From Wikipedia, the free encyclopedia
Nağıyev Tofiq Murtuza oğlu (4 mart 1941, Bakı) — Kimya elmləri doktoru, akademik, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediysı" Elmi Mərkəzinin direktoru və Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi.[1]
Tofiq Nağıyev | |
---|---|
Nağıyev Tofiq Murtuza oğlu | |
Doğum tarixi | 4 mart 1941 (83 yaş) |
Doğum yeri | |
Atası | Murtuza Nağıyev |
Elm sahələri | fiziki kimya, kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Nağıyev Tofiq Murtuza oğlu 4 mart 1941-ci ildə Bakıda anadan olmuşdur. Görkəmli kimyaçı alim, neft kimyaçısı, kimyaçı texnoloq, Sosialist Əməyi Qəhrəmanı akademik Murtuza Fətulla oğlu Nağıyevin oğludur. 1959–1964-cü illərdə T. Nağıyev Azərbaycan Dövlət Universitetinin (BDU) kimya fakültəsində təhsil almışdır. Kimya üzrə fəlsəfə doktoru (1967) və elmlər doktoru (1974) və professordur (1976). 1969-cu ildən Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda laboratoriya müdiri işləmiş, M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları" şöbəsinin müdiridir. AMEA-nın akademiki (2001), RH-nin üzvü (2007) və vitse-prezidenti (2013), AAK RH-nin üzvüdür (2001). 2004-cü ildə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktorudur.[2]
AMEA-nın Rəyasət Heyəti yanında Terminologiya Komissiyası bürosunun, Redaksiya-Nəsriyyat Şurasının üzvü, həmçinin "Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri", "Химические проблемы" jurnallarının (2003), "Azərbaycan kimya jurnalı"nın (2013) və "Elm"– "Наука" qəzetinin redaksiya heyətlərinin, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu Himayədarlar Şurasının üzvüdür (2013). Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Rəyasət Heyətinin qərarı ilə REA SB-nin "Химия в интересах устойчивого развития" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçılmişdir (2017). Beynəlxalq Bioqrafiya Mərkəzinin (B. Britaniya) "İntellektuallardan kim kimdir" məlumat kitabının 12-ci nəşrində (1996) və "Elm və texnologiyada kim kimdir" Beynəlxalq sorğu kitabında bioqrafiyası dərc olunmuşdur (2006). "Большая Российская Энциклопедия"da akademik M. F. Nağıyev və akademik T. M. Nağıyev haqqında "Nağıyevlər" adlı məqalə dərc edilmişdir (2013).
Elmi fəaliyyətinin əsas istiqaməti hidrogen-peroksidlə koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları nəzəriyyəsi kimi formulə edilmiş müxtəlif karbohidrogenlərin dehidrogenləşməsi reaksiyalarının öyrənilməsi və onların fundamental qaydalarının işlənib hazırlanması ilə bağlıdır. O, koherent-sinxronlaşdırılmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsini işləyib hazırlamış, bununla da fiziki kimyanın mühüm bölməsini – kimyəvi kinetikanı inkişaf etdirmiş və mürəkkəb reaksiyaların yeni kinetik təhlili üsulunu təklif etmişdir. Hidrogen-peroksidlə üzvi birləşmələrin sərbəst-radikal mexanizmi üzrə oksidləşməsi reaksiyaları sahəsində o, ilk dəfə olaraq koherent-sinxronlaşdırılmış dehidrogenləşmə, hidroksilləşmə, atmosfer azotunun fiksasiyası və təbii qazın oksidləşməsi reaksiyalarını tədqiq etmişdir.
T. Nağıyev həmçinin mühüm nəzəri və praktiki əhəmiyyəti olan və HO·2-radikalının iştirakı ilə gedən elementar reaksiyaları müvafiq kinetik parametrlərlə səciyyələndirmişdir. Monooksigenaz, peroksidaz və katalaz reaksiyaları sahəsində yeni – biomimetik kataliz elmi istiqamətin əsasını qoymuş və bu istiqamətin biotexnologiyada tətbiqi nəticəsində biomimetik sensorlar işləyib hazırlamışdır. Molekulyar azotun hidrogen-peroksidlə fiksasiyası reaksiyasının mexanizmi üzrə xaricdə aparılmış kvant-kimyəvi tədqiqatları nəticəsində azot 1-oksidin alınması və dayanıqlı HOO-N=N-OOH intermediatının mövcudluğu nəzəri cəhətdən əsaslandırılmış və "Kimyəvi struktur jurnalı"nda ("Журнал структурной химии") dərc olunmuş məqalənin müəllifləri bu prosesi "Nağıyev effekti" adlandırmışdır (2013). Beynəlxalq "Research Features" jurnalında elmi fəaliyyətinə və tədqiqatlarına həsr olunmuş geniş elmi məqalə dərc olunmuşdur (Böyük Britaniya, 2017).[3]
1970–1971-ci illlərdə Fransa Neft İnstitutunda karbohidrogenlərin oksidləşdirici dehidrogenləşməsi sahəsində elmi təcrübə keçmiş, "SSRİ EA və Böyük Britaniya Kral Cəmiyyəti arasında alimlərin mübadiləsi" Proqramı çərçivəsində Böyük Britanıyada (1974–1975), ABŞ-də (1987) Virciniya Dostluq Universitetində (VDU) amerikalı alimlərlə birlikdə eksperimental tədqiqatlar aparmış, SSRİ EA ilə ABŞ MEA arasında elmi əməkdaşlıq razılaşması çərçivəsində (1990–1991) VDU-nun kimya fakültəsində "vizitinq" professor kimi kimyəvi kinetika və əlaqəli proseslərə dair, 1991-ci ildə isə Markuet Universitetində mühazirələr oxumuş, Virciniya ştatında beynəlxalq simpoziumda, Pensilvaniya, Viskonsin, Corctaun universitetlərinin kimya bölmələrində, həm də xüsusi kollokviumda məruzələrlə çıxış etmiş, İsveçdə (1989–1990) Lund Universitetinin Kimya Mərkəzində, Rusiyada "Tətbiqi kimya" Elmi Mərkəzində (Sankt-Peterburq ş., 1995) elmi ezamiyyətlərdə olmuşdur. ABŞ-də "III Biosistemlərdə yük və sahə effektləri" kitabında məqaləsi (Riçmond ş., Virciniya şt.; 1992), "Физическая химия" jurnalında redaksiya heyətinin sifarişi ilə problem-məqaləsi dərc edilmişdir (2000).
1994-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universiteti və Avropa dövlətlərinin alimləri ilə birlikdə INTAS və NATO proqramları üzrə elmi layihələrin iştirakçısı, EUROPE–Cat IX beynəlxalq konqresində iclasın (Salamanka ş., İspaniya, 2009), TOKAT 7-Tokio konfransında (yapon alimi Shigery Sugiyama birlikdə; Kioto ş., Yaponiya, 2014), Kimya prosesləri üzrə V beynəlxalq konfransda (Amsterdam ş., Niderland, 2015) seksiya sədri olmuşdur. Londonda Biomateriallar üzrə sayca 4-cü Beynəlxalq konfransda geniş məruzə ilə çıxış etmiş, içtirakçılara bu sahə üzrə sertifikatlar T. Nağıyevin tədqiqatlarına və təcrübəsinə əsaslanaraq onun imzası ilə təqdim olunmuşdur. O, çox sayda konfrans, simpozium, konqreslərdə və forumlarda dəfələrlə moderator olmuş, plenar məruzə ilə çıxış etmişdir.
Rəhbərliyi altında 2004–2020-ci illərdə Azərbaycan (2007) və rus dillərində "Azərbaycan" xüsusi cildi, çoxcildli universal ensiklopediyanın 10 cildi hazırlanaraq nəşr edilmişdir.
"Akademik Murtuza Nağıyev" (anadan olmasının 95 illiyi) kitabının (2003) müəlliflərindən biri, "Akademik Murtuza Nağıyev. Həyat yolu –"fəlsəfə daşı"nın axtarışında" (2008) monoqrafiyasının tərtibçi müəlliflərindən biridir. T. Nağıyevin rəhbərliyi ilə 24 fəlsəfə doktoru və 1 elmlər doktoru yetişdirilmişdir.
T. Nağıyev 556 elmi əsərin, o cümlədən 49 patent və müəlliflik şəhadətnaməsinin, 6 monoqrafiyanın müəllifidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.