Nima Qum Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Nima Qum Muzeyi (仁摩サンドミュージアム, Nima Sando Myuciamu?) – Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır.
Nima Qum Muzeyi | |
---|---|
Nima Sando Myuciamu (仁摩サンドミュージアム?) | |
Əsası qoyulub | 3 mart 1991 |
Mövzu | qum |
Ölkə | |
Yerləşir | Nima, Şimane prefekturası |
35°08′47″ şm. e. 132°24′16″ ş. u.HGYO | |
sandmuseum.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur.[1] Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur.[1] Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir.[1]
Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur.[1] O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir.[1]
Muzey altı şüşə piramidadan ibarətdir.[1] Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır.[2][1] Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir.[1] Hər ilin 31 dekabr tarixində gecəyarısı qum saatı çevrilir.[1]
Qum saatının yerləşdiyi şüşə piramida 21 metr hündürlüyündə və 17 metr enindədir.[1] Qum saatı isə 5 metr hündürlüyündə və 1 metr diametrindədir.[1] İçərisindəki qumun ağırlığı 1 tondur, hər qum dənəsi 0,13 millimetr ölçüsündədir.[1] Qum diametri 0,85 millimetr olan dəlikdən tökülür.[1]
Qum, zaman və ətraf mühit muzeyin üç konsepsiyasını təşkil edir.[2] Muzeydə qum akustikasını nümayiş etdirən sənət əsərləri kolleksiyası mövcuddur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.