From Wikipedia, the free encyclopedia
Mirseyid Heydərqaliyeviç Sultanqaliev (13 iyul 1892-28 yanvar 1940)—tatar siyasi xadimi.[1]
Mirsəet Soltanqaliyev | |
---|---|
Mirseyid Heydərqaliyeviç Sultanqaliev | |
Doğum tarixi | |
Doğum yeri | Elimbetova, Başqırdıstan |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Vəfat səbəbi | güllələnmişdir |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mirseyid Sultanqaliyev 1892-ci ilin iyulun 13-də Başqırdıstanın Kırımsakal qəsəbəsinə bitişik Elimbetova kəndində anadan olub. Atası müəllim olduğuna görə ilk təhsilini ondan alıb. Kazan şəhərində Tatar Pedoqoji İnstitutuna qəbul olunub. Ali təhsilini bitirdikdən sonra Sultanqaliyev bir müddət müəllimliklə məşğul olub. Bununla kifayətənməyən gənc Sultan Ufa bələdiyyə Kitabxanasında işləyəməyə başlayır. Burda çalışdığı dövrdə solçu İslam milliyyətçiləri və inqilabçılarıyla əlaqələr qurur.
Daha sonra mətbuat mühitinə gələn M. Sultanqaliyev müxtəlif qəzetlərdə müxtəlif təxəllüslərlə yazılar yazır. Müxtəlif yerlərdə çalışmasına baxmayaraq, 1915-ci ildə yenidən müəllimlik peşəsinə qayıdır. Azərbaycana gələn ziyalı M. Sultanqaliyev Bakıda bir tatar məktəbində müəllim işləməyə başlayır.
Bakıda baş verən ictimai siyasi fəaliyyəti yaxından izləməklə kifayətlənməyən M. Sultanqaliyev Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Daha sonra müsavatçılar başda olmaqla milli qüvvələrin başlatdığı hərəkata fəal olaraq qoşulur. Onun fəaliyyəti və düşüncələri, uğrunda mübarizə apardığı ideyalar illər keçsə də, bu gün də öz aktuallığını saxlayır və müasir dövrdə tarixin bir sıra müəmmalı və sirli məqamlarını öyrənmək baxımından əhəmiyyətlidir.
1917-ci ildə Rusiya inqilabı başlayarkən S. Qaliyev Bakıda idi. İnqilabdan sonra S. Qaliyev Bütün Rusiya Müsəlmanları Konqresində iştirak etmək üçün Moskvaya çağırılır.
Baş Katibliyə seçilən M. Sultan-Qaliev konqres bitəndən sonra Kazana yola düşür. Məhz bu addımdan sonra onun siyasi fəaliyyəti başlamış oldu. Kazanda Molla Nur Vahidov tərəfindən təşkilatlanan Müsəlman Sosialist Komitəsinə qatılır. Sultan-Qaliyev 1917-ci ildə Rus Kommunist Partiyasına üzv olur və bolşeviklərlə fəal əlaqələr qurmağa başlayır.
Rusiyada Vətəndaş müharibəsindən istifadə edən uzaqgörən ziyalı imperiya daxilində əzilən türklərin azad həyata qovuşması üçün Qızıl Orduda xidmət edən türkləri çar hökumətinə qarşı təşkilatlandırmağa başladı. Ancaq 1918-ci ildə mübarizə yoldaşı və silahdaşı Molla Nur Vahidovun Çex legionerləri tərəfindən qətli S. Qaliyevin milli mübarizəsində tək qalmasına səbəb oldu. Artıq onun üzərinə daha ağır və məsuliyyətli işlər düşürdü. Bu işlər arasında Mərkəzi müsəlman Komissarlığının üzvü, müsəlman Əsgəri Kolleqiyumu başqanı, Narkomatsın rəsmi yayın orqanı olan “Jizn Natsionalnostey” nəşrinin redaktorluğu da vardı.
1918-ci il yanvarın 10-u bolşevik partiya toplantısında İdil-Uralda Tatar Başkırd Milli Dövlətinin qurulması ilə bağlı cəhdlər edildi. Molla Nur Vahidovun istəyi ilə Mərkəz Müsəlman Komissarlığının adı Tatar-Başkırd Komissarlığı olaraq dəyişdirildi.
1918-ci il mayın 10-16-da Moskvada Tatar-Başqırd Cümhuriyyətinin Qurucu Məclis hazırlıq toplantısı keçirildi. Bu özlüyündə böyük tarixi hadisə sayıla bilərdi.
Tatar-Başqırd Burjua milliyətçiləri Əhməd Zəki Vəlidi Toğan və Sədri Maqsudi Arsal bölgə muxtarlıq istəkləri ilə bağlı Leninlə razılığa gələ bilmək üçün mübarizə aparırdı. M. Sultanqaliyev türk-müsəlman xalqların bölünməsinə qarşı idi.
1918-ci il mayın 2-i Molla Nur Vahidovun rəhbərliyi altında Mərkəzi Müsəlman Əsgəri Komitəsi qurularaq Müsəlman Qızılordusunun təşkilatlanması vəzifəsi Sultanqaliyevə tapşırıldı. O, Beşinci Qızıl ordunun yüzdə yetmiş beşini təşkil edən Tatar-Başqırd Taburlarını və Müsəlman Qızıl Alayını təşkilatlandırdı.
Molla Nur Vahidov ve Sultan Qaliyev 1918-ci ilin yayında, 17-20 iyunda Kazanda Müsəlman Bolşeviklərin Bütün Rusiya Konqresini topladılar. Müstəqil dövlət qurma istəyinin müzakirə edildiyi bu konqresdə S. Qaliyev bütün türk və müsəlman xalqların Birləşmiş Cəbhəsi modelini müdafiə etdi.
Burjuva milliyətçisi Zeki Velidi Togan qrupu isə Türk xalqlarının ayrı ayrı federativ dövlətlər qurması fikrini müdafiə etdilər.
Ağlar və çex legionları 1918-ci ilin avqustunda Kazan şəhərinə hücum etdilər. Həmin vaxt Moskvada olan Molla Nur Vahidov Tatar Qızıl alayının başına keçərək Kazana yollandı. Döyüşlərdə əsir düşən Molla Nur edam edildi.
1923-cü ilin aprel ayında Rusiya Kommunist Partiyasının 12-ci partiya konqresi toplanıldı. Maneələrə baxmayaraq, Sultanqaliyev konqresə qatıldı və çıxış etdi. Qısa bir müddət sonra isə Kommunist Partiyasının 4-cü konfransı təşkil edildi.
Konfransdan sonra M. Sultanqaliyev həbs edildi. Onun həbsi xalqa aylar sonra Rus Kommunist Partiyası Mərkəzi Komitəsinin bölgə və cümhuriyyətlərin məsul əməkçiləri ilə Moskvada İosif Stalinin rəhbərliyi ilə təşkil edilmiş və qeyri-rus idarəçilərin də olduğu IV konfransda bəyan edildi. Ancaq o, Kommunist Partiyası içində nüfuz və etibar qazandığına, inqilab üçün gördüyü xidmətlərə görə həbsdən azad edildi. Bundan sonra inqilab düşüncəli ziyalının fəaliyyəti gizli, çətin və təhlükələrlə zəngin olub.
Orta Asiya türk müsəlman xalqların içindən çıxan, ilk bolşevik kommunistlərdən biri olan S. Qaliyev qısa zamanda bütün Qafqaz və Orta Asiya regionunda kommunistlərin liderinə çevrilmişdi. Bu sözsüz ki, milli ruhlu Sultanqaliyev üçün böyük uğur idi. Bu həm də gələcəkdə bütün türksoylu xalqların həmrəyliyi, onların bir ideya rəhbərinin ətrafında birləşməsi demək idi. Ancaq Sultanqaliyev “hamı, bütün xalqlar bərabərdir”, “xalqların dostluğu” kimi zahirən xoşagələn və humanistliyi əks etdirən Sovet və Kommunist Partiyasının şüarları ilə gerçəklərin zaman keçdikcə fərqli olduğunu anlamağa başladı. Bu şüarlar və siyasət sadəcə zorla müstəqillik və azadlıqları əlindən alınmış xalqları nəzarətdə və tabeçilikdə saxlamaq, onların milli duyğu və kimliklərini məhv etmək üçün idi. Beyinlərə zorla qondarma bir ifadə ”sovet xalqı”nın qüdrətli varlığı sırınırdı. Rus imperiyasının cəngində əzilən türksoylu xalqların hüquq və haqlarını müdafiə edən dəyərli ziyalı Sovet dövlətinin iddia etdiyi kimi “bərabərliyə” tək sözdə deyil, əməldə də nail olmaq üçün mübarizəyə başlamışdı. Bu mübarizə 1917-ci il inqilabında qəbul edilən və xalqa ünvanlanan müraciətdən sonraki dövrdə daha da gücləndi. Belə ki, həmin ilin noyabrın 24-ü Lenin ve Stalinin imzalayıb yaydıqları "Rusiyanın və Şərqin bütün Müsəlman Əməkçilərinə" başlıqlı müraciəti öz məzmununa görə kifayət qədər tolerant görünsə də, əslində Rusiya imperiyasının türk müsəlman əhalisini, ümumilikdə qeyri rusları aldadaraq onların etimadını qazanmaq, yenidən əsarətə salmaq, öz mənafeləri üçün xalqdan çar hökumətinə qarşı istifadə etmək idi. Çar hökumətinin pislənildiyi bu sənəddə yazılırdı: "...Rusiya müsəlmanları, Volqa və Krım tatarları , Sibir və Türkistan qırğızları və sartları, Transqafqazın türkləri və tatarları, Çeçenlər və Qafqaz dağlıları; çarların və Rusiyanın zalımlarının məscidlərini və tapınaqlarını yıxdığı, inanclarını və adətlərini ələ saldığı sizlər! İnanclarınız və adətləriniz, və mədəni qurumlarınız bundan sonra azad və toxunulmaz olacaq. Yaşamınızı azad və müdaxilə olmadan nizamlayın. Bu sizin haqqınızdır. Bilin ki, sizin haqlarınız, Rusiyanın bütün xalqlarının haqları kimi, güclü inqilabın və onun orqanlarının, işçi, əsgər və kəndli təmsilçiləri Sovetlərin nəzarəti altındadır. Yoldaşlar! Qardaşlar! Gəlin, dürüst və demokratik bir sülhə doğru birlikdə addımlayaq. Bayraqlarımızda bütün təzyiq altında olan xalqlara müstəqillik yazılıdır. Haydı, bu inqilabı dəstəkləyin...” Bütün bu “gəlişi gözəl” ifadə və fikirlərin əsas məqsədi son cümlədə vurğulanırdı. “ ..İnqilabı dəstəkləyin..” Sözsüz ki, ziyalılara daha çox təsir edən bu düşüncələr onların köməyi ilə sadə kütləyə yol açırdı.
Sultan Qaliyev də belə ziyalılardan idi. O, Sovet və Kommunist İnternasyonal siyasətini təhlil edən, ona şəxsi fikir bildirən ilk şəxs kimi tanınır. Bu ilk təhlillər birinci növbədə əsarət altındaki xalqların imperializmə qarşı qurtuluş mücadiləsi və dünya inqilabı kimi mövzuları əhatə edirdi. Maraqlıdır ki, Sovetlər Birliyi və Komintern rəhbərləri Avropa proletariatından dünya inqilabını başlamalarını gözləyirdi. Ancaq Sultan bəy çalışırdı ki, imperializm üzərində qələbə çalmaq üçün onların diqqətini Şərqin əsarət altındakı xalqlarına yönəltsin. Bu məqsədlə əsarətdə olan xalqların imperializmə qarşı ilk ortaq toplantısının təşkil edilməsinə xüsusi önəm vermiş və bu ideyanı dəstəkləmişdir.
1920-ci il 1-8 sentyabr tarixlərində Bakıda təntənəli sürətdə baş tutan Birinci Şərq Xalqları Qurultayının fikir baxımından ortaya atılmasında Sutanqaliyevin xüsusi rolu var. Komintern rəhbərlərinin fikrincə imperializmin məğlubiyyəti və xalqların qurtulması dünya inqilabından asılıdır. Sultanqaliyevin bu mövzuda fikirləri isə fərqli idi. Belə ki, o, imperiya daxilində əzilən xalqların xilas və qurtuluşunu məhz onların mübarizəsi sayəsində mümkün olacağını qeyd edirdi. Dünya inqilabı məhz imperialist ölkələrin proletariatlarının öz burjuaziyalarını devirməsi ilə istənilən vəziyyətə gələ bilərdi. Onun üç böyük ideyası vardı;
Sultanqaliyev bu ideyalarını Turan Sosialist Federativ Xalq Cümhuriyyəti, Kommunist Əsarətlər İnternasyonalı və Dünya inqilabı adlı anlayışlarla izah edirdi. Milli mübarizədə M. Sultanqaliyevin bir sıra dostları və həmfikirləri xüsusilə də Mustafa Sübhi qətlə yetirildi. Mustafa Sübhi o adam idi ki, Bakıda keçirilən Şərq müsəlmanlarının birinci qurultayında iştirak etmiş, başqan seçilmişdi. Yoldaşlarının qətlinə hökumətin, rəsmi dairələrin bir reaksiya verməməsi onu əsəbləşdirmişdi. Bununla bağlı yeganə xatirə və tənqidi yazını S. Qaliyev özü yazdı. Şərq Müsəlmanlarının birinci qurultayında qərara alınmışdı ki, bu tədbir hər il təkrarlansın. Ancaq növbəti il qurultayın toplana bilməməsi, orada qəbul edilən ideyaların həyata keçirilməməsi Sultanqaliyevin düşüncələrinin alt-üst olması demək idi. O, daxilən bütün ruhuyla bu toplantının gələcəkdə Türk müsəlman xalqlarının həmrəyliyi və azadlığa qovuşmasına aparan yol kimi dəyərləndirirdi.
Onun “Əsarətlər İnternasyonalı” layihəsinin reallaşmasıyla şərqli kommunistlər təşkilatlanacaq, imperializm məhv ediləcək, dünyanı inqilab bürüyəcək, ən önəmlisi şərqli kommunistlərin idarə edə biləcəyi bir qurum yaradılacaqdı.
Bu həm də S. Qaliyevin düşüncələri və ideyalarının Rusiya imperiyasının xaricindəki türk xalqlarına çatdırılması və onlarla da birləşmək mənasına gəlirdi. Sosialist Rusiyasının zaman keçdikcə çar idarəsi kimi şovnist və hegemonluq siyasəti onun bu quruluşa olan inam və ümidini sarsıtdı. “Rusiya artıq inqilab yolunda geri gedə bilməz, amma marksizmi də nə daha çox inkar edə bilər, nə də inqilab öncəsi durumlara geri dönə bilər, önündə təkcə bir yol var. Yavaşca sağa sürüşmək, beləliklə də sağçı bir rejimə zəmin hazırlamaq.
İnkişafı Sovet Sosialist respublikalar Birliyi formulası altında davam etdirən Rusiya çox uzun müddət davam edə bilməz. Sovet Rusiyası keçici bir keçiş olqusudur...”
1923-cü ildən başlayaraq, Sultanqaliyev fəaliyyətini gizli davam etdirmişdir. Daim təqiblər və təhlükələrlə üz-üzə olsa da, düşüncə və ideyalarından vaz keçməmiş, onlar uğrunda mübarizəsini davam etdirmişdir. Sultanqaliyev müxtəlif xalqların inqilabçı ziyalılarıyla görüşür, fikir və ideyalarıyla onları mənəvi baxımdan təşkilatlandırırdı. Bu məhdud şəraitdə onun bacardığı son işi idi.
Sultanqaliyevin adını çəkmək, məqalələrini araşdırmaq uzun müddət yasaqlansa da, bu sonacan davam etmədi. Onun fəaliyyət və düşüncələrini tədqiq edən Qərb araşdırmaçıları bu düşüncə adamını öyrənməyə çalışmışlar. Onlar Sultan bəyin ideyasını “Müsəlman ulusal kommunizmi” olaraq dəyərləndirmişlər. Əslində isə S. Qaliyevin düşüncələri nəticə olaraq “Türk-İslam sosializmi” anlayışına uyğun gəlirdi.
1921 idə yazdığı "Müsəlmanlara yönəlik Din Əleyhinə Təbliğat Metodları" sərlövhəli yazısı əvvəlcə "Milliyətərin Yaşamı" dərgisinin iki sayısında yayımlandı.
1922-ci ildə isə Moskvada broşur kimi çap edildi. Maraqlıdır ki, məqaləni üstü örtülü “qəsidə” saymaq olar, belə ki, müəllif mətnaltı da olsa, islamın mədəni və ictimai dəyərləri və dünya tarixindəki rolunu izah edib. İslam dünyasının imperializm tərəfindən əsarət altına alınmasına qarşı müqavimətində İslam dininin milli kimliklə qaynaşıb qarışması yazıda xüsusi olaraq vurğulanıb.
XX əsrin 30-u illəri NKVD –nin əliylə milyonlarla milli ruhlu ziyalının, mütəfəkkirlərin Stalin respressiya maşınından keçirilməsi ilə yadda qaldı. İmperiyanın bütün əyalətlərində qorxu, xof və həyəcan hökm sürürdü. Bugün təriflənən, haqqında xoş söz deyilən ziyalı gecə qəfildən həbs edilir, güllənirdi. Odur ki, xalq arasında “Gecə döyülən qapılar xeyirliyə döyülmür” məsəli yaranmışdı. Əsasən daha çox türksoylu xalqların ağrı-acısını yaşadığı repressiyya dövrü tatar xalqının layiqli oğlu M. Sultanqaliyevdən də yan keçmədi. Əksinə Leninin ölümündən sonra mübarizədə hakimiyyəti ələ alıb rəhbər vəzifəyə yiyələnən Stalin Sultanqaliyevin qabiliyyətini, nüfuzunu diqqətdən keçirir, onu özünə rəqib görürdü. Məhz buna görə də Qaliyev də digərləri kimi anti inqilabçı, burjua millətçisi damğasıyla günahlandırıldı. 1940-cı il yanvarın 28-də Lefortovo həbsxanasında o dövrün milli təhlükəsizlik orqanı sayılan rusca “KQB” adlanan qurumun əliylə acımasızcasına güllənərək qətlə yetirildi.
Ancaq aradan 50 il keçəndən sonra Sovet Ali məhkəməsinin 1990-cı il aprelin 30-da çıxardığı qərarla M. Sultanqaliyevə bəraət verildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.