From Wikipedia, the free encyclopedia
Stepanavan rayonu[2][3] — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati-ərazi vahidi.
Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880–1921). Rayon Ermənistan SSR-nın Pəmbək-Loru qəzasınin ləğvi ilə onun bir qismi hesabına 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi.[1] İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi.
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır.[4] Təşkil edildiyi 9 sentyabr 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (rus. Степанаванский район, erm. Ստեփանավանի շրջան) adlanırdı.
Stepanavan rayonunun ərazisindən Tona çayı axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur.
1 oktyabr 1931-ci il tarixinə rayon 1.365 km² ərazini əhatə edirdi.[5] Bu göstərici ilə o bütün Ermənistan SSR ərazisinin (29.660 km²)[5] 4,60%-ini təşkil edirdi. Rayon 1 oktyabr 1938-ci il tarixinə isə 0.61 min km², 1 yanvar 1941-ci il tarixinə 0.6 min km², 1 yanvar 1948-ci il tarixinə 635[1] km² ərazini əhatə edirdi. 1 yanvar 1948-c il tarixinə rayonda rayon tabeli Stepanavan şəhəri və 20 kənd yerləşirdi.[1]
1 yanvar 1931-ci ildə rayonda mövcud olan 33 kənd sovetliyinə daxil olan 60 yaşayış məntəqəsində 47.012 nəfər əhali yaşayırdı. Onlardan 4.316 nəfəri Stepanavan qəsəbəsində, qalanları isə 59 kənddə məskunlaşmışdı.[5]
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və s.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Stepanavan | Stepanavan | 1924-cü il |
Qoturbulaq | Katnaxpyur | 03.01.1935 |
Qaraməmməd | Aleksandrovka | … |
Çubuqlu | Pokrovka | … |
Heydərbəy | Sverdlov | 01.08.1940 |
Ovandərə | Ovanadzor | 19.04.1950 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.