From Wikipedia, the free encyclopedia
Əşrəf bəy Tağıyev (1867, Qarxun, Nuxa qəzası – 3 mart 1930, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.[1]
Əşrəf bəy Qarxunlu | |
---|---|
Əşrəf bəy Həsən bəy oğlu Tağıyev | |
1918 – 1919 | |
Sonrakı | Rəhim bəy Şıxlinski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1867 |
Doğum yeri | |
Vəfat tarixi | 3 mart 1930 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | şiəlik |
Azərbaycanda Qarxunlu Əşrəf bəy soyadı ilə tanınan Əşrəf bəy Həsənbəy oğlu Tağıyev 1867-ci ildə Nuxa qəzasının Qarxun kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Tiflis gimnaziyasında oxumuşdu. 1908-ci ildə Yevlaxda mazutla işləyən zavod tikdirir, 1910-cu ildə öz xərci ilə Yuxarı Qarxun kəndində dörd sinifli, 1919-cu ildə isə yeddi sinifli rus-tatar məktəbi açdırır.[2] 1918-ci il mart qırğınından sonra Əşrəf bəyin təklifi ilə erməni qırğınının qarşısını almaq məqsədilə könüllü dəstələr yaradılır. O, Nuru Paşa başda olmaqla Türk ordusunun qarşılanmasında, Ərəş suvari alayının tərkibində türk qoşunları ilə bərabər bolşevik-daşnaq ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edir. Əşrəf bəy 1918-ci ilin dekabrından Ərəş mahalından Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilir. O, 1919-cu ildə qəza rəisi olmuşdur. 1930-cu ildə tutulmuşdu. Elə həmin ildə öldürülmüşdü. Əşrəf bəy Həsən bəy oğlu Tağıyev Zaqafqaziya Dövlət Siyasi idarəsinin və Azərbaycan SSRİ DİXK üçlüyünün 3 mart 1930-cu il tarixli qərarına əsasən "Əhrar" partiyasının üzvü və əks-inqilabi təbliğatla məşğul olduğu üçün güllələnmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 avqust 1989-cu il tarixli qərarı ilə ölümündən sonra Əşrəf bəyə bəraət verilmişdir.[3]
Əşrəf bəy Maral xanımla ailə qurmuşdu. Knyaz bəy, Məmmədəli bəy adlı oğulları vardı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.