Remove ads
Rusiya ordusu generalı From Wikipedia, the free encyclopedia
Denikin Anton İvanoviç (16 dekabr 1872[1][2][…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası[3] – 8 avqust 1947[4][5][…], Ann-Arbor, Miçiqan[4]) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916).
Anton Denikin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1872[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 avqust 1947[4][5][…] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Xidmət illəri | 1895-ci ildən |
Rütbəsi | general-leytenant (1916) |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı.
"Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı. Azərbaycan Xalq Cümhuriyyəti Dağıstan xalqlarının Denikinə qarşı mübarizəsini dəstəkləmişdi. Bu məqsədlə də, dövlət büdcəsindən 50 milyon rubl (2.5 milyon funt sterlinq) ayrılmışdır, bu da AXC nin büdcəsinin 1/8-ni təşkil edirdi. Hərbi uğursuzluqlar, sovet ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920-ci il fevralın 7-də Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıdığını bildirmişdi. 1920-ci ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma qaçmış, komandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.