Remove ads
Azərbaycanlı dövlət xadimi From Wikipedia, the free encyclopedia
Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli və ya Yusifbəyov və ya Usubbəyov (az.-əski. نسیب بك یوسفبكلی; 5 iyul 1881, Yelizavetpol – 31 may 1920, Kürdəmir, Göyçay qəzası) — Azərbaycan ictimai-siyasi xadimi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919–1920), Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər; maarif və dini etiqad; xalq maarifi; maliyyə və xalq maarifi naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat və bitərəflər fraksiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikasının maarif naziri, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Türk Ədəmi-Mərkəziyyət Partiyasının ilk və son sədri, Müsavat (Müsəlman Demokrat Partiyası)nın Gəncə Təşkilatının ilk sədri.
Nəsib bəy Yusifbəyli | |
---|---|
14 mart 1919 – 30 mart 1920 | |
Əvvəlki | Fətəli xan Xoyski |
Sonrakı | Məmmədhəsən Hacınski |
16 aprel 1919 – 22 dekabr 1919 | |
Hökumət | I Yusifbəyli hökuməti |
Əvvəlki | Xəlil bəy Xasməmmədov |
Sonrakı | Məmmədhəsən Hacınski |
26 dekabr 1918 – 14 mart 1919 | |
Hökumət | III Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Rəşid xan Qaplanov |
17 iyun 1918 – 6 oktyabr 1918 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
6 oktyabr 1918 – 26 dekabr 1918 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
28 may 1918 – 17 iyun 1918 | |
Hökumət | I Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
7 dekabr 1918 – 27 aprel 1918 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası |
27 may 1919 – 7 dekabr 1919 | |
Fraksiya | Müsavat və demokratik bitərəflər qrupu |
22 aprel 1918 – 26 may 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
5 yanvar 1918 – 6 yanvar 1918 | |
Seçki dairəsi | Zaqafaziya |
Seçki siyahısı | Müsavat və Müsəlman Milli Komitələrinin 10-cu siyahısı |
Mart 1917 – 17 iyun 1917 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyul 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 1920 (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Yusif bəy Yusifbəyli |
Həyat yoldaşları |
|
Uşağı | |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur.[1] Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiysk Universiteti hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, universiteti yarımçıq atmalı təhsilini tamamlamadan Krımda yerləşən Bağçasaray şəhərinə getmək məcburiyyətində qalmışdır. O, burada İsmayıl Qaspıralının əsasını qoyduğu "Tərcüman" qəzetində fəaliyyət göstərmişdir. Aybəniz Kəngərli yazır ki, Nəsib bəyi İsmayıl Qaspıralı ilə Nəriman Nərimanov tanış etmişdir. Bağçasarayda olarkən İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə tanış olur və daha sonra onunla ailə həyatı qurur. Nəsib bəy Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib. "Tərcüman" qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində Bağçasaray şəhər teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin tamaşaya qoyulduğu Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, Nəsib bəy Yusifbəyli o illərdə Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" və Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir" adlı əsərlərinin Bağçasaray şəhərində çap olunması üçün çox çalışıb. Lakin naməlum səbəblər üzündən bu məsələ baş tutmayıb.
Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub.[2][3][4][5] Nəsib bəy Bağçasaray (Krım) şəhərinə getmiş və burada İsmayıl Qaspıralının "Tərcüman" qəzetiilə əməkdaşlıq etməyə başlamışdır.[6] Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir.
1909-cu ildə İstanbuldan Gəncəyə geri dönən Nəsib bəy burada Gəncə Şəhər Dumasında fəaliyyət göstərir.[6] 1911-ci ildə "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərmiş, Müsəlman xeyriyyə cəmiyyəti, Müsəlmanların maariflənməsi cəmiyyəti, Aktyorlar cəmiyyətinin fəaliyyətlərində yaxından iştirak etmişdir. Bu zaman o, Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlamışdır. Bununla yanaşı, müəllim olaraq da çalışan Nəsib bəy maarifçilik işləri ilə məşğul olur.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən sonra Tiflisə doğru hərəkət edərkən Göyçay qəzasına bağlı olan Kürdəmir yaxınlığında 31 may tarixində müəmmalı şəkildə həyatını itirmişdir.[2][7][8]
Bəzi mənbələrə görə Nəsib bəy Yusifbəyli 1920-ci il mayın əvvəllərində Azərbaycanın Kürdəmir qəzasında Yevlaxın Qorxunlu kəndindən olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilmişdir.[9]
1911-ci ildə Azərbaycan ziyalıları Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyini geniş qeyd etmək üçün təşəbbüs göstərdilər. Nəsib bəy Yusifbəyli də onların arasında idi. Onun 1911-ci il mayın 20-də "Tərcüman" qəzetində çap etdirdiyi məqalə bu yubileyə həsr olunub.
Nəsib bəy Yusifbəyli "Molla Nəsrəddin" jurnalını müdafiə etmişdir. Onun 1909-cu il sentyabrın 4-də "Tərcüman" qəzetinin 36-cı sayında dərc edilmiş "Mətbuat" adlı məqaləsində Rusiyada çıxan müsəlman satirik jurnallarından bəhs olunur və "Molla Nəsrəddin" jurnalına xüsusi qiymət verilirdi.
Həmin qəzetin 40-cı nömrəsində çıxmış məqaləsində isə tatar jurnalı "Yulduz" un redaktoru ilə polemika aparan müəllif "Molla Nəsrəddin" jurnalına olan hücumların haqsız olduğunu bildirirdi.
Nəsib bəy Yusifbəyli Müsəlman Xeyriyyə Cəmiyyətinin, Müsəlmanlar İçində Maarifi Yayan Cəmiyyətin və Müsəlman Aktyorlar Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişdir.
Gəncə Şəhər Dumasının sədr müavini olmuşdur.[10]
Fevral inqilabından sonra 1917-ci ilin martında Gəncədə Nəsib bəyin rəhbərliyində Türk Ədəmi-Mərkəziyyət Firqəsinin əsası qoyulur. Firqə daha sonra "Müsavat"la birləşmişdir və Nəsib bəy birləşmiş partiyanın Gəncə şöbəsinin sədri seçilmişdir.
1917-ci ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında Nəsib bəy Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb etmişdir. Həmin ilin may ayında isə Nəsib bəy Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuşdur.
Ümumrusiya Müəssislər Məclisinə keçirilmiş seçkilərin nəticəsində Nəsib bəy namizəd olduğu Zaqafqaziya seçki dairəsindən 10 nömrəli siyahı üzrə (Müsəlman Milli Komitələri və "Müsavat" partiyası) parlament üzvü seçildi. Qurucu Məclisin təsis olunduğu gün bolşeviklər tərəfindən dağıdılması bolşevik hökuməti altında Rusiyada parlament sisteminin qurulması ehtimalı ilə bağlı şübhələrə son verdi. Bu hadisədən sonra Cənubi Qafqazdan olan deputatlar bolşeviklərin gücünün tanınmadığını və özlərinin regional güclərinin — Zaqafqaziya Seyminin yaradılmasını elan etməyə məcbur etdi.
Beləliklə, Nəsib bəy 1918-ci ilin 23 fevralından sonra yaranan Zaqafqaziya Seyminə seçilir. Seymdə Cənubi Qafqazın müsəlman xalqlarını təmsil edən 44 nümayəndə Zaqafqaziya Seyminin Müsəlman fraksiyası adlı fraksiyanı təşkil etmişdir. Fraksiyanın sədri Məhəmməd Əmin Rəsulzadə, sədr müavinlərindən biri isə Nəsib bəy Yusifbəyli olmuşdur. biri də Nəsib bəy olur. Nəsib bəy daha sonra seymin əsasında 26 aprel tarixində yaradılan Zaqafqaziya Demokratik Federativ Respublikasında xalq maarif naziri vəzifəsinə seçilir.
28 may 1918-ci ildə Az ərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra etmişdir.
Nəsib bəy Yusifbəyli bitərəf Fətəli xan Xoyskinin baş nazir olduğu I Xoyski hökumətində xalq maarifi naziri vəzifəsini icra edib. O, II Xoyski hökumətində əvvəlcə maarif və dini etiqad naziri, daha sonra isə kabinə daxili dəyişikliklər sonrasında xalq maarifi naziri vəzifəsini tutmuşdur. Nəsib bəy III Xoyski hökumətində maarif və dini etiqad naziri postunu tutmuşdur.
1919-cu il aprelin 14-də Nazirlər Şurasının sədri seçilən Nəsib bəy Yusifbəyli bu vəzifəni 1920-ci il aprelin 1-nə kimi icra edib. Nəsib bəy tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti dövründə 2 hökumət təşkil olunmuşdur: I Yusifbəyli hökuməti və II Yusifbəyli hökuməti.
1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə Milli Federalistlərin Türk Partiyasını yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M. Ə. Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Müsəlman Demokratik Müsavat Partiyası ilə birləşərək Müsavat adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır.
Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olmuşdur. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.
Birləşmədən sonra Nəsib bəy Yusifbəyli 10 nömrəli siyahıya görə Zaqafqaziya seçki dairəsindən Müsəlman Milli Komitəsi və Müsavat Partiyası tərəfindən Rusiya Müəssislər Məclisi üzvlüyünə namizəd göstərildi.
1917-ci ilin oktyabr ayının 26-dan 31-dək Bakıda davam edən Müsavat Partiyasının I Qurultayında Nəsib bəy Yusifbəyli yaxından iştirak etmişdir. Bu qurultaydan sonra "Azərbaycana muxtariyyət" şüarı altında hərəkat başlanıb.[11]
Nəsib bəy Yusifbəyli İsmayıl bəy Qaspıralının böyük qızı Şəfiqə Qaspıralı ilə ailə həyatı qurmuşdur. Onların iki övladı olmuşdur: Zöhrə xanım və Niyazi bəy.
Nəsib bəy Yusifbəyli 1909-cu ildə Şəfiqə Qaspıralıdan ayrılmış,[13] 1916-cı il mayın 21-də Penza doğumlu, mənşəcə Kazan tatarlarından Aynülhəyat Baişeva ilə evlənmişdir.[15]
Nəsib bəyin qaynatası ilə onun ölümünədək yüksək səviyyədə əlaqələri olmuşdur. İsmayıl bəy Qaspıralının dəfnində çəkilən şəkildə oğlu Rifət bəy və Nəsib bəy Yusifbəyli var. Həsən Səbri Ayvazov İsmayıl bəyin son saatlarında onun yatağı yanında Nəsib bəy Yusifbəylinin də olduğunu, İsmayıl bəy Qaspıralının vəsiyyətlərini həm də ona xitabən söylədiyini bildirmişdir.[13]
Nəsib bəy Yusifbəylinin ailəsinin Gəncəyə XVII–XVIII əsrlərdə Cənubi Azərbaycandan gəldiyi ehtimal olunur. Ailənin ulularından olan Nəsib və Usub bəylərin XVIII əsrdən etibarən Gəncədə nüfuz və torpaq sahibi olduğu məlumdur. Usub bəy Gəncə xanı Cavad xanın vəziri olmaq dərəcəsinə qədər yüksələ bilmişdir. Bu ailədən olan Şükufə xanımın Cavad xanın ilk həyat yoldaşı olduğu qeyd olunur. Ailəyə məxsus mülklərə Tovuzun Yuxarı Öysüzlü kəndində yerləşən malikanə daxil olmaqla ətrafda yerləşən torpaq sahələri, eləcə də Gəncə və Hacıkənddə yerləşən mülklər daxil idi.[16]
Yusifbəylilər nəsili XIX əsrin sonu XX əsrin əvvəllərində Gəncə şəhərində yaşayırdı. Gəncənin Səfərabad məhəlləsində Nəsib bəyin yaşadığı ev yerləşirdi.[17] Nəsib bəy sonralar həyat yoldaşı olmuş Şəfiqə Qaspıralıya yazdığı məktubunda Səfərabad məhəlləsində yerləşən ikiotaqlı evdə yaşadığını qeyd edirdi. Hal-hazırda Nəsib bəy Yusifbəylinin adını daşıyan küçədə yerləşən mənzildə Yusifbəylilər nəslinin XIX əsrin 60-cı illərindən məskunlaşdığı məlumdur.[16]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.