From Wikipedia, the free encyclopedia
Kanalizasiya — tullantı su və mayelərin məskunlaşma bölgələrindən və sənaye bölgələrindən uzaqlaşdırılması üçün qurulan yeraltı qurğu sistemidir.
Kanalizasiya xəttləri ümumiyyətlə 1/2 doluluqda 2fps sürətlə axacaq şəkildə hazırlanar. Minimum axış sürəti, boruların təmiz qalmasını təmin edər və qatı maddə təcrübəsini mane olur. Bina içi Sistemlərdə Əyəm 1–2% arasında olmalıdır. Bina xaricindəki Sistemin uc (xarici) nöqtələrindəki borular, ən azı 1% meyllə hazırlanmalıdır. Bu uc nöqtələrdəki borularda az axış olacağından, %1 əyəm, boruların təmiz qalmasına köməkçi olar.
Üfüqi əyrilikli borular çox istənməsə də bəzi vəziyyətlərdə lazımlı ola bilər. Belə vəziyyətlərdə, boru düzmüş kimi hesablanır və lazımlı minimum meyl 50% əlavə olunur. Beləcə, borunun əyriliyindən qaynaqlanan hidrolik enerji itkisi tarazlanmış olur.
Kanalizasiya əlaqələrində, eyni diametrli borular bağlanarkən, axış istiqamətində aşağıda qalan boru, yuxarıdakı borudan ən az 0,025 m daha alçaq qoyulmalıdır. Əgər, boru diametri dəyişirsə, boruların diametrinin 80%-inə qarşılıq gələn yüksəklikləri uyğunlaşdırılmalıdır.
İlk kanalizasiya e.ə. 2500-cü ildə müasir Hindistanda inşa edilmişdir. Hindistanda yerləşən və e.ə. III minilliyə aid olan Mohenco-Daro şəhərindəki evlərdə ayaqyolu və hamamda istifadə olunan çirkab suları xüsusi borularla axıdılırdı. E.ə. 2300-cü ildə Mesopatomiyada — Şumer şəhərlərində hökmdarın və əyanların saraylarında kanalizasiya sistemi var idi. Qədim yunan və Roma şəhərlərində də bu tipli kanalizasiya sistemləri inşa olunmuşdu. Əvvəllər açıq olan bu kanalizasiyaların üstü sonralar sal daşlarla örtülürdü. Roma imperiyası dağıldıqdan sonra Qərbi Avropada mədəniyyət tənəzzül etdi və uzun əsrlər boyu kanalizasiyaların çəkilməsi unuduldu. Orta əsrlərdə Azərbaycan şəhərlərində də yüksək məişət mədəniyyəti formalaşırdı. Məsələn, ərəb səyyah və coğrafiyaşünası əl-Müqəddəsinin məlumatından aydın olur ki, çirkab sularını kənara axıtmaq üçün hələ X əsrdə Dərbənd şəhərində kanalizasiya sistemi yaradılmışdır. Avropada kanalizasiya sistemi yalnız XIX əsrdə bərpa olundu. Müasir tipli ilk kanalizasiya 1843-cü ildə Almaniyanın Hamburq şəhərində inşa olunmuşdur.
İxtiralar və kəşflər. Bakı,2006, səh.25
Bu məqalə qaralama halındadır. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.