parazitləri öyrənən elm From Wikipedia, the free encyclopedia
Parazitologiya — yer üzərində yaşayan bütün parazit canlıları öyrənən tibbin bir bölməsidir. Parazitlər bildiyimiz kimi digər canlıların bədənində yaşayıb, onların orqanzimindəki bütün lazımi maddələri özlərinə çəkir. Qeyd edək ki,parazitlər iki cür ola bilər: ektoparazitlər (xarici), endoparazitlər (daxili). Ektoparazitlərin əksəriyyəti aerobdur. Onlara tibb zəlisini, buğumayaqlıların həşəratlar sinifinə daxil olan əksər cücü növlərini və s.-ni misal göstərmək olar. Endoparazitlərə askaridi, öküz soliterini, qaraciyər sorucusunu, exinokokku, uşaq bizquyruğunu,malyariya parazitini və s.-ni misal göstərmək olar. Parazit orqanzimlər müxtəlif aləmlərin nümayəndəsi ola bilər. Məsələn, yuxarıda sadaladığımız canlıların hamısı heyvanlar aləminə məxsus parazitlərdir. Bundan başqa bakteriyalar aləminin nümayəndələri tərəfindən törədilən angina, skarlatina, vərəm vəba, taun, brusselyoz, saqqo və s. kimi xəstəliklər parazit xəstəlikləridir. Həmçinin viruslarında törətdiyi xəstəliklər az deyil. Qrip, qızılca, xərçəng, hepatit kimi xəstəliklər hamısı viruslar tərəfindən törədilən parazit xəstəliklərdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.