From Wikipedia, the free encyclopedia
Aydın Böyükkişi oğlu Mirzəzadə (2 iyul 1957, Mingəçevir) — Azərbaycan Respublikası II[1], III[2], IV, V, VI və VII çağırış Milli Məclisinin deputatı[3][4], Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Regional məsələlər komitəsinin üzvü. Siyasi elmlər üzrə fəlsəfə doktoru (2003-cü il), dosent, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, (2015–2021)[5], Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri.[6]
Aydın Mirzəzadə | |
---|---|
Azərbaycan Respublikası Milli Məclisinin deputatı | |
Vəzifədədir | |
noyabr 2000-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu |
Fəaliyyəti | siyasətçi, deputat |
Atası | Təmkin |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirmişdir. Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olmuş, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak etmişdir.
1980-ci ildə təyinatla RSFSR-in Kalinin vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləmişdir. 1980–1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.
1982–1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak etmiş və 1992–1999-cu illərdə təşkilatın sədri olmuşdur. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının I (1999-cu il), II (2001-ci il), III (2005-ci il), IV (2008) və V qurultaylarında (2013-cü il) partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.[7]
2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olmuşdur. 2008-ci, 2013-cü və 2018-ci il prezident seçkilərində[8], 2009-cu il və 2016-cı il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumlarda[9] və 2009-cu, 2014-cü və 2019-cu il[10][11] bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasını məşvərətçi səslə təmsil etmişdir.
29 yanvar 2015-ci ildən 1 aprel 2021-ci ilədək YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub.[5]
Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 13 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Kitablarından dərs vəsaiti kimi istifadə edilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır.
2014-cü ilin sonunda Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində "Karabağ düğümü" adlı kitabı böyük tirajla çap edilib. Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib.[12]
2016-cı ilin sonunda Aydın Mirzəzadənin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində erməni dilində "Qarabağ düyünü" kitabı nəşr ediliub. Bu azərbaycanlı tədqiqatçının xaricdə erməni dilində Dağlıq Qarabağ problemininə dair nəşr edilən ilk fundamental əsəridir.[13]
Azərbaycan Respublikası II (2000), III (2005), IV (2010), V (2015), VI (2020) və VII çağırış (2024) Milli Məclisinin Mingəçevir 54 saylı seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə komitəsinin və Regional məsələlər komitəsinin üzvüdür[4]. Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası Azərbaycan milli nümayəndə heyətinin üzvüdür. Azərbaycan -Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-İsrail, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür[14].
2024-cü il oktyabrın 8-də Azərbaycan - Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[15]
Evlidir, 2 övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.