Budapeşt
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Budapeşt (mac. Budapest) — Macarıstanın paytaxtı. Budapeşt 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərin birləşməsindən yaranıb.
Şəhər | |
Budapeşt | |
---|---|
Budapest | |
47°29′54″ şm. e. 19°02′27″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 17 noyabr 1873 |
Sahəsi | 525,16 km² |
Mərkəzin hündürlüyü | 117 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.721.556 nəfər (2010) |
Sıxlığı | 3241,5 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 1 |
Poçt indeksi | 1011–1239[2] |
Digər | |
budapest.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. I əsrdə Budapeştin hazırda yerləşdiyi ərazidə ticarət və sənət mərkəzi olan Ak-İnk adlı kelt yaşayış məntəqəsi mövcud olmuş, romalıların gəlişindən sonra isə ərazi e.ə. 89-cu ildə Pannoniya əyalətinin tərkibinə daxil edilmişdir. 106-cı ildə Ak-İnkin adı Akvinkuma dəyişilmiş, şəhər isə əyalətin inzibati mərkəzinə çevrilmişdir. O zaman 20 min sakini olmuş şəhərdə Roma qarnizonu yerləşirdi. Sözügedən zaman dövründən qalmış ictimai binaların, evlərin, akvedukların xarabaları bu gün də görmək mümkündür. IV əsrə qədər Akvinkum Yeni Pannoniyanın inzibati mərkəzi idi.
450-ci il üçün romalıların yerini hunlar və ostqotlar tutmuş, şəhər isə Hun imperiyasının mərkəzinə çevrilmişdir. Kiçik yaşayış məntəqəsi olmuş və Contra Aquincum ("Akvinkuma qarşı") adlanmış hazırkı Peştin əsası xan Krumun hakimiyyəti dövründə qoyulmuşdur.
Macar tayfalarının Dunaya gəlməsi təxminən 895-ci ilə təsadüf edir. Adı adı ilk öncə Buda, sonradan isə Obudaya ("Köhnə Buda") dəyişilmiş Akvinkum Macarıstanın ilk siyasi mərkəzi olmuşdur. Yüz il bundan sonra burada macar dövləti elan edilmişdir. 1241-ci ildə baş vermiş monqol hücumun nəticəsi olaraq, Buda və Peşt dağıdılmışdır. Bundan sonra kral IV Bela Qala dağında Buda istehkamını tikdirmişdir. 1361-ci ildə Buda macar dövlətinin paytaxtına çevrildi. 1473-cü ildə burada ilk macar kitabı dərc olunmuşdur.
1541-ci ildə Buda və Peşt Osmanlı imperiyası tərəfindən zəbt olunmuşdur. Vilayətlərin birinin paytaxtına çevrilmiş şəhər tənəzzül etməkdə idi, lakin 1686-cı ildə təxminən 40 gün sürən mühasirənin nəticəsi olaraq Buda qalasını türklərdən azad etmək mümkün oldu və şəhər Habsburq imperiyasının tərkibinə daxil oldu.
XVIII əsrdə ticarət mərkəzi kimi inkişaf etməyə başlayan Peştin əhalisi 1800-cü il üçün Budanın və Obudanın toplam əhalisindən çox idi. Sonrakı illərdə bu fərq yalnız artırdı.
Üç şəhəri birləşdirməyə doğru ilk səylər 1848–1849-cu illərin inqilabı ilə bağlıdır, lakin inqilabın məğlubiyyəti və Habsburqların restavrasiyası yenidən parçalanmaya gətirib çıxardı. Birləşmə 17 noyabr 1873-cü il tarixində baş verdi. 1900-cü ildə birləşmiş şəhərin əhalisi 730 min nəfər təşkil etmişdir. Bu zaman üçün Budapeştdə elektrik fənərlər (1873-cü ildən bəri), şəhər telefonu (1885), tramvay (1887) və kontinental Avropanın ilk metrosu (1896) istifadəyə verilmişdir. Macarıstan 1918-ci ildə respublikaya, 1919-cu ildə isə sovet respublikasına çevrilmişdir. Bundan sonra hakimiyyətə admiral Mikloş Horti gəlmişdir. Hortinin hakimiyyətdən kənarlaşdırılmasından sonra, 1944-cü ilin mart ayında Budapeşt alman qoşunları tərəfindən zəbt olunmuşdur. 1944-cü ilin sonunda şəhər Qırmızı Ordu tərəfindən 102 gün davam etmiş və 13 fevral 1945-ci il tarixində uğurla bitmiş mühasirəyə alınmışdır. Bununla belə, Budapeştin bütün körpüləri və binaların dörddə biri məhv olunmuşdur. İşğaldan öncə 250 min nəfər təşkil etmiş yəhudi əhalisinin böyük qismi holokostun nəticəsi olaraq qırılmışdır. Şəhərin bərpası 1960-cı illərədək davam etmişdir. 1956-cı ilin üsyanı zamanı şəhərə daxil olmuş sovet qoşunları kommunist rejiminin süqutuna qədər burada saxlanılmışdır.
2006-cı ilin 17–18 sentyabr tarixlərində Budapeştdə kütləvi etiraz aksiyaları baş vermişdir. Bunun səbəbi baş nazir Ferents Dürçanyın seçiciləri aldatma halını sübut edən audioyazıların üzə çıxması idi. 10 minə yaxın nümayişçi baş nazirin istefasını tələb edərək Budapeştin mərkəzində toplaşmışdır. İğtişaşlar Dürçanyın partiyasının tam məğlubiyyətə uğradığı 1 oktyabr seçkisinə qədər davam etmişdir.
Budapeştdə bütün şəhər nəqliyyat növləri (metro, tramvay, trolleybus, avtobus, şəhərətrafı elektrik qatarları) "BKV" adlanan qurumun nəzarətindədir və vahid nəqliyyat şəbəkəsi mövcuddur. Bu isə nəqliyyatın daha asan idarə olunması və onlayn təchizatının qurulması üçün çox əlverişlidir.[3]
Macarıstanda xeyli təhsil müəssisələri Budapeştdə təmərküzləşib, ən böyük və məşhur ali təhsil müəssisələri bunlardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.