"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalıAzərbaycan Respublikasının dövlət təltifi.

Cəld faktlar Ölkə, Tip ...
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Thumb
Thumb

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Təltif edir
Status təqdim olunmur
Statistika
Təsis tarixi 1 may 2018
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı[1]
Aşağı mükafat "Hərbi xidmətlərə görə" medalı[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Əsasnaməsi

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.[2][3]

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.[4]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.