Tsuşima-maru Memorial Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tsuşima-maru Memorial Muzeyi (対馬丸記念館, Tsuşima-maru Kinenkan?) – Yaponiyanın Okinava prefekturasının paytaxtı Naha şəhərində yerləşən xatirə muzeyi. İkinci Dünya müharibəsi zamanı 1944-cü ildə ABŞ donanmasına məxsus bir sualtı qayıq tərəfindən batırılmış Tsuşima-maru gəmisinin və həmin hadisə nəticəsində ölmüş 1484 nəfərin xatirəsinə həsr olunmuşdur.
Tsuşima-maru Memorial Muzeyi | |
---|---|
Açılış tarixi | 22 avqust 2004 |
Mövzu | Tsuşima-maru |
Ölkə | |
Yerləşir | Naha |
26°13′12″ şm. e. 127°40′22″ ş. u.HGYO | |
tsushimamaru.or.jp tsushimamaru.or.jp/?page… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tsuşima-maru Yaponiyaya məxsus olan karqo və sərnişin gəmisi olmuşdur. 22 avqust 1944-cü ildə Yaponiyanın Akuseki adası yaxınlığında ABŞ donanmasına aid olan USS Bowfin sualtı qayığı tərəfindən batırılmışdır. Həmin an Tsuşima-maru Okinavadan Naqasakiyə 1788 sərnişin daşıyırdı ki, onlardan 834 nəfərini məktəbli uşaqlar təşkil edirdi. Tsuşima-marunun batırılması nəticəsində gəmidəki 1484 nəfər ölmüşdür.[1]
Muzey 22 avqust 2004-cü ildə açılmışdır.[2] Muzeyin sərgisi birinci və ikinci mərtəbələrə bölünür.[1] Girişin birinci yox, ikinci mərtəbədə yerləşməsinin səbəbi ziyarətçilərdə gəmiyə minmək barədə təəssürat yaratmaqdır.[3] İkinci mərtəbədə yerləşən sərgi Tsuşima-marunun Naha limanından yola düşməsinə və batırılmasına həsr olunmuşdur. Burada Tsuşima-marunun marşrutu, vurulması və batırılması barədə ABŞ donanmasının qeydləri teleqraf mesajları və deşifrə edilmiş mətnlərlə birlikdə sərgilənir. İkinci mərtəbə Okinava məktəblərinin təxliyə edilməsinə həsr olunmuşdur və həmin dövrün sinif mühiti yaradılmışdır. Hadisə nəticəsində ölmüş məktəbliləri fotoları və onlara aid əşyalar burada nümayiş etdirilir. Divarlarda hadisə qurbanlarının adları qeyd olunmuşdur.[1]
Muzey eksponatlarına hadisə nəticəsində sağ qalanların sahilə çıxmaq üçün istifadə etdikləri sallar və hadisə barədə çəkdikləri rəsmlər, hadisədən danışmağı qadağan edən qanun barədə sənədlər daxildir. Muzeyin audiovizual guşəsi də var. Muzey yaxınlığında hadisə qurbanlarına həsr olunmuş Kozakuro no To memorial abidəsi yerləşir.[1] Hadisədən sağ qalan şəxslərdən biri olan Masakatsu Takara muzeyin direktorudur.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.