From Wikipedia, the free encyclopedia
Rəşid xan Zabit oğlu Qaplanov və ya Kaplanov (az.-əski. رشید خان ظابط اوغلو قاپلانوو; 1883 və ya 1885[1], Terek vilayəti – 10 dekabr 1937 və ya 1937[1], Kommunarka poliqonu[d]) — Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə maarif və dini etiqad, sonra isə maliyyə naziri, Dağlılar Respublikasının daxili işlər naziri, Dağlı Parlamentinin sədri,[2] Dağlı Parlamentinin üzvü,[2] Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı Mərkəzi Komitəsinin sədr müavini, daha sonra isə sədri, Müvəqqəti Terek-Dağıstan hökumətinin başçısı və xarici əlaqələr komissarı.
Rəşid xan Qaplanov | |
---|---|
24 dekabr 1919 – 15 aprel 1920 | |
Əvvəlki | Əliağa Həsənov |
Sonrakı | vəzifə ləğv edilib |
14 mart 1919 – 22 dekabr 1919 | |
Hökumət | I Yusifbəyli hökuməti |
Əvvəlki | Nəsib bəy Yusifbəyli |
Sonrakı | Həmid bəy Şahtaxtinski |
26 mart 1919 – 23 may 1919 | |
17 dekabr 1918 – 23 mart 1919 | |
Əvvəlki | Pşemaxo Kotsev |
Sonrakı | Pşemaxo Kotsev |
20 yanvar 1919 – 23 may 1919 | |
Sonrakı | vəzifə ləğv olundu. |
Müvəqqəti Terek-Dağıstan hökumətinin başçısı | |
1 dekabr 1917 – 17 mart 1918 | |
Əvvəlki | vəzifə təsis olundu. |
Sonrakı | vəzifə ləğv olundu. |
Müvəqqəti Terek-Dağıstan hökumətinin xarici əlaqələr komissarı | |
1 dekabr 1917 – 17 mart 1918 | |
Əvvəlki | vəzifə təsis olundu. |
Sonrakı | vəzifə ləğv olundu. |
1 dekabr 1917 – 17 mart 1918 | |
Əvvəlki | Tapa Çermoyev |
Sonrakı | vəzifə ləğv olundu. |
20 sentyabr 1917 – 1 dekabr 1917 | |
1 may 1917 – 20 sentyabr 1917 | |
Əvvəlki | vəzifə təsis olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 və ya 1885[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 1937 və ya 1937[1] |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | vəkil, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həm Azərbaycan Xalq Cümhuriyyəti, həm Dağlılar Respublikası rəhbərliyində iştirak etmiş üç siyasətçidən biridir.
Rəşid xan Qaplanov Birinci Dağlı Qurultayında qumuq, noqay və türkmən (Stavropol quberniyası) xalqları adından Rəyasət Heyətinə seçilmişdir. İkinci Dağlı Qurultayında səsvermə nəticəsində Rəşid xan Qaplanov Mərkəzi Komitə üzvü və sədr müavini seçildi. Bir müddət Dağlı muxtariyyətinə müvəqqəti rəhbərlik etmişdir. O, Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsi, Terek Kazakları Hərbi hökuməti, Terek Şəhərləri İttifaqı və Dağıstan oblastının vahid ad altında birləşərək təşkil etdiyi müvəqqəti Terek-Dağıstan hökumətində həm hökumət başçısı, həm də xarici əlaqələr üzrə komissar vəzifəsinə təyin olundu. Daha sona quruan Dağlılar Respublikasında Kotsev hökümətində daxil işlər naziri olmuşdur. Ardınca o, yeni yaradılan Dağlı Parlamentinin üzvü və sədri seçilmişdir. Respublikanın işğalı ilə o, Azərbaycana köçmüşdür.
Azərbaycanda o, Əhrar Partiyasının nümayəndəsi olaraq I Yusifbəyli hökumətində maarif və dini etiqad naziri vəzifəsinə, II Yusifbəyli hökumətində isə maliyyə naziri təyin olunmuşdur.[3]
Repressiya qurbanı olmuş, dəfələrlə həbs edilmiş, 1937-ci ildə öldürülmüşdür.
Rəşid xan Qaplanov 1883-cü ildə qumuq [3] Qaplanovlar ailəsində, Ağsay kəndində doğulmuşdur. İlk təhsilini Yaxsay mədrəsəsində almışdır. Daha sonra Vladiqafqaz real məktəbini bitirmişdir. Ali təhsilini Sorbon Universitetində alan Rəşid xan, 1910-cu ildə Sorbon Universitetinin hüquq fakültəsindən məzun olmuşdur.[3]
Daha sonra Parisdə olarkən tanış olduğu Gənc türklər hərəkatının üzvləri tərəfindən İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. İstanbulda Mülkiyyə məktəbində dövlət hüququndan, Siyasi Elmlər məktəbində isə konstitusiya hüququndan dərs demiş, Ədliyyə Nəzarətində qanunvericilik islahatları komissiyasında çalışmışdır. Bu müddət ərzində dəfələrlə təxəllüslərlə Osmanlı dövlətinin ilk rusdilli qəzeti olan "Stambulskie novosti" ("Стамбульские новости") və "Tanin" ("Танин") qəzetlərində yazıları dərc olunmuşdur. Triumvirat üzvləri ilə və Ənvər, Tələt, Camal paşalarla əlaqələri mövcud olmuşdur.[4]
1913-cü ildə atasının təkidi ilə Vladiqafqaza qayıtmış, 1914–1917-ci illərdə şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Vəhşi diviziyanın Şimali Qafqazı işğal etməsindən sonra Bakıya köçmüşdür.[2]
Aprel işğalından sonra, 11 may 1920-ci ildə Rəşid xan Qaplanov Bakıda həbs olunmuş, lakin Orconokidze, Nərimanov və Qorxmazovun xahişi ilə sərbəst buraxılmışdır.[5] 28 iyun 1920 tarixində sabiq Bakı polismeystri Quda Qudiyev ilə birlikdə tutulmuş,[6] əvvəlcə Vladiqafqaza göndərilmişdir. Rəşid xan Qaplanov 1921-ci ildə də Buynaksda bolşeviklər tərəfindən həbs olunmuşdur. Ondan Qafqazı tərk etmək tələb edilmişdir . Bundan sonra o, Moskvada yaşamağa məcbur oldu. O, Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs demişdir. 1923-cü ildə "Türkiyə tarixi üzrə mühazirələr" kitabını çap etdirmişdir.[7]
1930-cu ildə Rəşid xan Qaplanov yenidən həbs edilsə də, bir müddət sonra azadlığa çıxmışdı. Rəşid xan bir müddət Ümumittifaq Yeni Əlifba Komitəsində sədr müavini olan Cəlaləddin Qorxmazovun yanında hüquq məsləhətçisi olaraq da çalışmışdır.[8]
Rəşid xan Qaplanov sonuncu dəfə 1937-ci ilin oktyabrın 8-də Moskvada həbs edilmişdir. Həmin vaxt o, Özbəkt Ticarət Müvəkkilliyinin Moskvadakı daimi nümayəndəliyində hüquq məsləhətçisi işləyirdi, eyni zamanda, Özbəkistan nümayəndəliyində vəkil kimi özəl fəaliyyət göstərirdi.[3]
Böyük təmizliyin bir parçası olaraq 8 oktyabr 1937-ci ildə həbs olunmuşdur. Əvvəlcə Lefortovo, sonra Butırka həbsxanalarında saxlanıldı. 1937-ci il dekabrın 10-da RSFSR Cinayət Məcəlləsinin 58–1a, 8 və 11-ci maddələri (əks-inqilabi hərəkatda və antisovet millətçi terror təşkilatında fəal iştirakagörə) ilə təqsirli bilindi. 7 dekabr tarixində Stalin, Molotov və Andrey Jdanova "görə" barəsində ölüm hökmü təyin olunmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası 10 dekabr tarixində Qaplanova ölüm hökmü verdi. Elə həmin gün Qaplanov güllələnmişdir.[9] Ölüm hökmü icra olunduqdan cəsədi Moskva vilayətinin Kommunarka qəsəbəsində, adsız kollektiv məzarlıqda dəfn olunmuşdur.[10]
1991-ci ilin 29 aprelində əməllərində heç bir cinayət tərkibi olmadığına görə SSRİ Prokurorluğu Rəşid Qaplanova bəraət verdi.[7]
Rusiyada Fevral inqilabından sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmişdir. 1 may 1917 tarixində Birinci Dağlı Qurultayında qumuq, noqay və türkmən (Stavropol quberniyası) xalqları adından Rəyasət Heyətinə Rəşid xan Qaplanov seçilmişdir.[11] Qurultayda təşkilati suallarla bağlı Rəşid xan Qaplanov çıxış etmişdir. 5 may 1917-ci ildə qurultay knyaz Rəşid xan Qaplanovun Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqının yaradılması ilə bağlı hesabatını və onun təqdim etdiyi İttifaqın təşkili layihəsini təsdiqlədi.[12]
20 sentyabr 1917-ci ildə Vladiqafqazda keçirilən İkinci Dağlı Qurultayında səsvermə nəticəsində Rəşid xan Qaplanov Mərkəzi Komitə üzvü və sədr müavini seçildi.[13] O həmçinin ittifaqın konstitusiyasını tərtib etmək üçün təşkil olunan 7 nəfərlik komissiyanın da üzvü olmuşdur.[14] Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqı qurultayda Dağlı muxtariyyətini elan etdi. Muxtariyyətin Mərkəzi Komitəsinə rəhbərlik edən Tapa Çermoyev 1 dekabr tarixində istefa verdi. Əvəzinə rəhbərlik Rəşid xan Qaplanova həvalə olunmuşdur.[15]
12 noyabr 1917-ci ildə Rəşid xan Qaplanov ittifaq daxilində yaradılan idarəetmə komissiyasına üzv seçildi.[16]
1 dekabr 1917-ci ildə Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqı Mərkəzi Komitəsi, Terek Kazakları Hərbi hökuməti, Terek Şəhərləri İttifaqı və Dağıstan oblastı vahid ad altında birləşərək müvəqqəti Terek-Dağıstan hökumətini təşkil etdilər. 2 dekabr 1917-ci ildə hökumətin sədri seçilən[17] Rəşid xan Qaplanov həm də xarici əlaqələr üzrə komissar vəzifəsinə təyin olundu.[18] 17 mart 1918-ci ildə Terek Sovet Respublikasının qurulması nəticəsində bu hökumət dağılmışdır. Dağlı milli qüvvələrinin liderləri Zaqafqaziya Seymi ilə birləşmək, bütün Qafqazın təmsil olunduğu hakimiyyət yaradılmasına nail olmaq məqsədilə Tiflisə toplaşdılar. Zaqafqaziya Seymində azərbaycanlı nümayəndələr tərəfindən müdafiə olunan bu təşəbbüs onun gürcü-erməni çoxluğu tərəfindən rədd edildi, lakin azərbaycanlı ictimai xadimlərin təkidi ilə Trabzona sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə dağlı nümayəndələri də daxil edildi. Trabzonda dağlı nümayəndələri Şimali Qafqazla Cənubi Qafqazın vahid dövlətdə birləşməsini təklif etdilər, lakin buna razılıq verilmədi. Trabzonda uğur qazana bilməyən dağlı nümayəndələri İstanbula gedərək, Osmanlı hökuməti ilə birbaşa təmasa girdilər. Batum sülh konfransı ərəfəsində hərbi nazir Ənvər paşa ilə görüşüb, ondan yardım istədilər.[17]
11 may 1918-ci il tarixindən Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqının sabiq rəhbərləri Şimali Qafqaz Dağlılar Respublikasının müstəqilliyini elan etdilər və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı Respublikası) yaradılması haqqında İstiqlal bəyannaməsini qəbul etdilər. Osmanlı dövlətinə və onun müttəfiqlərinə bu haqda rəsmi nota verildi.[17]
24 may 1918-ci ildə Şimali Qafqaz Dağlılar Respublikasının Tapa Çermoyevin rəhbərliyində ilk hökuməti elan olundu. Gəncədə qurulan hökumət əvvəl Dərbəndə, sonra Teymurxan-Şuraya köçdü. 15 dekabr 1918-ci ildə Dağlılar Respublikasının parlamentinin qurulması qərara alındı. Bununla mövcud hökumət istefa verdi. 17 dekabr 1918-ci ildə Pşemaxo Kotsev rəhbərliyində yeni koalisyon hökumət quruldu və Rəşid xan Qaplanov bu hökumətdə daxili işlər naziri vəzifəsinə təyin olundu.[19][20]
20 yanvar 1919-cu ildə 27 nəfərdən ibarət parlament — İttifaq Şurası yaradıldı. Parlament həmçinin Dağlı Parlamenti də adlanmışdır.[21] İttifaqın keçmiş Mərkəzi Komitə üzvləri birbaşa parlament üzvü seçildilər.[19] Rəşid xan Qaplanov da parlament üzvü seçildi.[2]
Denikin ordusunun Çeçenistanın böyük hissəsini işğal etməsi Dağlı Respublikasında hökumət böhran yaratdı. Pşemaxo Kotsevin və hərbi nazir N. Tarkovskinin passivliyini tənqid edən hökumət üzvləri Rəşid xan Qaplanov, V. Cabagiyev və Nurməmməd bəy Şahsuvarov istefa verərək, yeni hökumət qurulmasını istədilər. 23 mart tarixində Pşemaxo Kotsevin hökuməti istefa verdi. Parlament hökumətin təşkilini yenə Pşemaxo Kotsevə həvlə etdi. Yeni hökumət 26 mart 1919-cu ildə parlamentə təqdim olundu və təsdiqləndi. Rəşid xan Kaplanov bu hökumətdə nazir postu tutmadı.[22]
26 mart 1919-cu ildə Dağlı Parlamentinin iclasında Rəyasət Heyətinə yeni seçkilər keçirildi və Rəşid xan Kaplanov parlament sədri seçildi.[22] Denikin ordusu ilə mübarizə şəraitində Dağlı Parlamentinin sədri olan Qaplanov bolşeviklərlə sıx əlaqə saxlayırdı. Buna görə denikinçilər onu "alovlu bolşevik" adlandırırdı.
Mayın 12-də Pşemaxo Kotsevin başçılıq etdiyi ikinci hökumət istefa verdi. Dağlı Parlamenti və sədr Rəşid xan Qaplanov yeni hökumətin təşkilini general Mikayıl Xəlilova tapşırdı.[23] Lakin bu, mümkün olmadı. 23 may 1919-cu ildə parlamentin son iclası keçirildi və parlamentin fəaliyyətinə sona çatdı.
Rəşid xan Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçmüşdür. O, Əhrar Partiyasının nümayəndəsi olaraq 14 mart 1919-cu ildə I Yusifbəyli hökumətində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur.[3][24][25] Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından iştirak etmiş, eyni zamanda, burada "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. O, universitetin filologiya və tibb fakültəsinin açılması üçün 5 milyon manat yatırım edilməsinə dəstək vermişdir.[26] 1919-cu ildə nazir Qaplanov 100 tələbənin xaricdə təhsil alması layihəsinin təşkilində iştirak etmişdir. Qaplanov həmçinin gələcəkdə Latın qrafikalı əlifbaya keçid edilməsini təklif edəcək Ümumi Təhsildə İslahatlar üzrə Dövlət Komissiyasının yaradılmasına başçılıq etmişdir.[27]
I Yusifbəyli hökumətinin istefası 22 dekabr 1919-cu ildə qəbul olunduqdan sonra 24 dekabr 1919-cu ildə qurulan II Yusifbəyli hökumətində Rəşid xan Qaplanov maliyyə naziri təyin olunmuşdur.[28][29] O, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalyuasiyaya uğramaması üçün səy göstərmişdir. 1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pulları ilə dəyişdirilməsini dayandırmaq barədə qərar vermişdi. Qərara əsasən, "500 manat" dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdı. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardı. Aprel işğalından bir həftə əvvəl Rəşid xan Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdi. 15 aprel 1920-ci ildə Əhrar fraksiyası rəhbəri Aslan bəy Qardaşov Əhrarın koalisiyadan ayrıldığını və nümayəndəsinin geri çağırdığını elan etdi.[30]
Rəşid xan Qaplanov uzun müddət bitərəf siyasətçi olaraq fəaliyyət göstərsə də, Bakıya köçdükdən sonra Əhrar Partiyası sıralarına qatılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.