icra edilən və kafedralın qərb fasadını formalaşdıran gecikmiş roman üslublu öncəki binanın qalıqları günümüzə kimi konservasiya şəklində mühafizə olunmuşdur; qərb fasadı həmçinin hündürlüyü təxminən 65 metr olan iki qədim bütpərəst qüllələrinin əhatəsində yerləşir. Toplam olaraq, Müqəddəs Ştefan kafedralı dörd müxtəlif ölçülü və qüllələrə malikdir: ən hündür Cənub qülləsinin hündürlüyü 136,4 metrdir, ondan bir qədər aralıda yerləşən Şimal qülləsinin inşası isə tamamlanmadığı üçün hündürlüyü cəmi 68 metrə bərabərdir. Gücün və hegemonluğun bərqərar olunması üçün, imperatorun fərmanı üzrə, keçmiş Avstriya-Macarıstan imperiyasının hakimiyyəti altında olan torpaqlarda heç bir kilsə Müqəddəs Ştefan kafedralının Cənub qülləsindən hündür tikilmiş ola bilməzdi. Misal olaraq Linz şəhərində yerləşən Məryəm Ananın günahsız hamiləliyi kilsəsini gətirmək olar; başlanğıcda daha hündür şpilin ucaldılması planlaşdırılsa da, memara Vyanadakı cənub qülləsindən daha hündür bir tikilinin layihələndirməsinə qadağan edilmişdir. Buna görə də, Linzdəki yeni kilsənin hündürlüyü iki metrəyədək kiçildilmişdir.
Cənub qülləsi öz dövrünün memarlıq incisi və əsrarəngiz şah əsəri sayılır; çox gözəl hündürlüyə və nəhəng həcmlərə baxmayaraq, tikilinin bünövrəsi dörd metrdən belə az dərinlikdə qazılmışdır. Cənub qülləsində toplam olaraq 13 zəng quraşdırılmışdır ki, bunlardan da on biri Müqəddəs Ştefan kafedralının əsas qüllə zəngləri hesab olunurlar. Öz ölçülərinə görə Avropada ikinci sayılan Pummerin adlı azad yellənən kilsə zəngi, şimal qülləsinin İntibah dövründə tikilmiş günbəzin daxilində quraşdırılmışdır.