From Wikipedia, the free encyclopedia
Borçalı qəzası (rus. Борчалинский уезд, gürc. ბორჩალოს მაზრა borçalos mazra) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Demokratik Federativ Respublikası, Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə inzibati-ərazi vahidi. 1880-ci ildə Tiflis quberniyasının Tiflis qəzasının ərazisində təşkil edilmişdir.[1]
Borçalı qəzası | |
---|---|
Борчалинский уезд | |
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Tiflis quberniyası |
Mərkəzi | Şüləver |
Yaradılıb | 1880 |
Ləğv edilib | 1929 |
Sahəsi | 5 938,5 |
Əhalisi | 128 587 (1897) |
Xəritə | |
Vikianbarda əlaqəli mediafayllar |
1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşündə iştirak edən Cavad xan Qacar Borçalı, Qazax və Şəmşəddil sultanlıqlarını Gəncə xanlığının tabeliyinə qaytardı. 30 yanvar 1801-ci ildə Rusiya İmperiyasının himayəsinə girən Kartli-Kaxeti çarı XII David rus ordusunun köməyi ilə Borçalı, Qazax, Şəmşəddil sultanlıqlarını işğal etdi. 1802-ci ildə Rusiya İmperatoru I Aleksandrın əmri ilə Kartli-Kaxeti çarlığı ləğv olundu. Onun ərazisində 5 qəzanı (уезд) əhatə edən Gürcü quberniyası təşkil edildi. Həmçinin yeni işğal edilmiş üç tatar sultanlığı da ləğv edilmiş və onların yerində üç tatar distansiyası yaradılaraq mərkəzi Tiflis şəhəri olan Gürcü quberniyasının tərkibinə verilmişdi. 10 aprel 1840-cı ildə Gürcüstan quberniyası ləğv edildi, onun yerində Gürcüstan-İmeretiya quberniyası yaradıldı. Bu zaman Borçalı distansiyası da ləğv edilərək torpaqları ərazisi genişləndirilimiş Tiflis qəzasının tərkibnə daxil edilmişdir. 14 dekabr 1846-ci ildə Gürcüstan-İmeretiya quberniyası ləğv edilərək onun ərazisinin bir hissəsində Kutais quberniyası, digər hissəsində isə Tiflis quberniyası yaradıldı. Borçalı ərazisi 1880-ci ilədək Tiflis quberniyasının Tiflis qəzasının tərkibində qalmışdır.
Borçalı qəzası yaradılmışdır . Qəza Lori, Borçalı, Trialeti və Yekaterinenfeld nahiyələrindən ibarət olmuş
Şöbə - İcma - Kənd | Əhali | Azərbaycanlılar | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şöbə | İcma | Kənd | Ailə | Kişilər | Qadınlar | Hər iki cins | Ailə | Kişilər | Qadınlar | Hər iki cins | Nisbəti |
Borçalı | 3 022 | 10 955 | 8 154 | 19 109 | 2 046 | 7 150 | 5 227 | 12 377 | 64.77% | ||
Baydar | 295 | 1 001 | 858 | 1 859 | 294 | 1 000 | 858 | 1 858 | 99.95% | ||
Baydar | 55 | 218 | 192 | 410 | 54 | 217 | 192 | 409 | 99.76% | ||
Böyük Bəylər | 18 | 39 | 21 | 60 | 18 | 39 | 21 | 60 | 100% | ||
Bala Bəylər | 12 | 28 | 40 | 68 | 12 | 28 | 40 | 68 | 100% | ||
Gültəpəli | 21 | 49 | 46 | 95 | 21 | 49 | 46 | 95 | 100% | ||
Qurdlar | 77 | 309 | 258 | 567 | 77 | 309 | 258 | 567 | 100% | ||
Lecbəddin | 42 | 152 | 148 | 300 | 42 | 152 | 148 | 300 | 100% | ||
Böyük Muğanlı | 52 | 152 | 109 | 261 | 52 | 152 | 109 | 261 | 100% | ||
Qırıxlı Muğanlı | 18 | 54 | 44 | 98 | 18 | 54 | 44 | 98 | 100% | ||
Görarxı | 296 | 1 153 | 940 | 2 093 | 296 | 1 153 | 940 | 2 093 | 100% | ||
Görarxı | 231 | 894 | 741 | 1 635 | 231 | 894 | 741 | 1 635 | 100% | ||
İvanbəyli | 65 | 259 | 199 | 458 | 65 | 259 | 199 | 458 | 100% | ||
Dəmirçihəsənli | 451 | 1 738 | 1 201 | 2 939 | 451 | 1 738 | 1 201 | 2 939 | 100% |
Ana dili | Kişilər | Qadınlar | Toplam | Nisbəti |
---|---|---|---|---|
toplam | 70 501 | 58 086 | 128 587 | 100 % |
ermənicə | 24 986 | 22 437 | 47 423 | 36.88 % |
azerbaycan turkcesi | 20 779 | 16 963 | 37 742 | 29.51 % |
yunanca | 11 074 | 10 319 | 21 393 | 16.64 % |
rusca | 4 465 | 3 624 | 8 089 | 6.29 % |
gürcücə | 4 771 | 3 069 | 7 840 | 6.10 % |
almanca | 1 231 | 1 265 | 2 496 | 1.94 % |
ukrayınca | 996 | 245 | 1 241 | * |
osetincə | 616 | 12 | 628 | * |
avar-andi | 240 | ... | 240 | * |
türkcə | 143 | 19 | 162 | * |
yəhudicə | 125 | 28 | 153 | * |
talışca | 151 | ... | 151 | * |
farsca | 120 | 1 | 121 | * |
kürdcə | 61 | 47 | 108 | * |
italyanca | 86 | 20 | 106 | * |
kürəcə | 101 | 1 | 102 | * |
litovca | 53 | 1 | 54 | * |
qazı-qumuxca və d.l.l. | 53 | ... | 53 | * |
dargicə | 27 | ... | 27 | * |
belorusca | 19 | ... | 19 | * |
aysor (siro-xaldey) | 19 | ... | 19 | * |
imereti | 16 | 1 | 17 | * |
çeçencə | 8 | ... | 8 | * |
fransızca | 4 | 3 | 7 | * |
meqrelcə | 5 | 1 | 6 | * |
çuvaşca | 4 | ... | 4 | * |
latışca | 4 | ... | 4 | * |
moldavca və rumınca | ... | 3 | 3 | * |
çexcə | ... | 1 | 1 | * |
digər | 102 | 4 | 106 | 2.64 %* |
Etnik qrup | Kişilər | Qadınlar | Toplam | Nisbəti |
---|---|---|---|---|
toplam | 98 736 | 79 827 | 178 563 | 100 % |
erməni | 41 960 | 34 287 | 76 247 | 42.7 % |
tatar | 31 676 | 22 918 | 54 594 | 30.57 % |
urum | 15 036 | 14 187 | 29 223 | 16.37 % |
rus | 6 247 | 4 951 | 11 198 | 6.27 % |
polyak, alman və digər[10] | 2 096 | 1 970 | 4 066 | 2.28 % |
kartvel | 1 447 | 1 353 | 2 800 | 1.57 % |
yəhudi | 179 | 151 | 330 | 0.18 % |
qafqaz dağlısı | 95 | 10 | 105 | 0.06 % |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.