Antik fəlsəfə — antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatə edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır.
- Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı problemləri maraqlandırırdı;
- Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdirlər;
- Klassik dövr. Platon və Aristoteldən başlayaraq bütün fəlsəfi problemlərə sintez şəklində hərtərəfli baxılmış, fəlsəfə sistemləşdirilmişdir;
- Ellinistik dövr. Fəlsəfi mərkəzlər Yunanıstandan Romaya köçmüş, Epikürçülər, stoaçılar, skeptiklər fəlsəfənin əsas problemi kimi insanın xoşbəxtliyə çatmasının yollarını araşdırmağa cəhd etmişdirlər.
- Dini dövr. Neoplatonizmin yaranmasından sonra fəlsəfə dini inanclarla qarışıq şəkildə inkişaf etmişdir.
- Erkən Xristianlıq dövrü. Monoteistik dinlərin qalib gəlməsi, onların üzərində fəlsəfənin gələcək inkişaf təməllərinin qoyulması.
- Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
- Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, 298 s.
- Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlsəfə (ilk çağlar). Bakı: Əbilov, Zeynalov və qardaşlar, 2007, s. 104–114.
- Vill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktoru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006.
- Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007.