Bu səhifədə Yaponiya muzeylərinin siyahısı verilmişdir. 2018-ci ilin oktyabrına olan statistikaya əsasən Yaponiyada 5738 muzey fəaliyyət göstərir.
Aomori prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Osamu Dazai Memorial Muzeyi |
|
Qoşoqavara |
17 aprel 1998 |
ədəbiyyat |
Yaponiya yazıçısı Osamu Dazainin həyat və yaradıcılığına həsr olunmuşdur. Muzey yazıçının doğulduğu, 1907-ci ildə tikilmiş, Şoyokan kimi tanınan malikanədə yerləşir. Muzeydə Dazainin yazı alətləri və kağızları, kitabları, məktubları, romanlarının ilkin nəşrləri, sevimli plaşı və digər xatirə əşyaları sərgilənir.[1] |
Bağla
Ehime prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Beşşi Mis Mədəni Memorial Muzeyi |
|
Niihama |
13 iyun 1975 |
geologiya |
Beşşi mis mədəninin tarixinə və fəaliyyətinə həsr olunmuşdur. Bu məbəd Yaponiyanın ən böyük mis mədənlərindən biri olmuşdur. Muzeydə Beşşi mis mədəninə aid əşyalar, mədənin açılmasına aid tarixi materiallar, süxurlar, mədənçilik texnologiyası materialları, mədən həyatı və praktikaları haqqında materiallar sərgilənir.[10] |
Bağla
Fukui prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Eçizen Yengəc Muzeyi |
|
Eçizen |
15 iyul 2000 |
zoologiya |
Yengəclərə həsr olunmuş yeganə Yaponiya muzeyidir.[11] Eçizen yengəci Fukui prefekturasının tanınmış yengəc çeşididir. Muzeydə yengəclərin yaşayış ekologiyasını nümayiş etdirən sərgilər yerləşir, yengəc balalarının yetişdirilməsi ilə məşğul olunur,[12] yengəclərlə bağlı incəsənət sərgiləri baş tutur.[13] |
Bağla
Fukuoka prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Toto Muzeyi |
|
Kitakyuşu |
28 avqust 2015 |
şirkət |
Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə açılmışdır.[14] Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir.[15] |
Bağla
Fukuşima prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Böyük Şərqi Yaponiya Zəlzələsi və Nüvə Fəlakəti Memorial Muzeyi |
|
Futaba |
20 sentyabr 2020 |
memorial |
2011-ci ilin martında Yaponiyanın şərqində baş vermiş Tohoku zəlzələsi və sunamisi, eləcə də, Fukişima-1 AES nüvə fəlakəti hadisəsinə həsr olunmuşdur. Muzeydə Nüvə fəlakətinin səbəb olduğu fəsadlar statistik məlumatlar, fotolar, qrafiklər və şahid ifadələri ilə nümayiş etdirilir. Eksponatlara zəlzələ anında dayanmış saatlar, dağıntılar arasında tapılmış əşyalar, təxliyə üçün istifadə olunmuş təchizatlar daxildir.[16] |
Hideyo Noquçi Memorial Muzeyi |
|
İnavaşiro |
21 may 1939 |
elm |
Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur. Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur. Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir. Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir.[17] |
İino UNO Muzeyi |
|
İino |
noyabr 1992 |
elm |
Uçan naməlum obyektlərə və yadplanetlilərə həsr olunmuşdur. İino qəsəbəsi Yaponiyada "UNO-ların evi" kimi tanınır və qəsəbənin gəlir mənbələrindən biri UNO turizmidir.[18] Muzey binası uçan boşqab formasındadır. Muzeydə UNO-lar və digər müəmmalara aid 935 CİA sənədi nümayiş etdirilir və sərgilər keçirilir.[19] |
Bağla
Gifu prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Su Muzeyi |
|
Gifu |
aprel 2002 |
elm |
Muzeyin yerləşdiyi bina 1930-cu ildən 1960-cı illərə qədər Gifu şəhərinin su təchizat sistemi üçün mühərrik otağı istifadə olunmuşdur.[20] Muzeydə su təchizatının tarixi haqqında məlumat verilir, nasoslar, debimetrlər və digər su təchizatları sərgilənir.[21] |
Oqaki Poster Muzeyi |
|
Oqaki |
25 oktyabr 1996 |
incəsənət |
Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir.[22] |
Bağla
Hiroşima prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Miyoşi Mononoke Muzeyi |
|
Miyoşi |
26 aprel 2019 |
folklor |
Yaponiyada yokaylara həsr olunmuş ilk muzeydir. Miyoşi şəhəri Edo dövrünə aid "İno Mononoke Roku" adlı yokay nağılına görə tanınır. Yokaylar haqqında məlumatlar tarixi artefaktlar və interaktiv rəqəmsal quraşdırmalar vasitəsilə çatdırılır. Ziyarətçilər interaktiv rəqəmsal yokay kitabı ilə tanış ola və xüsusi kamera ilə yokaylarla şəkil çəkdirə bilərlər.[23] |
Okunoşima Zəhərli Qazlar Muzeyi |
|
Takehara |
aprel 1988 |
hərb |
Okunoşima adası Yaponiya İmperator ordusu tərəfindən zəhərli qazlar hazırlamaq üçün məkan kimi istifadə olunduğu üçün "zəhərli qazlar adası" ləqəbi ilə tanınır. Muzeydə zəhərli qaz istehsalında istifadə olunmuş ləvazimatlar, toksik maddələrin saxlanılması üçün qablar, qaz mərmilərinin qalıqları, qaz maskaları, qoruyucu geyimlər, zəhərli qazların Çində istifadə olunması barədə əmrləri əks etdirən sənədlər sərgilənir.[24] |
Bağla
Hokkaydo prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Çurui Nauman Fili Muzeyi |
|
Makubetsu |
2 avqust 1988 |
elm |
Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə açılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır: muzeyin mərkəzindəki gümbəz gövdəni, dörd küncdə yerləşən sərgi otaqları ayaqları, giriş başı, 100 metr uzunluğunda olan "zaman yolu" adlı yol xortum və dişləri təmsil edirlər.[25] |
Kitaiçi Venesiya İncəsənəti Muzeyi |
|
Otaru |
1988 |
incəsənət |
İtaliyanın Venesiya şəhərinin incəsənətinə həsr olunmuşdur. Həm Otaru, həm Venesiya kanallarına, şüşə məhsullarına və liman ticarətinə görə tanınır. Binanın interyeri, sərgiləri, mebellər və digər əşyaları Venesiya üslubundadır. Muzeydə orta əsrlərdə yaşamış Venesiya aristokratlarının dəbdəbəli həyat şəraiti yaradılmışdır. Muzeydə Venesiya incəsənətinə aid 3000-dən çox eksponat nümayiş etdirilir.[26] |
Otaru Musiqi Qutusu Muzeyi |
|
Otaru |
1967 |
incəsənət |
Muzey musiqi qutularına həsr olunmuş ən böyük Yaponiya muzeyidir. Otaru hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" kimi tanınmışdır.[27] Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Burada dünyanın ən böyük buxar saatı yerləşir.[28] |
Sapporo Pivə Muzeyi |
|
Sapporo |
1 iyul 1987 |
içki |
Yaponiyada pivəyə həsr olunmuş yeganə muzey olmaqla yanaşı, "Sapporo Breweries" pivə şirkətinin tarixini işıqlandırır. Muzeyin yerləşdiyi bina 1890-cı ildə tikilmiş və 1905–65-ci illərdə pivə zavodu kimi istifadə olunmuşdur.[29] |
Bağla
Hyoqo prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Hakuşika Memorial Sake Muzeyi |
|
Nişinomiya |
17 fevral 1982 |
içki |
Yaponiyada açılmış ilk, eləcə də, yeganə sake və sakura muzeyidir.[30] Nişinomiya şəhəri Edo dövründə sake sənayesinə görə məşhur olmuşdur. Burada sakenin hazırlanma prosesi nümayiş etdirilir, Amida-quruma kimi sake hazırlama alətləri sərgilənir.[31] |
Hyoqo Prefektura İncəsənət Muzeyi |
|
Kobe |
6 aprel 2002 |
incəsənət |
Qərbi Yaponiyada yerləşən ən böyük modern və müasir incəsənət muzeyidir. Muzeydə Yaponiya və xarici ölkə sənətçilərinin hazırladığı rəsm əsərləri, qravürlər və digər sənət işləri sərgilənir. Muzeyin memarı Tadao Ando olduğu üçün burada ona həsr olunmuş daimi sərgi yerləşir.[32] |
Kobe Lempvork Şüşə Muzeyi |
|
Kobe |
13 iyul 2005 |
incəsənət |
Dünyada şüşəçilik sənətinin lempvork üslubuna həsr olunmuş yeganə muzeydir. Muzeydə qədim dövrdən müasir dövrə qədərki vaxta aid 2000-dən çox lempvork iş sərgilənir.[33] Bu işlər arasında yapon dilində tonbadama kimi tanınan lempvork muncuqlar, murrini, marbllar, şüşə heykəlciklər, stəkanlar var.[34] |
Bağla
İşikava prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Kanazava Yasue Qızıl Vərəq Muzeyi |
|
Kanazava |
1974 |
incəsənət |
Dünyada qızıl vərəqə həsr olunmuş azsaylı muzeylərdən biridir. Kanazava şəhəri qızıl vərəq istehsalına görə tanınır. Sənətkar Yasue Takaaki tərəfindən açılmışdır. Muzeyin kolleksiyasına qızıl işləmə alətləri, müxtəlif istehsal mərhələlərində olan qızıl vərəqlər, parçalar, keramika məhsulları, şüşə qablar, heykəllər, kalliqrafiya işləri daxildir.[35] |
Bağla
İvate prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
İvate Sunami Memorial Muzeyi |
|
Rikuzentakata |
22 sentyabr 2019 |
memorial |
2011-ci ilin martında baş vermiş Tohoku sunamisi hadisəsinə həsr olunmuşdur. Muzeydə sunaminin elmi və tarixi prespektivlərindən bəhs edir. Burada sunami nəticəsində zərər görmüş cisimlər (məsələn, maşınlar), hadisəni təsvir edən materiallar, hadisə qurbanlarının xatirələri nümayiş etdirilir.[36] |
Bağla
Kanaqava prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Kamakura Tarix və Mədəniyyət Muzeyi |
|
Kamakura |
15 may 2017 |
diyarşünaslıq |
Yaponiyanın qədim paytaxtlarından biri olmuş Kamakuranın mədəniyyət və tarixinə həsr olunmuşdur. Britaniya memarı Norman Fosterin şirkəti tərəfindən dizayn edilmiş fərdi evdə yerləşir. Muzeyin daimi sərgisində Çinin Sun və Yuan sülalələrinə aid dulusçuluq məmulatları, eləcə də, Yaponiyanın Seto, Tokoname, Atsumi və digər dulusçuluq üslublarına aid işlər sərgilənir.[37] |
Yokohama Gəlincik Muzeyi |
|
Yokohama |
1 iyun 1986 |
incəsənət |
Gəlinciklərə həsr olunmuş muzeydir. Muzeydə 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır.[38] |
Yokohama Sahil Mühafizəsi Muzeyi |
|
Yokohama |
10 dekabr 2004 |
dənizçilik |
Yaponiyanın sahil mühafizə tarixinə və Yaponiya Sahil Mühafizə Xidmətinin fəaliyyətinə həsr olunmuşdur. Əsas eksponat 2001-ci ilin dekabrında Amami-Oşima döyüşü zamanı sahil mühafizə xidməti tərəfindən ələ keçirilmiş, Şimali Koreyaya məxsus olan casus gəmisidir. Muzeyin son hissəsi Yaponiya Sahil Mühafizə Xidməti tərəfindən istifadə olunan gəmi və təyyarələrə həsr olunmuşdur.[39] |
Bağla
Qunma prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Qunma Şüşə Sənəti Muzeyi |
|
Şibukava |
1998 |
incəsənət |
Modern üslubda hazırlanmış şüşə sənəti əsərlərinə həsr olunmuşdur. Fransanın Nansi bölgəsindən olan Emil Qalle və Daum qardaşları kimi şüşə sənətkarlarının əsərləri sərgilənir. Muzeydə şüşə sənəti ilə bağlı vorkşoblar keçilir və ziyarətçilər şüşədən öz əsərlərini yarada bilirlər.[40] |
Bağla
Naqano prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Matsumoto Tərəzi Muzeyi |
|
Matsumoto |
avqust 1898 |
tarix |
Yaponiya tarixində istifadə olunmuş tərəzilərə və çəki nümunələrinə həsr olunmuşdur. Muzeyin yerləşdiyi bina 1902–1986-cı illərdə Takeuçi Çəki və Tərəzi Dükkanı kimi fəaliyyət göstərmişdir.[47] Muzeydə ipəkqurdu qozalarının çəkisini ölçmək üçün hazırlanmış xüsusi tərəzilərin sərgisi yerləşir.[48] |
Tateşina Oyuncaq Ayı Muzeyi |
|
Tateşina |
1995 |
oyuncaq |
Yaponiyanın ilk, dünyanın isə ən böyük oyuncaq ayı muzeyidir.[49] Muzeydə 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyasında dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüş oyuncaq ayı saxlanılır. Muzeyin oyuncaq ayı mağazası Yaponiyadakı ən böyük oyuncaq ayı mağazasıdır.[50] |
Bağla
Naqasaki prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Endo Şusaku Ədəbiyyat Muzeyi |
|
Naqasaki |
13 may 2000 |
ədəbiyyat |
Yaponiya romançısı Şusaku Endonun həyat və yaradıcılığına həsr olunmuşdur. Muzeydə Endonun həyat və yaradıcılığından bəhs edən 25.000-dən çox eksponat sərgilənir. Muzeyin sərgi otağında yazıçının əlyazmaları, ləvazimatları, iş masası nümayiş etdirilir.[51] |
Bağla
Niiqata prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
İyoboya Muzeyi |
|
Murakami |
aprel 1987 |
zoologiya |
Yaponiyada yaşayan qızılbalıqlara həsr olunmuşdur. Muzey Miomote çayının sahilində yaradılmış Qızılbalıq Parkının tərkib hissəsinə daxildir. "İyoboya" sözü Murakami şəhərinin dialektində qızılbalığı bildirmək üçün istifadə olunan sözdür. Tarixən qızılbalıqlar Murakami regionunun xalqı üçün əhəmiyyətli qida mənbəyi olmuşdur.[52] |
Bağla
Okayama prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Kasaoka Nal Yengəci Muzeyi |
|
Kasaoka |
mart 1990 |
zoologiya |
Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. Muzey nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır.[53] Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır.[54] |
Bağla
Okinava prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Himeyuri Sülh Muzeyi |
|
İtoman |
23 iyun 1989 |
tarix |
Okinava döyüşü zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur. Muzey Himeyuri qülləsinin yaxınlığında yerləşir. İki məktəbin əsas binası əsasında modelləşdirən muzey binasında müharibədən əvvəlki dövrü təsvir edən sənədlər, sahə xəstəxanasının dioraması və sağ qalmış Himeyuri tələbələrinin mesajları sərgilənir.[55] |
Tsuşima-maru Memorial Muzeyi |
|
Naha |
22 avqust 2004 |
tarix |
İkinci Dünya müharibəsi zamanı 1944-cü ildə ABŞ donanmasına məxsus bir sualtı qayıq tərəfindən batırılmış Tsuşima-maru gəmisinin xatirəsinə həsr olunmuşdur. Burada Tsuşima-marunun marşrutu, vurulması və batırılması barədə ABŞ donanmasının qeydləri teleqraf mesajları və deşifrə edilmiş mətnlərlə birlikdə sərgilənir.[56] |
Bağla
Osaka prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Osaka Şəhər Kanalizasiya Elmi Muzeyi |
|
Osaka |
29 aprel 1995 |
elm |
Muzey Osaka şəhərində müasir kanalizasiya sisteminin 100 illiyini qeyd etmək məqsədilə keçmiş Ebie kanalizasiya suları təmizləmə qurğusunun ərazisində açılmışdır. Burada qədim kanalizasiya sistemləri haqqında məlumatlar verilir, suyun əhəmiyyəti və kanalizasiya sisteminin elmi əsası haqqında sərgilər yerləşir.[57] |
Bağla
Saqa prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Saqa Hava Şarı Muzeyi |
|
Saqa |
1 oktyabr 2016 |
aviasiya |
Saqa şəhəri Yaponiyada hava şarları ilə bağlı tədbirlərə görə tanınır. 1980-ci ildən etibarən şəhər Saqa Beynəlxalq Hava Şarı Festivalına ev sahibliyi edir. Muzeydə ava şarlarının tarixi, hava şarı yarışları haqqında informasiyalar təqdim olunur, müxtəlif formalarda olan hava şarı modelləri və Yaponiyanın ilk idarə olunan hava şarı modeli olan "Icarus-5" sərgilənir.[58] |
Bağla
Şimane prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Nima Qum Muzeyi |
|
Nima |
3 mart 1991 |
elm |
Quma həsr olunmuş muzeydə dünyanın ən böyük qum saatı saxlanılır. Muzey kompleksi altı şüşə piramida formasında tikilmişdir. Muzeydə qum akustikasını nümayiş etdirən sənət əsərləri kolleksiyası mövcuddur.[59] |
Bağla
Şizuoka prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Atami Seks Muzeyi |
|
Atami |
1980 |
mədəniyyət |
Yaponiyanın seks mədəniyyətinə həsr olunmuşdur. Yaponiyada fəaliyyət göstərən sonuncu seks muzeyidir. Muzeydə Edo dövrünə aid şunqalar və ipək prezervativlər, qədim taxta dildolar, seks oyuncaqları, holoqramlar, hentay kimi fetişləri təsvir edən heykəlciklər, abstrakt lüt manekenlər nümayiş etdirilir.[60][61] |
Bağla
Tokio prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
|
Yaranma tarixi |
Növ |
Haqqında |
Mequro Parazitologiya Muzeyi |
|
Mequro |
1953 |
elm |
Dünyada parazitlərə və parazitologiya elminə həsr olunmuş yeganə muzeydir. Burada müxtəlif parazit növlərini göstərən xəritələr və heyvan parazitləri nümayiş etdirilir. İkinci mərtəbə insan parazitlərinə həsr olunmuşdur. Muzeyin kolleksiyasına 45.000-dən çox parazit növü daxildir.[62] |
Minato Şəhər Tarix-Diyarşünaslıq Muzeyi |
|
Minato |
2 noyabr 2018 |
diyarşünaslıq |
Minatonun tarixinə, mədəniyyətinə və təbiətinə həsr olunmuşdur. Muzey binası 1938–2002-ci illərdə İctimai Sağlamlıq İnstitutunun baş qərargahı kimi fəaliyyət göstərmişdir. Muzeydə Minatonun tarixinə həsr olunmuş (tarix öncəsi dövrdən müasir dövrə qədər) qalereyalar yerləşir. Muzeyin daimi kolleksiyasına Minatoda tapılmış artefaktlar, balıqqulağı qalıqları, balina skeleti və Comon dövrünə aid dulusçuluq məmulatları daxildir.[63] |
Small Worlds Miniatür Muzeyi |
|
Koto |
oktyabr 2023 |
miniatür |
Asiyada yerləşən ən böyük miniatür muzeyidir. Buradakı miniatürlər 1:80 miqyasında hazırlanmışdır. Muzey sərgisi 8 bölmədən ibarətdir. Kosmos mövzusunda olan bölməsi "Kosmos Mərkəzi" adlanır. Burada Kosmik şattl Stansiyası və Apollo kosmik stansiyasının detallı miniatürləri yaradılmışdır.[64] |
Sumida Hokusay Muzeyi |
|
Sumida |
22 noyabr 2016 |
incəsənət |
Sumidada yaşamış ukiyo-e sənətçisi Hokusaya həsr olunmuşdur. "Kanaqavada böyük dalğa" əsərinin nüsxəsi də daxil olmaqla Hokusayın bir çox əsərinin nüsxəsi sərgilənir. Sərginin mərkəzindəki hissədə Hokusayın evinin replikası yaradılmışdır. Üçüncü mərtəbədə Hokusay ilə yanaşı digər ukiyo-e sənətçilərinin əsərləri sərgilənir.[65] |
Şova Retro Qablaşdırma Muzeyi |
|
Ome |
23 oktyabr 2023 |
tarix |
Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir. Muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir.[66] |
Tokio "Göyqurşağı" Kanalizasiya Muzeyi |
|
Koto |
1997 |
elm |
Muzey Ariake Su Təmizləmə Mərkəzində açılmışdır. Tokio Metropolitan Hökumətinin Kanalizasiya Bürosu tərəfindən nəzarət olunan muzey kanalizasiya sistemi haqqında məlumat verir. Burada kanalizasiya borularının, nasos stansiyalarının, su təmizləmə mərkəzinin reproduksiyaları nümayiş etdirilir.[67] |
Tokio Reklam Muzeyi |
|
Minato |
1 dekabr 2002 |
reklam |
Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir.[68] Muzeydə Edo dövründə istifadə olunmuş reklam hiylələri, Şova dövrünün reklam posterləri, 330 min reklam materialı sərgilənir.[69] Muzeyin kitabxanası Yaponiyada reklam kommunikasiyası sahəsində ixtisaslaşmış yeganə kitabxanadır.[70] |
Bağla
Toyama prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Uozu Gömülü Meşə Muzeyi |
|
Uozu |
1955 |
elm |
Şəhərdə kəşf edilmiş gömülü meşənin qalıqlarına və Toyama körfəzində müşahidə olunan ilğım hadisəsinə həsr olunmuşdur. Muzey fərqli dizaynda olan 3 binadan ibarətdir. Hər bir bina Uozo şəhərinin tarixinə aid üç əsas şeyi təmsil edir: Tatemon festivalı, sidr ağacı və zaman kapsulu.[71] Burada Uozu gömülü meşəsinin kökləri və digər qalıqları (toxumlar, cücülər və s.) sərgilənir.[72] |
Bağla
Yamanaşi prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Ad |
Şəkil |
Şəhər |
Yaranma tarixi |
Növ |
Haqqında |
Nirasaki Omura İncəsənət Muzeyi |
|
Nirasaki |
27 oktyabr 2007 |
incəsənət |
Muzey Yaponiya biokimyaçısı Satoşi Omura tərəfindən yaradılmış və Nirasaki şəhərinin rəhbərliyinə bağışlanmışdır. Onun "Omura kolleksiyası" 3000-dən çox əsərdən ibarətdir. Muzeydə müxtəlif yapon rəssamların əsərləri sərgilənir.[73] |
Yukio Mişima Ədəbiyyat Muzeyi |
|
Uozu |
3 iyul 1999 |
ədəbiyyat |
Yazıçı Yukio Mişimanın həyat və yaradıcılığına həsr olunmuşdur. Muzey Mişimanın bir neçə əsərlərində hadisələrin baş verdiyi yer olan Yamanaka gölünün sahilində yerləşir. Muzeyin eksteryeri və həyəti Mişimanın Tokiodakı evi əsasında dizayn edilmişdir.[74] |
Bağla
Yamaquçi prefekturası
Əlavə məlumat Ad, Şəkil ...
Bağla
"別子銅山記念館について". Muzeyin rəsmi saytı (yaponca). Archived from the original on 2024-07-14. İstifadə tarixi: 14 iyul 2024.
"水の資料館". Gifu şəhərinin rəsmi saytı (yaponca). 5 aprel 2018. 19 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
"About Us". Muzeyin rəsmi saytı (ingiliscə). İstifadə tarixi: 2 iyul 2024.
"Shark Museum". The Story of Michinoku Gold (ingiliscə). İstifadə tarixi: 3 iyul 2024.
"Shark Museum". Visit Kesennuma (ingiliscə). İstifadə tarixi: 3 iyul 2024.
"警察資料館". Meiji Village Museum of Miyagi (yaponca). 21 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
"施設案内". Muzeyin rəsmi saytı (yaponca). 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
"常設展示". Muzeyin rəsmi saytı (yaponca). 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
"展示案内". Muzeyin rəsmi saytı (yaponca). 29 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.