Remove ads
From Wikipedia, the free encyclopedia
Sankt-Peterburq (rus. Санкт-Петербург; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər.[3] XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər.
Sankt-Peterburq | |
---|---|
rus. Санкт-Петербург | |
59°57′ şm. e. 30°19′ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Aleksandr Beqlov[2] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 27 may 1703 |
Əvvəlki adları |
Petroqrad 1914–1924 Leninqrad 1924–1991 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 3 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 812 |
Poçt indeksi | 190000–199406 |
Nəqliyyat kodu | 78, 98, 178, 198 |
Digər | |
gov.spb.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir.
Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir.[4]
Ayrıca, Çar Rusiyası vaxtında XX əsrin əvvəllərinə kimi azərbaycanlılar arasında bu şəhərə Fitilbörk deyilirdi və eyni şəkildə "Molla Nəsrəddin" jurnalında,[6] Cəlil Məmmədquluzadə,[7] Üzeyir Hacıbəyov[8] və s. yazıçıların əsərlərində də görünür.[9]
1712–1918-ci illərdə Rusiya imperiyasının paytaxtı olub.
Əsası 27 may 1703-cü ildə çar I Pyotr tərəfindən qoyulmuşdur.
Şəhərdə üç böyük inqilab baş vermişdir: 1905–1907-ci illər, 1917-ci il Burjua-Demokratik fevral inqilabı, 1917-ci ildə Böyük Oktyabr Sosialist inqilabı. 1941–1945-ci illər Böyük Vətən Müharibəsi dövründə şəhər uzun müddət mühasirədə saxlanılmışdır. Bunun nəticəsində şəhərdə 1500000 nəfər insan ölmüşdür. 1965-ci ildə qəhrəman şəhər statusunu daşıyır. 1966-cı ildən başlayaraq şəhərin əhalisi də çoxalmağa başlamışdır. Şəhərdə yeni tikililər sürətlə artmağa başlamışdır. Böyük prospektlər-Yuri Qaqarin prospekti, Kosmonovatlar prospekti salınmışdır. 1967-ci il Okyabr İnqilabının yubileyində "Юбилейный" İdman Sarayı,"Октябрьский" Böyük Konsert zalı tikildi. 1979-cu ildə Fin körfəzinin sahilində bənd tikildi , hansı ki, şəhəri körfəzin suyundan müdafiə edirdi. 1982-ci ildə Vasilkoy adasında Dəniz Vağzalı tikdilər. 1988-ci ildə isə Sankt-Peterburq şəhərinin əhalisi 5 milyona çatdı. 1990-cı ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.
Sankt-Peterburqda ümumrusiya və beynəlxalq bayramlarla yanaşı, şəhərin bayram və xatirə günləri də qeyd olunur:[10]
Şimala yaxın olmasına baxmayaraq yaz aylarında istilik 30 dərəcəyə çatmaqdadır, qışları isə soyuq keçər, kanallar bu sırada donar, bol yağış yağar.
Şəhərin yayıldığı bütün sahələr boyunca dəniz səviyyəsindən ən yüksək nöqtə 14–15 m ətrafındadır. İyun — İyul arasında gündüzlər daha uzun olar və təxminən 2 həftə günəş haradasa heç batmaz. Bu vəziyyətə bəyaz gecələr adı verilmişdir.
Sankt-Peterburq şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 8,7 | 10,2 | 15,3 | 25,3 | 33,0 | 34,6 | 35,3 | 37,1 | 30,4 | 21,0 | 12,3 | 10,9 | 37,1 |
Maksimum orta, °C | −3 | −3 | 2,0 | 9,3 | 16,0 | 20,0 | 23,0 | 20,8 | 15,0 | 8,6 | 2,0 | −1,5 | 9,1 |
Orta temperatur, °C | −5,5 | −5,8 | −1,3 | 5,1 | 11,3 | 15,7 | 18,8 | 16,9 | 11,6 | 6,2 | 0,1 | −3,7 | 5,8 |
Minimum orta, °C | −8 | −8,5 | −4,2 | 1,5 | 7,0 | 11,7 | 15,0 | 13,4 | 8,8 | 4,0 | −1,8 | −6,1 | 2,7 |
Mütləq minimum, °C | −35,9 | −35,2 | −29,9 | −21,8 | −6,6 | 0,1 | 4,9 | 1,3 | −3,1 | −12,9 | −22,2 | −34,4 | −35,9 |
Yağıntı norması, mm | 44 | 33 | 37 | 31 | 46 | 71 | 79 | 83 | 64 | 68 | 55 | 51 | 661 |
Mənbə: "Sankt-Peterburq şəhərinin iqlimi". Hava və iqlimi. 2012-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-21.; Sankt-Peterburqda 19 may 2014-cü il ərzində hava arxivi, Peterburqda temperatur rekordu qırıldı, mayın 20-də daha bir gözləyirlər |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.