Azərbaycan tarixçisi From Wikipedia, the free encyclopedia
Altay Rəşid oğlu Göyüşov (4 oktyabr 1965, Bakı) — tarix elmləri namizədi; BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Altay Göyüşov | |
---|---|
Altay Rəşid oğlu Göyüşov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
1965-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun oğludur.
1984–1986-cı illərdə Sovet ordusunda (Gürcüstan və Ukraynada) hərbi xidmətdə olmuşdur.
1982–1989-cu illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin tələbəsi olub.
1993-cü ildə "İttihadi-İslam firqəsinin yaranması və fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1994-cü ildə AAK tərəfindən elmi dərəcəsi təsdiq olunub.
"1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi" adlı doktorluq dissertasiyası 2000-ci il (28 aprel 2000-ci il, protokol № 7) və 2001-ci illərdə (26 aprel 2001-ci il tarixli № 5 protokol) müzakirə edilərək müdafiə təqdim olunmuşdur.
1986–1989 Şirvanşahlar sarayı Dövlət Tarixi Qoruq Muzeyi,1989-cu ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır.
1994-cü ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda baş laborant və saathesabı müəllim, 1995-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda müəllim, 1996-cı ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda baş müəllim, 2001-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti olaraq çalışmışdır.
Fakültədə çalışdığı müddət ərzində Tarix fakültəsində "Türk xalqları tarixi" və "Türkiyə tarixi", Beynəlxalq münasibətlər, Coğrafiya, Filologiya fakültələrində "Türk xalqları tarixi" fənnindən dərs aparmışdır. O, həmçinin təhsilin magistratura pilləsində kurs aparır.
Hazırda Tarix fakültəsinin bakalavr təhsil pilləsində azərbaycan bölməsində "Türk xalqları tarixi" fənnini (müasir dövr); magistratura təhsil pilləsində "Türk dünyası" ixtisası üzrə "1917–1920-ci illərdə Rusiya imperiyası ərazisində yaşayan türk-müsəlman xalqlarının milli-azadlıq hərəkatı" mövzusunu; "Regionşünaslıq — Qafqazşünaslıq" ixtisası üzrə "Qafqaz xalqlarının azadlıq hərəkatında İslam amili" mövzusunu tədris edir. 2001–2004-cü illərdə A. R. Göyüşov Almaniyanın Boxum Universitetinin doktorantı Kristina Hanner Kreyserin elmi məsləhətçisi olmuşdur.
Həmin illərdə Boxum Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən həyata keçirilən "SSRİ və MDB-də İslam maarifçiliyi tarixi" adlı proqramın Azərbaycan üzrə tədqiqat qrupunun rəhbəri, 2005–2007-ci illərdə Fransız Anadolu Araşdırmalar Mərkəzinin Azərbaycan üzrə tədqiqatçısı olmuşdur. 2007-ci ilin birinci yarısında Fransa Sosial Elmlər Məktəbinin dəvəti ilə Parisdə olmuş və burada mühazirələr oxumuşdur.
2007–2008-ci tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright proqramında iştirak üçün müsabiqədən keçmiş və Vaşinqton şəhərində Corctaun Universitinə dəvət olunmuşdur.
Həmin dövrdə Corctaun Universiteti ilə yanaşı Princeton Universitetində, həmçinin ABŞ Dövlət Departamentində mühazirələr oxumuşdur. Hal-hazırda (2008–2009-cu tədris ilində) Kaliforniya ştatının Los-Anceles Universitetinin (UCLA) dəvəti ilə ABŞ-yə ezam olunmuşdur və burada "Qonaq Professor" vəzifəsində çalışaraq "Azərbaycan dili, ədəbiyyatı, tarixi" və həmçinin "Türk xalqlarının müasir dövr tarixi" fənlərindən mühazirələr oxuyur.
4 proqram, 1 metodik vəsait, 2 monoqrafiyanın müəllifidir.
Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və Fransa Xarici İşlər Nazirliyinin Parisdə ingilis dilində nəşr etdirdiyi "Mərkəzi Avrasiya Xrestomatiyası" adlı tənqidi biblioqrafiya və epistomologiya jurnalının Redaksiya Komitəsinin üzvüdür. Jurnalın baş redaktoru məşhur fransız alimi Stefan Dudoignondur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.