Azərbaycanda hakim siyasi partiya From Wikipedia, the free encyclopedia
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya.
Yeni Azərbaycan Partiyası | |
---|---|
Sədri | İlham Əliyev |
Qurucu | |
Sədr müavinləri |
Mehriban Əliyeva Tahir Budaqov Əli Əhmədov |
Quruluş tarixi | 21 noyabr 1992 |
Qeydiyyat tarixi | 18 dekabr 1992 |
Birləşən |
Azərbaycan Demokratik Sahibkarlar Partiyası (2021) Azərbaycan Xalq Demokratik Partiyası (2021) Azərbaycan Kəndli Partiyası (2021) Azərbaycan Milli Hərəkat Partiyası (2021) Azərbaycan Yurddaş Partiyası (2021) Milli Qurtuluş Partiyası (2021) |
Baş qərargah | Sergey Senyuşkin küç. 26 |
İdeologiya | Azərbaycan milliyətçiliyi, dövlətçilik, dünyəvilik, Avropa skeptisizmi, sosial mühafizəkarlıq[d], Liberal konservatizm, iqtisadi liberalizm[d], Türkçülük |
İdeoloji spektr | Mərkəz sağ |
Üzvlüyü | Məşvərət Məclisi |
Gənclər təşkilatı | Yeni Azərbaycan Partiyası Gənclər Birliyi |
Üzv sayı | 730 354[1] (2024) |
Şüar |
Dünənin, bugünün və gələcəyin partiyası! Güclü dövlət, yüksək rifah! (2010)[2] Yeni Hədəflərə Doğru (2015)[3] Xalq üçün (2019)[4] Daha güclü Azərbaycan naminə! (2020)[5] Azərbaycanın gələcəyinə səs ver! (2020) Yeni dövrdə Yeni Azərbaycanla! (2024) |
Rəngləri | Göy-ağ |
Kabinetdə |
10 / 37 |
AŞPA-da |
4 / 648 [lower-alpha 1] |
Milli Məclisdə |
68 / 125 |
Ali Məclisdə |
41 / 45 |
Bələdiyyə üzvləri |
10.411 / 15.156 |
Mətbuat orqanı |
"Yeni Azərbaycan" qəzeti "İki sahil" qəzeti [lower-alpha 2] "Səs" qəzeti [lower-alpha 2] |
Saytı | yap.org.az |
Vikianbarda əlaqəli mediafayllar |
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.[6]
Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə baş tutan prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.
1995, 2000, 2005, 2010, 2015, 2020 və 2024-cü illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə 70 nəfərlə, 2024-cü ildə isə 68 nəfərlə təmsil olunub.
2024-cü ilin may ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 730 min nəfərdən çox üzvü var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Yeni Azərbaycan Partiyasının üzvlərinin 49,2%-i kişi, 50,8%-i isə qadın olmuşdur.[7]
16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir. 24 oktyabr 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir.
21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdir.
Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetinin ilk sayısı çapdan çıxmışdır.
Partiya sədri Heydər Əliyev 4 iyun Gəncə qiyamından sonra Bakıya dəvət olunduğu üçün 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi. O, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
3 oktyabr 1993-cü il prezident seçkilərində Heydər Əliyev xalq tərəfindən prezident seçilmişdir.
12 dekabr 2003-cü ildə partiya sədri, prezident Heydər Əliyev vəfat etdi.
15 oktyabr 2003-cü il prezident seçkilərində qələbə çalan İlham Əliyev partiya sədrinin birinci müavini olaraq Heydər Əliyev öldükdən sonra partiyaya rəhbərlik etməyə başladı. 26 mart 2005-ci ildə YAP-ın III Qurultayı keçirildi və Prezident İlham Əliyev partiyanın rəsmi sədri seçildi.
15 oktyabr 2008-ci il, 9 oktyabr 2013-cü il və 11 aprel 2018-ci il tarixlərində İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyası ilə Yeni Azərbaycan Partiyasının birləşdirilməsi fikrini irəli sürmüş və təklifi YAP-a göndərmişdir. Lakin YAP birləşmədən imtina etmişdir.[8]
5 mart 2021 tarixində 6 partiya tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına birləşdi.[9]
Sədr | Başlama tarixi | Bitmə tarixi | |
---|---|---|---|
1 |
Heydər Əliyev |
22 oktyabr 1992 | 12 dekabr 2003 |
- |
İlham Əliyev |
12 dekabr 2003 | 26 mart 2005 |
2 | 26 mart 2005 | Hal-hazırda |
İdarə HeyətiƏvvəllər 20 üzvdən ibarət olan İdarə Heyəti 5 mart 2021 tarixində keçirilmiş növbədənkənar qurultayda alınan qərarla 40 nəfərdən ibarət olmuşdur.
|
Veteranlar ŞurasıYeni Azərbaycan Partiyasının VII Qurultayında 85 nəfərlik Siyasi Şura ləğv olunaraq əvəzinə 35 nəfərdən ibarət olan Veteranlar Şurası yaradılmışdır. Sədri Arif Rəhimzadə, sədr müavini isə Sədaqət Qəhrəmanovadır. |
1995-ci ildə qurulmuş partiyanın qadınlar təşkilatı rəsmi olaraq YAP Qadınlar Şurası adlanırdı. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası 5 mart 2021-ci ildə keçirilən VII qurultayda ləğv olunmuş, əvəzində Mərkəzi Aparatın nəzdində Gender siyasəti şöbəsi yaradılmışdır.
1995-ci ildə qurulmuş partiyanın gənclər təşkilatı rəsmi olaraq YAP Gənclər Birliyi adlanır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi VII qurultaydan sonra yenidən formalaşdırılmışdır. Hazırda Birliyin 30 nəfər üzvü var. Gənclər Birliyinin 11 mart 2021-ci il tarixli iclasında Bəxtiyar İslamov yeni sədr seçilmişdir.
2018-ci il mayın 18-nə qədər Yeni Azərbaycan Partiyasının inzibati binası Səbail rayonunda Bülbül prospekti 13 ünvanında yerləşirdi. 2018-ci il mayın 18-də isə Xətai rayonunda Sergey Senyuşkin küçəsi 26 ünvanında Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimi baş tutdu. Açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatıldı.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün şəhər və rayonlarında, yəni Azərbaycanın 9 şəhərində və 63 rayonunda qərargahları mövcuddur.
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Səs | % | ± | Mandat | Səs | % | ± | Mandat | |||
1995 | Heydər Əliyev | — | 31 / 100 | 2,228,435 | 62.7 | — | 19 / 25 | 50 / 125 | ||
2000 | 56 / 100 | 1,809,801 | 62.31 | ▼ 0.39 | 16 / 25 | 72 / 125 | ||||
2005 | İlham Əliyev | 57 / 125 | N/A | N/A | N/A | N/A | 57 / 125 | |||
2010 | 1,110,885 | 46.48 | 71 / 125 | N/A | N/A | N/A | N/A | 71 / 125 | ||
2015 | 1,340,470 | 47.20 | ▲ 0.72 | 71 / 125 | N/A | N/A | N/A | N/A | 71 / 125 | |
2020 | 70 / 125 | N/A | N/A | N/A | N/A | 70 / 125 | ||||
2024 | N/A | N/A | N/A | N/A |
Seçki | Sədr | Səs | Mandat | |
---|---|---|---|---|
# | % | |||
1995 | Heydər Əliyev | 2 / 20 | ||
4 fevral 1996 | 0 / 15 | |||
18 fevral 1996 | 1 / 1 | |||
iyul 1996 | 0 / 1 | |||
iyul 1998 | 1 / 2 | |||
avqust 1998 | 0 / 1 | |||
fevral 1999 | 40 548 | 66.27 | 2 / 2 | |
may 1999 | 0 / 1 | |||
yanvar 2001 | 3 / 11 | |||
noyabr 2001 | 24 959 | 46.57 | 1 / 2 | |
2002 | 2 / 3 | |||
2003 | 1 / 3 | |||
2004 | İlham Əliyev | 1 / 3 | ||
2006 | 5 / 10 | |||
2016 | 19 674 | 85.6 | 1 / 1 |
Seçki | Sədr | Nəticə | |||
---|---|---|---|---|---|
Səs | % | ± | Mandat | ||
1995 | Heydər Əliyev | — | |||
2000 | 40 / 45 | ||||
2005 | İlham Əliyev | 39 / 40 | |||
2010 | 42 / 45 | ||||
2015 | 42 / 45 | ||||
2020 | 42 / 45 |
Seçki | Sədr | Nəticə | |||
---|---|---|---|---|---|
Səs | % | ± | Mandat | ||
1999 | Heydər Əliyev | — | |||
2004 | İlham Əliyev | ||||
2009 | İlham Əliyev | 10.431 / 15.591 | |||
2014 | 10.315 / 15.035 | ||||
2019 | 10.432 / 15.156 |
Yeni Azərbaycan Partiyasının rəsmi rəmzinin təsviri belədir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.