Remove ads
Sudanın paytaxtı From Wikipedia, the free encyclopedia
Xartum (ərəb. الخرطوم, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ Nil və Mavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 639 598 nəfər, şəhərətrafı ilə birlikdə 5 274 321 nəfərdir.
Paytaxt | |
Xartum | |
---|---|
الخرطوم | |
15°36′11″ şm. e. 32°31′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 382 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əsası 1821-ci ildə Misir hakimi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən qoyulmuşdur.
Şəhərin arxitekturasında ərəb, şərq xarakteri üstünlük təşkil edir. Şəhərin mərkəzi hissəsi Mavi Nilin vadisi boyunca yerləşir. Burada, çayın sahilində dövlət başçısının iqamətgahı yerləşən Respublika sarayı ilə yanaşı, müxtəlif nazirliklərin və idarələrin binaları yerləşir. Bir qədər aralıda şəhərin ticarət — maliyyə mərkəzi hesab olunan Xartum Siti yerləşir. Mavi Nil üzərindəki müasir körpü vasitəsilə universitet şəhərciyinə, təbiət tarixi və etnoqrafiya muzeyinə getmək mümkündür. Omdurman — Sudan paytaxtının ən qaynar hissəsisidir. Burada ərəb üslubunda — dar küçələr və çoxlu kiçik mağazalar və sənətkar emalatxanaları ilə əhatə olunmuş yaşayış və inzibati binalar tikilmişdir. Xartum şəhərində bir neçə ali məktəb — universitet, texniki və pedaqoji institutlar, Qahirə Universitetinin filialı yerləşir.
Şəhərin adının mənası ilə bağlı 2 versiya mövcuddur. Bunlardan birinə görə "xartum" sözü fil xortumunun adından yaranmışdır və Mavi və Ağ Nil çayları arasındakı dar, uzun quru sahəsini ifadə etmək üçün işlənmişdir. 1863-cü ildə Xartuma gələn kapitan C.A.Qrantın fikrincə isə bu ad əsasən Misirdə yetişdirilən və zəfəran bitkisinin bir növü olan gartun (lat. Carthamus tinctorius) bitkisinin adından götürülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.