From Wikipedia, the free encyclopedia
Milli komunizm və ya digər adı ilə Qaliyevizm — müxtəlif ölkələrdə müxtəlif liderlər tərəfindən qəbul edilən və tətbiq edilən kommunizm forması. Hər bir müstəqil dövlətdə, imperiyada və ya müstəmləkədə sosial sinif ilə millət arasındakə əlaqənin müxtəlif xüsusiyyəti vardır. Ukraynalı kommunistlər olan Şaxray və Mazlax, sonradan müsəlman Sultan Qaliyev hesab edirdi ki, bolşevik Rusiyasının maraqları onların ölkələrinin maraqları ilə tərs düşür. Bunu 1945-ci ildən sonra müstəqil xarici siyasət izləməyə çalışmaqla Yuqoslaviyanın kommunist diktatoru İosip Broz Tito davam etdirmişdir.
Karl Marksın və Fridrix Engelsin nəzərdə tutduğu kommunizmə görə internasional proletariya yüksək dərəcədə kosmopolitan olmalıdır. Ondan millətçilik yox, sinfi mübarizə gözlənilir. Bu ideologiyaya görə millətçilik proletariyanı bölmək və idarə etmək üçün burjuaziyanın əlində bir alətdir.
Kommunizm XIX əsrin sonlarından 1920-ci ilə qədər çox güclü hərəkat formasında idi. Kommunizm keçmiş Rus imperiyasında qalib gəldikdən onilliklər sonra Soyuq müharibə başladı. Soyuq müharibə ardınca isə Qoşulmama hərəkatı (heç bir bloka qoşulmama nəzərdə tutulur) formalaşdı. Bu milli kommunizmi siyasi reallıq olaraq formalaşmasına səbəb oldu.
1840-cı illərdə "kommunist" sözü Fransız inqilabı zamanı mövcud olmuş Yakobin klubunun sol qanadını öz ideologi əcdadları kimi qəbul edənləri təsvir etmək üçün işlədilirdi.[1] 1847-ci ildə Londonda Kommunist Liqası təsiss edildi. Liqa Karl Marksa və Fridrix Engelsə Kommunist Manifestinin qaralamasını yazmağı tapşırdı. Liqa tərəfindən qəbul edilən manifest 1848-ci ildə nəşr edildi. Kommunist manifestinə həmçinin, manifestin tətbiqində millətin rolu barədə bir neçə fikir daxil idi. Girişdə manifestin Londonda bir aya gələrək öz fikirlərini, məqsədlərini və tendensiyalarını paylaşan Avropanın müxtəlif millətindən meydana çıxdığı bildirilirdi.[2] Ardıyca I fəsildə burjuaziyanın qloballaşmaya və milli məsələlərə təsiri müzakirə edilmişdir.[3]
Roman Rozdolskiyə görə:
Manifest 'işçilərin ölkəsi yoxdur' dedikdə burjua ölkələri nəzərdə tutulur, etnik anlamda milli aidiyyat yox. Marks və Engelsə görə 'işçilərin ölkəsi yoxdur', çünki onlar burjua milli dövlətini özlərinə təzyiq maşını kimi görməlidirlər, gücü ələ keçirdikdən sonra da siyasi anlamda 'işçilərin ölkəsi yoxdur'. Ayrı sosialist milli dövlətlər olaraq gələcəyin sinifsiz və dövlətsiz cəmiyyəti üçün keçid mərhələ olacaqdır. Çünki belə bir cəmiyyətin inşası çox güman ki, beynəlxalq miqyasdadır. |
Milovan Djilas 1957-ci ildə yazdığı "Yeni Sinif" kitabında yazır:
Milli kommunizmdən başqa kommunizmin heç bir forması heç bir halda mövcud deyil. O özünü davam etdirmək üçün milli olmalıdır. |
Milovan Djilasdan bir neçə il əvvəl köhnə kommunist olan Manabendra Roy bunları yazmışdır:
Asiyadakı kommunizm əslində qırmızıya boyanmış millətçilikdir. |
Alman Sosial Demokrat Anton Pannakoek və rus monarxistlər Nikolay Ustrialov və Vasili Şulgin bildirirdilər ki, 1920-ci ildə ruslar ilk dəfə kommunizmi milliləşdirmişlər. Onlar bolşeviklərin Avropanın digər sosialist partiyalarından struktur və ideya baxımından nə qədər fərqləndiklərinə diqqət çəkirlər. Onlar sübut etməyə çalışırlar ki, Vladimir Leninin Bolşevik partiyası (Rusiya Sosial Demokrat Fəhlə Partiyasının son qanadı əsasında formalaşmış) ilk milli kommunist partiyası hesab edilə bilər. 1918-ci ilin martında Lenin partiyasının adını Rusiya Kommunist Partiyası olaraq dəyişdirdi.
Rusiyalı həmkarlarının oyanışından sonra keçmiş çar Ukraynası və müsəlman dünyasında sol sosialistlər kommunizmin müxtəlif növlərini inkişaf etdirdilər. Bu proses Sovet İttifaqında 1928-ci ilə qədər davam etdi. Ukraynalı və müsəlman versiyaları bir-birilərindən xüsusən iki nöqtədə fərqlənirdi. Müsəlmanlar inanırdılar ki, dünya inqilabının talehi Avropadan yox, Asiyadan asılıdır. Onlar həmçinin, milli azadlıq mübarizələri dövründə milli burjuaziya ilə ittifaqın əhəmiyyətli olduğunu bildirirdilər. Sinfi fərqlər gözardı edilməməli idi, yoxsa milli burjuaziya milli mübarizədən qaçacaq, əks düşərgədəki imperial həmkarları ilə birləşəcəkdi. Beləcə, hər hansısa inqilabçı mübarizənin və milli istiqlaliyyətin əsl çöküşü təmin ediləcəkdi. müsəlman kommunistlər anarxizmin, millətçiliyin və kommunizmin sintezinə həmçinin, dini də əlavə etmişdilər.
1918-ci ildə ukraynalı kommunist olan Serhii Mazlax və Vasil Şaxray tərəfindən yazılmış Do Khvyli (azərb. Ukraynadakı hal-hazırkı vəziyyət kitabı iddia edirdi ki, bolşevik hakimiyyəti Ukrayna üzərindı rus hakimiyyəti qurmuşdur. Ukrayna kommunistlərinin öncülləri 1919-cu ilin mart ayında başlayan anti-bolşevik xalq üsyanını istiqamətləndirməyə çalışdılar. lakin üsyan geniş ərazini ələ keçirə bilmədi. Danilo Zeleninin rəhbərliyi altındakı əsas hərbi qüvvələr 1919-cu ilin iyul ayında məğlub edildi. Anton Denikinin uğurlu hücumundan sonra onlar hərbi fəaliyyəti dayandırmağı və daha az "şeytan" olan bolşeviklərlə ittifaq qurmağı qərara aldılar. 1920-ci ilin yanvar ayında Sovet Ukraynası üzərində Kommunist Rusiyanın hakimiyyətini tanıyan, lakin bolevik idarəçiliyini, onun mədəni, siyasi, iqtisadi mərkəzləşdirməsini tənqid edən Ukrayna Kommunist Partiyası quruldu.[4]
Milli kommunizmin keçmiş Rusiya imperiyasının müsəlman bölgələrindəki təməl fəlsəfəsi millətçilik, vətənpərvərlik, Türkçülük-Turançılıq və sosializmdir. Müsəlmanlara yönəlmiş sosialist propaqandada fərqli yollara gedilməsini və dinə qarşı propaqanda edilməsinə qarşı çıxan Qaliyev bilinənin əksinə müsəlman olmasına baxmayaraq, hal-hazırkı siyasi islamçıların bildirdiyi kimi İslamçı biri olmamışdır. Sovet ittifaqı Kommunist Partiyasında həmişə müsəlmanlarla əlaqəli vəzifələrə təyin edilməsi belə düşünülməsinə səbəb olmuşdur. Əslində Qaliyev çox zaman ateizmə qədər gedən şərhləri ilə özünü "energetik materialist" olaraq tərif etmişdir. Haqlarını müdafiə etdiyi müsəlman kəsim isə keçmiş imperiyada yaşayan türklərdir.
Qaliyev sosializmin ən çox əzilmiş və istismar edilmiş sivilizasiya olan Şərqin işinə yarayacağına, beləcə Şərqin bütün imperialist və istismarçı qüvvələrdən qurtulub zənginləşəcəyinə inanırdı. Ona görə bu qurtuluş millətçiliklə sosializmin birləşməsi ilə mümkün ola bilərdi. Yəni hər xalq öz sosializmi, öz qurtuluşu üçün mübarizə aparacaq, millətçilik sosializmi, sosializm isə millətçiliyi tamamlayacaqdı. Bu mübarizələr sonunda bütün xalqlar imperializmin təsirindən qurtulacaqdı. Beləcə, kommunizm səviyyəsinə keçiləcəkdi. Bu milli kommunizm formasına görə İslam Orta Asiyadakı əhalinin gördüyü ilk sosialist hərəkatdır. Buna görə də onlar təklif edirdilər ki, Türküstanda kommunist propaqanda apararkən din əleyhinə olmamaq lazımdır. Əksinə, kommunizm ilə İslamın ortaq xüsusiyyətlərini göstərmək lazımdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.