From Wikipedia, the free encyclopedia
Habsburqlar sülaləsi — Avropanın ən nüfuzlu və məşhur kral ailələrindən biridir. 1438–1740 tarixlərində Müqəddəs Roma imperiyasını idarə edən bu sülalə bir neçə holland və italyan hakimlə yanaşı, Bohemiya krallığı, İngiltərə krallığı (evliliklə), Almaniya krallığı, Macarıstan krallığı, Xorvatiya krallığı, İkinci Meksika imperiyası, İrlandiya krallığı (evliliklə), Portuqaliya və İspaniya krallığına da krallar və imperatorlar yetişdirmişdir. XVI əsrdən etibarən, V Karldan sonra ailə Avstriya və İspaniya qollarına ayrılmışdır. Ayrı-ayrı bölgələrdə hakimiyyətdə olsalar da, yaxın münasibət qurdular və tez-tez baş tutan nikahlarla bu iki qol yenidən birləşdi.
Habsburqlar | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Ailə öz adını 1020-ci illərdə indiki şimali İsveçrədə Qraf Radbot tərəfindən inşa olunmuş Habsburq qalasından alır. Onun nəvəsi II Otto isə ilk dəfə qalanın adını "Habsburq qrafı" olaraq titul kimi özünə götürmüşdür. Habsburq ailəsi XI, XII və XIII əsrlər boyunca ailə məclisi ilə idarə olumuşdur. 1276-cı ildə Qraf Radbotun yeddinci nəsildən nəvəsi sayılan Almaniya kralı I Rudolfun 1276-cı ildə Avstriya qraflığına gəlişi ilə ailənin mərkəzi Habsburq qalasından Avstriya qraflığına yüksəldi.
Kral ailələri ilə bağlanan nikahlar vasitəsilə ailə Burqundiya, İspaniya və onun müstəmləkə torpaqları, Bohemiya, Macarıstan və digər ərazilərdə haqq iddia edirdi. XVI əsrə gəldikdə isə ailə iki qola ayrılmış, bunlardan V Karlın oğlu II Flipp böyük İspaniya qolunu, qardaşı I Ferdinand isə kiçik Habsburq monarxiyası qolunu idarə etdi. 29 iyul 1617 tarixində bağlanan Onate müqaviləsi ilə hər iki tərəfin ailə üzərindəki haqları bərabərləşdi.
XVIII əsrdə ailənin varisi olmadığına görə, sülalə tükəndi. Ailənin böyük İspaniya qolu 1700-cü ildə II Karlın ölümü ilə sona çatdı və hakimiyyətə Burbonlar gətirildi. Avstriya qolunun oğul şəcərəsi isə 1740-cı ildə VI Karlın vəfatı ilə tükənmiş, onun böyük qızı Mariya Terezanın 1780-ci ildə vəfatı ilə isə nəsil tamamilə qurumuşdur. Müqəddəs Roma imperiyasının taxtına isə Lorreyn ailəsi gətirilsə də, tarixçilərin yanlış adlandırması ilə 1918-ci ilə qədər davam edən bu imperiya Habsburq imperiyası olaraq qalmışdır.
Aşağıdakı siyasi qurumların hakimiyyətində olmuşdur:
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən rast gəlindiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.
Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq etməsi öz başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi vətən anlayışı və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu, lakin müstəmləkə siyasətində İngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.
XIV–XV əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq XVI əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə qədər yayılmasına gətirib çıxardı. 1516-cı il də Habsburqlar sülaləsindən olan I Karlın hakimiyyətə gəlməsi Avropanın siyasi həyatına təsir göstərdi. Belə ki, Maksimilian Habsburqun nəvəsi olan I Karl nə özünə qədərki, nə də özündən sonrakı nəsillərin malik olmadığı şöhrəti qazandı və 1519-cu ildən etibarən Müqəddəs Roma imperiyasının imperatoru seçildi. Məhz bu dövrdə İspan imperiyasının şimal hüdudları İngiltərə və Skandinaviyaya qədər Avropa ölkələrini, qərb hüdudları isə qərb və Mərkəzi Amerikanın şərqini əhatə edirdi.
V Karl adını almış bu imperatoru "günəş kral" adlandırırdılar. XIX əsrin ortalarından etibarən məlum oldu ki, iki qat diplomatiyadan istifadə və dini müharibələrin qızışdırılması V Karlın adı ilə bağlıdır. Dünya ticarəti meydana gəldikdən sonra onun mərkəzinə çevrilən Antverpen və Amsterdam şəhərlərinin illik gəliri İspaniyanın tarixi ərazilirinin verdiyi illik gəlirə bərabər idi. 17 Niderland əyaləti isə İspaniyanın bütün müstəmləkələrinin verdiyi gəlirə bərabər gəlir verirdi. Habsburqların möhləknəməsində cənubi Almaniya burjuaziyasının və tacirlərinin böyük rolu olmuşdur. Almaniyanın ən qədim bankir evi sayılan Fuggerlər bankir evi İspan Habsburqları ilə qadın xəttilə qohum idi.
# | Şəkil | İmperatorun adı | Kral | İmperator | Hakimiyyətinin sonu | Möhrü | Qeydlər |
---|---|---|---|---|---|---|---|
18. | III. Fredrix | 2 fevral 1440 | 16 mart 1452 | 19 avqust 1493 | |||
19. | I. Maximilian | 16 fevral 1486 | 4 fevral 1508 | 12 yanvar 1519 | III. Fredrix'in oğlu | ||
20. | V. Karl | 28 iyun 1519 | 24 fevral 1530 | 21 sentyabr 1556 | I. Maximilianın nəvəsi | ||
21. | I. Ferdinand | 5 yanvar 1531 | 14 mart 1558 | 25 iyul 1564 | I. Maximilianın nəvəsi | ||
22. | II. Maximilian | 22 noyabr 1562 | 25 iyul 1564 | 12 oktyabr 1576 | I. Ferdinandın oğlu | ||
23. | II. Rudolf | 27 oktyabr 1575 | 2 noyabr 1576 | 20 yanvar 1612 | II. Maximilianın oğlu | ||
24. | Matvey | 13 iyun 1612 | 13 iyun 1612 | 20 mart 1619 | II. Maximilianın oğlu | ||
25. | II. Ferdinand | 28 avqust 1618 | 20 mart 1619 | 15 fevral 1637 | I. Ferdinandın nəvəsi | ||
26. | III. Ferdinand | 22 dekabr 1636 | 15 fevral 1637 | 2 aprel 1657 | II. Ferdinandın oğlu | ||
27. | I. Leopold | 18 iyul 1658 | 18 iyul 1658 | 5 may 1705 | III. Ferdinandın oğlu | ||
28. | I. Yozef | I. Leopoldın oğlu | |||||
29. | VI. Karl | 27 oktyabr 1711 | 27 oktyabr 1711 | 20 oktyabr 1740 | I. Leopoldın oğlu | ||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.