Remove ads
From Wikipedia, the free encyclopedia
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir[1].
Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir.
Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir.
Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır.
Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir.
Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır. Bu, özünü işdə və ailədə insanların artmaqda olan hərəkətsizliyində, artıq qidanın qəbulunda, psixo-emosional gərginliyin artmasinda göstərir. Yaxın keçmişdə mükəmməl istirahətin etalonu, əsasən, dənizə səyahət, sanatoriya, kurort və istirahət evlərində dincəlmək sayılırdı. Günəş, hava və su sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir. Sağlamlığın möhkəmləndirilməsi ilə səciyyələnən və özündə bir neçə turizm növlərini cəmləşdirən kənd yaşıl turizm və idman turizmidir.
Dünya Turizm Təşkilatının hesablamalarına görə, 2000-ci ildə dünya üzrə turizm gəliri 500 milyard, 2004-cü ildə 600, 2009-cu ildə 850 milyard, 2013-cü ildə 1 trilyon dollardan artıq olub.
İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur[2]
Yerüstü nəqliyyat avtomobil nəqliyyatı və dəmiryolu nəqliyyatı olaraq 2 yerə bölünür:
Su nəqliyyatı qayıq, yaxta, gəmi, bərə, teploxod və s. ilə həyata keçirilir. Turistləri tam kompleks xidmət ilə təmin edir. Konfortluğuna görə su nəqliyyatı digər nəqliyyat növlərindən istirahət və əyləncə üçün ümumi otaqların (musiqi, oxu və rəqs salonları, kino, konsert zalları, bar, gəzinti göyərtəsi və s.) xeyli miqdarda sərfəli olması ilə fərqlənir.
Hava nəqliyyatında təyyarə, vertolyot, hava şarı və s. nəqliyyat vasitələrindən istifadə olunur.
Son illər dünyada hərbi münaqişələrin çoxalması ilə əlaqədar olaraq hərbi turizm anlayışı yaranmışdır.[6]
Dayanıqlı turizm ərazidə turizm fəaliyyətinin davamlı olması üçün atılan addımları əhatə edərək, turizm resurslarında hərtərəfli və məqsədyönlü şəkildə istifadəni stimullaşdırır. Dayanıqlı turizmin əsasında turizm resurslarından maksimum səmərəli istifadə dayanır.
Əsas məqalə: dayanıqlı turizm
Turizm:
Turist axınlarının həcmi turizmin əsas iqtisadi göstəricisi hesab olunur. Turist axınlarının həcmi dedikdə turistlərin ümumi sayı, turistik ərazidə turist kimi qalma müddətləri başa düşülür. Son illərdə beynəlxalq turizmin sürətli inkişafı müşahidə olunur. 1939-cu ildə beynəlxalq turizmdən dünya üzrə 1 milyard, 1950-ci ildə 2,1 milyard, 1971-ci ildə 19,9 milyard, 2000-ci ildə isə 500 milyard dollardan artıq gəlir əldə edilmişdir. İnkişaf sürətinə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyir. Hazırda turizm yaratdığı gəlirə görə neft sənayesi və avtomobil sənayesindən sonra dünyada üçüncü yeri tutur. Ümumdünya Turizm Təşkilatının 2000-ci ilə aid məlumatına görə, dünyada turizm və səyahətlər sahəsində 260 milyondan çox adam çalışır. Bu sahənin illik tədavül həcmi 3,8 trilyon dollar təşkil edir. Dünya milli məhsulunun 10, investisiyalarının 11 faizi, hər 16 işçi yerindən biri, dünya istehlak xərclərinin 11 faizi turizm sahəsinin payına düşür. Bu rəqəmlər dünya turizm sənayesinin fəaliyyətinin birbaşa iqtisadi effektliyi ilə izah olunur. Turizm sənayesinin inkişaf meylləri ilə ümumi iqtisadi, texniki və sosial nailiyyətlər arasında birbaşa əlaqə vardır. Turizm baxımından bütün ölkələr iki qrupa bölünür: turist tədarükçüsü olan dövlətlər (yəni turist göndərən ölkələr) və turist qəbul edən ölkələr. Birincilərə — ABŞ, Almaniya, Böyük Britaniya, Belçika, Danimarka və s., ikincilərə — Fransa, ABŞ, İspaniya, İtaliya, Yunanıstan, Polşa, Türkiyə v s. aid edilə bilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.