Kamakura Tarix və Mədəniyyət Muzeyi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kamakura Tarix və Mədəniyyət Muzeyi (鎌倉歴史文化交流館, Kamakura Rekişibunka Koryukan?) – Yaponiyanın Kanaqava prefekturasının Kamakura şəhərində yerləşən muzey.
Kamakura Tarix və Mədəniyyət Muzeyi | |
---|---|
鎌倉歴史文化交流館 | |
Açılış tarixi | 15 may 2017[1] |
Ölkə | |
Yerləşir | Kamakura |
35°19′12″ şm. e. 139°33′04″ ş. u.HGYO | |
city.kamakura.kanagawa.jp/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey binası Britaniya memarı Norman Fosterin şirkəti "Foster + Partners" tərəfindən dizayn edilmiş fərdi evdə yerləşir. Kamakura evi adı ilə tanınan tikili[2] daha sonra şəhərə bağışlanılmış və muzeyə çevrilərək 2017-ci ilin mayında istifadəyə verilmişdir.[3][4]
Muzey şəhərin Oqiqayatsu adlı hissəsində yerləşir. Muzey binası süni mərmərlə bəzədilmişdir və böyük pəncərələri sayəsində təbii daxili işıqlandırmaya malikdir.[4]
Kamakura şəhəri Yaponiyanın qədim paytaxtlarından biri olmuş, 1185–1333-cü illərdə Kamakura şoqunluğuna ev sahibliyi etmişdir. Muzey Kamakura şəhərinin həm qədim, həm müasir tarixinə həsr olunmuşdur. Şəhərin təhsil şurası arxeoloji tapıntıları analiz edərək tədqiq edir və muzey vasitəsilə ictimaiyyətlə paylaşır. Bina yaşayış üçün nəzərdə tutulduğu üçün əsas binada üç, əlavə bina bir sərgi zalı yerləşir. Muzeyin direktoru Kokuqakuin Universitetinin keçmiş professoru Aoki Yutakadır.[4]
Muzeyin daimi sərgisində Çinin Sun və Yuan sülalələrinə aid dulusçuluq məmulatları, eləcə də, Yaponiyanın Seto, Tokoname, Atsumi və digər dulusçuluq üslublarına aid işlər sərgilənir. Şinzenko məbədində aparılmış qazıntılar zamanı kəşf edilmiş dörd tutacaqlı çini qab və bir samuray malikanəsində aşkarlanmış seladon sake qabı muzey eksponatları arasındadır. Muzeydə Kamakura mətbəxi (2019) və Hoco klanı (2022) kimi mövzularda sərgilər keçirilir.[4] XIII əsrdə tikilmiş Muryocu məbəd ərazisi muzey tərkib hissəsinə daxildir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.