müşahidə edilə bilən qəziyyə From Wikipedia, the free encyclopedia
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə[1].
Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür.
Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Dünyada çox sirrlər var ki, elm hələ ki, onları açmağa acizdir. Məsələn, fikri oxumaq qabiliyyəti, gələcəyi görmək, telekinez, levitasiya və s. Tədqiqatçılar son vaxtlar belə güman edirlər ki, bu fenomenlər genetik təbiətlidir.
Keçən yüzillikdə Monqolustana gələn ingilis tədqiqatçısı Robert Styuart gördüklərindən şox heyrətlənmişdir. O, ibadət zamanı rahibliyə hazırlanan adamlardan birinin çox yavaş sürətlə yerdən aralandığını gördü. Ümmiyyətlə düz və hərəkətsiz dayanan bu adam 3 metr hündürlüyə qalxdı və 5 dəqiqə bu vəziyyətdə qaldı. Sonra isə yenə yavaş sürətlə aşağıya endi. Təəccüblüdür ki, bütün bunlar onların özü üçün adi bir şey sayılır. Tədqiqatçının bu barədə suallarına isə onlar cavab verməkdən imtina etdilər.
ABŞ–ın Avoya ştatında "Yoqa uçma klubu" adlı bir dərnək var. Arzu edən istənilən şəxs oraya üzv ola bilər. Təkcə alimlərdən və jurnalistlərdən başqa. Məşğələ zamanı iştirakçılar döşəkcə üzərində oturub xüsusi tapşırıqları yerinə yetirirlər. Meditasiya vəziyyətində onlar döşəmədəm yarım metrlik məsafəyə qalxırlar. Bu fenomeni tədqiq edən alim professor Erik Berqols əmindir ki, bu bacarıq insanın genetik yaddaşında saxlanılıb. Hansı ki, bu gen bizə ulu babalarımızdan gəlmişdir və şüurun xüsusi mexanizmlərini "oyadır".
Nə üçün bəzi insanlar heç vaxt olmadığı yerləri dəqiqliklə xatırlayır? Tipik situasiya: Bir uşaq öz valideynlərinə əvvəllər haradasa yaşadığını, onu necə çağırdıqlarını da xatırlayır. Valideynlər uşağın dəqiqliklə göstərdiyi yerə gedirlər. Məlum olur ki, uşağın əvvəl "məni belə çağırırdılar" dediyi adlı adam bu ailədə həmin uşaq dünyaya gəlməmişdən bir az əvvəl vəfat edibmiş. Alimlər belə hesab edirlər ki, bəzən insanın ruhunun köçürülməsi baş verir. Yəni ölmüş insanın ruhu başqa bir körpədə yenidən doğulur.
Professor Eliyax Orot isə belə hesab edir ki, biz genlərimizdə saxlanılan "kollektiv şüursuzluq" adlı böyük informasiya ehtiyatı ilə əlaqə yaratmaq qabiliyyətindəyik.Sovet fizioloqu Anoxin isə belkə hesab edirdi ki, insan orqanizmində susmuş genlər var ki, onlar da heç bir genetik informasiya ötürməyə xidmət etmir. Həmin genlər bizim həyatımızda baş verəcək hadisələri kodlaşdırır. Bu – genin yaddaşıdır. Ünsiyyət, əllə görüşmə, öpüş və s. Kimi təmas baş verdikcə DNT – dən təşkil olunmuş materiya hissələrinin mübadiləsi baş verir. Başqa sözlə, biz digər insanlardan genetik material toplayırıq. Adətən o özünü passiv aparır, lakin müəyyən şəraitdə aktivləşir. Bu zaman isə biz başqa insanların "talelərini xatırlayırıq". Hətta həmin insan daha həyatda olmasa belə.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.