Cəlaloğlu
From Wikipedia, the free encyclopedia
Stepanavan[1][2], 1924-cü ilədək Cəlaloğlu — indiki Ermənistan Respublikası Loru mahalı, Cəlaloğlu rayonunda, Tona (dəyişdirilmiş adı Debed) çayının sahilində yerləşən şəhər. Cəlaloğlu rayonunun mərkəzi.
şəhər | |
Stepanavan | |
---|---|
Stepanavan | |
41°00′34″ şm. e. 44°23′02″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Stepanavan rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1810 |
İlk məlumat | 978 |
Əvvəlki adı | Cəlaloğlu |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.375 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 374 256 |
Poçt indeksi | 1901–1905 |
Nəqliyyat kodu | 37 |
Digər | |
stepanavan.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1938-ci ildən respublika tabeli şəhərdir. Hazırda vaxtilə erməni bolşevik Stepan Şaumyanın adını daşıyır.
Cəlaloğlu — Tiflis quberniyasının Borçalı qəzasında kənd. İndi Ermənistan adlanan respublikada inzibati rayon və rayon mərkəzi, şəhər tipli qəsəbə.
Rayon ərazisi IX əsrə kimi Quqark əyalətinin Taşir qəzasının tərkibində olmuş, IX əsrdə Loru hakimiyyəti altında olmuşdur. 1089–1125-ci illərdə rayonun ərazisi gürcü padşahı Davidin hakimiyyətinə tabe olmuşdur. 1801-ci ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1919-cu ildən 1920-ci ilin noyabrınadək Loruya daxil olmuş, indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeliyinə keçmişdir. 1930-cu il sentyabr 9-da Cəlaloğlu rayonu yaradılmışdır.
Toponim qızılbaşların tayfasından olan Əmir Məhəmməd bəy Calaloğlunun adı[3] əsasında yaranmışdır. Məhəmməd bəy Calaloğlu Gürcüstan padşahı Ləvasanı (Kartli hakimi Luar sab) qətlə yetirmiş və Şirvanda özünü öldürmüşdür[4].
Həmin kənd (Cəlaloğlu kəndi) çəpni türk tayfasının əmiri Məhəmməd bəy Calaloğluna mənsub olduğu üçün Calaloğlu kəndi adlanmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Etimologiya
Lakin Rusiyanın 1828-ci il Türkmənçay müqaviləsi ilə İrəvan xanlığını işğal etməsindən sonra buraya kütləvi şəkildə ermənilər köçürülməyə başlamış və əhalinin tərkibi dəyişməyə başlamışdır. SSRİ dövründən başlayaraq isə ərazidə olan toponim və hidronimlər erməniləşdirilməyə başlamışdır. Erməniləşdirilmiş toponimlərdən birisi Cəlaloğlu şəhər/rayonudur. Sovet hakimiyyəti illərində şəhərin adı dəyişdirilərək Stepanavan (ermənicə: Ստեփանավան, rusca: Степанаван, ingiliscə: Stepanavan) edilmişdir.
Şəhərin adının Cəlaloğlu olduğunu və sonradan erməniləşdirilərək Stepanavan edildiyini təsdiq edən bir çox mənbə var. Belə mənbələrdən birisi Sovet ensiklopediyasıdır.
Sovet hakimiyyəti dövründə çap edilmiş "Azərbaycan Sovet Ensiklopediyası"dır, bu səhifədə hazırda Ermənistanın tərkibində olan Stepanavan rayonu haqqında məlumat verilərək deyilir:
Böyük Sovet Ensiklopediyası, 40/604
Cəlaloğlu şəhəri haqqında Sovet Ensiklopeiyasının verdiyi məlumatların xülasəsi:
bu ərazi 1924-cü ilə yəni Sovet hakimiyyətinə qədər Calaloğlu adlanmışdır. Bu məsələ Rusiya SFSR və Ermənistan SSR də daxil olmaqla SSRİ-yə daxil olan bütün ölkələrin qəbul etdiyi bir şeydir.
İndiki Ermənistanın Torpaq Komitəsinin 1923-cü il qərarı ilə adı dəyişdirilib, Stepan Şaumyanın adına uyğun Stepanavan qoyulmuşdur.
Mənbə
İstinadlar
Mənbə
Həmçinin bax
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.