Remove ads
Üçüncü Reyxin diktatoru (1889-1945) From Wikipedia, the free encyclopedia
Adolf Hitler (alm. Adolf Hitler; 20 aprel 1889[1][2][…], Braunau-am-İnn[d], Avstriya-Macarıstan[3] – 30 aprel 1945[4][1][…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer).
Adolf Hitler | |
---|---|
alm. Adolf Hitler | |
30 yanvar 1933 – 30 aprel 1945 | |
Əvvəlki | Kurt fon Şleyxer |
Sonrakı | Jozef Göbbels |
30 yanvar 1933 – 30 aprel 1945 | |
Almaniya Prezidenti[d] | |
2 avqust 1934 – 30 aprel 1945 | |
Əvvəlki | Paul fon Hindenburq |
Sonrakı | Karl Dönits |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1889[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 aprel 1945[4][1][…] (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə ilə başına vurma[d][5] |
Dəfn yeri |
|
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Alois Hitler |
Anası | Klara Hitler |
Həyat yoldaşı | |
Uşağı | yoxdur |
Dini | bilinmir |
Hərbi xidmət | |
Mənsubiyyəti | Almaniya imperiyası[9], Üçüncü Reyx |
Qoşun növü | Almaniya İmperiyası ordusu, Vermaxt, piyada, Reichswehr |
Rəhbərlik edib | |
Döyüşlər |
|
Rütbəsi | yefreytor, yefreytor |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Nasional Sosializm[10], Hərbi diktatura[10], siyasət[10], hərbi qulluqçu, rəssam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığı
Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür.[11]
Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur.[12] Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur.[13][14] Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib.[15] Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.[16] Birinci evliliyindən onun 2 uşağı olmuşdur.[17][15]
Atasının ikinci evliliyindən doğulan 6 uşaqdan dördüncüsü olan Adolfun özündən əvvəl dünyaya gələn üç uşaq çox kiçik yaşlarında müxtəlif xəstəliklərdən,[18][19][20] özündən sonra doğulan 2 uşaqdan biri isə 5 yaşında olarkən qızılca xəstəliyindən vəfat etmişlər.[21][22] Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirmişdir.[23] Adının mənası qədim alman dilində "kübar qurd" deməkdir[24]. (Adolf = Adel + Wolf)
16 yaşında orta təhsilini başa vursa da buraxlış imtahanlarından kəsilir.[25] Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir.[26] Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı[27] ilə iki dəfə (1907, 1908) rədd cavabı verilir. Ancaq öz istedadını daha çox memarlıq sahəsində göstərə biləcəyi tövsiyəsini alır. Sonradan üzləşdiyi maliyyə problemləri və imtahanlara lazımınca hazırlaşa bilməməsi onun memarlıq məktəbinə imtahan verməsinə imkan vermir.[28]
1913-cü ilin mayında Hitler Münhen şəhərinə köçür. Burada o akvarel satmaqla dolanır.[29][30] 1914-cü ilin sentyabrında Almaniyanın Birinci Dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır və artıq oktyabr ayında sıravi əsgər kimi 16-cı Bavariya ehtiyat alayının 1-ci bölüyünün tərkibində Qərb cəbhəsinə göndərilir.[31] Həmin ilin dekabrında II dərəcəli Dəmir xaç ordeni ilə təltif olunur[32]. 1916-cı il oktyabrın 16-da Somma çayı sahilindəki döyüşdə ayağından yaralanır.[33] 1917-ci ilin martında hospitaldan çıxdıqdan sonra baş əsgər (yefreytor) kimi yenidən öz alayına qayıdır.[34] 1918-ci ilin avqustunda sıravi əsgərlərə çox nadir hallarda verilən I dərəcəli Dəmir xaç ordeni ilə təltif edilir.[35] 1918-ci il oktyabrın 13-də İpr şəhəri yaxınlığındakı döyüşdə ingilislərin almanlara qarşı işlətdiyi gözyaşardıcı kimyəvi qazın təsirindən kontuziyaya uğrayır və müvəqqəti olaraq görmə qabiliyyətini itirir.[36] Noyabr ayında hospitalda ikən Almaniyanın qeyd-şərtsiz təslim olduğunu və kayzerin devrildiyini öyrənir.[37] Bu xəbər onu hədsiz dərəcədə sarsıdır.[38]
Alman ordularının[39] həmin dövrdə hələ də düşmən ərazisində və üstün vəziyyətdə olduğu halda birdən-birə müharibədə məğlub olması Hitlerin sonrakı baxışlarına da ciddi təsir göstərmişdir.[40]
Hitler Almaniyanın müharibədəki[41] məğlubiyyətini və monarxiyanı devirən 1918-ci il Noyabr inqilabını xainlər tərəfindən müzəffər alman ordusuna "arxadan vurulmuş zərbə" hesab edirdi. Öz siyasi fəaliyyəti çərçivəsində Bismark, Palmerston kimi şəxslərdən təsirlənmişdir.
1918-ci ilin sonunda Hitler Münhenə geri qayıtdı və yenidən ordu sıralarına yazıldı. Hərbi hissə komandirinin tapşırığına əsasən o Münhendə baş vermiş inqilabi hadisələrin iştirakçıları əleyhinə məlumat toplayırdı.[42] Kapitan Ernst Römün tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrildi. Onun təşəbbüsü ilə 1919-cu ildə[43] partiyanın adı dəyişdirilərək "Nasional Sosialist Alman Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılır.
Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (alm. führer — rəhbər) ləqəbi verirlər.[44]
1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrildi. Partiyanın silahlı dəstələrinə Ernst Röm rəhbərlik edirdi. Partiyanın rəhbərliyini demək olar ki, tamamilə öz əlində cəmləşdirmiş Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi.[45][46]
1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər.[47] Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi, lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirdilər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər.[48] Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq etdi.[49]
Əlaqəli mövzular
İstiqamətlər
Doktrinalar
Təşkilatlar
Faşist liderlər
Faşist dövlətlər
|
8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler"[48] pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi. Eyni zamanda E. Remin rəhbərliyi altındakı hücum dəstələri Hərb Nazirliyinin Quru qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri tərəfindən mühasirəyə alındılar.[50]
Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf 3 min nəfərlik dəstə ilə birlikdə Hərb Nazirliyinə tərəf irəliləməyə başladılar, lakin Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçılar dağıldılar. 16 partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı" kimi düşdü.
1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm" (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı. Tezliklə bu kitab NSDAP-nin əsas ideya qaynağına çevrildi.
Hitlerin həbsxanada olduğu müddətdə partiya olduqca zəifləyir və həbsdən çıxdıqdan sonra o ilk növbədə partiyanı bərpa etməyə çalışır. Bu işdə ona E. Rem hücum dəstələrini bərpa etməklə yaxından kömək edir.[51] Lakin NSDAP-nin dirçəlməsində həlledici rolu Şimali və Şimal-Qərbi Almaniyanın sağ ekstremistlərini partiyaya cəlb edən Qreqor Ştrasser oynadı. Bu işdə ona qardaşı Otto və Yozef Gebbels yardım etmişdilər.[52] Bu, NSDAP-nin regional partiyadan ümummilli partiyaya çevrilməsinə şərait[53] yaratdı.
Eyni zamanda Hitler daha yüksək təbəqələr arasında da dəstək axtarırdı. O, həm ordu rəhbərliyinin bir hissəsini özünə yaxınlaşdıra bildi, həm də sənaye maqnatları ilə əlaqələr qurdu.[54][55] 1930 və 1932-ci illərdəki parlament seçkiləri nasistlərin Reyxstaqdakı sayını ciddi surətdə artırdı. Bu hal digər parlament partiyalarını nasistlərə daha ciddi yanaşmağa, onlarla hesablaşmağa və hətta koalisiya hökumətində ortaq kimi nəzərdən keçirməyə sövq edirdi.[56]
1930-cu il seçkilərində partiya 18,3% səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9%-ni toplayaraq[57] 288 yerə sahib oldu və Reyxstaqda hakim partiyaya çevrildi.[58][59]
Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın[60] binasının yandırılması təşkil olundu. Bunun təqsiri kommunistlərin üzərinə atıldı və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq "Xalqı və dövləti müdafiə etmək" adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi.[61]
Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv etdi. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Beləliklə, Hitlerin böyük səyləri nəticəsində Almaniyada terrorçu avtoritar faşist diktaturası bərqərar oldu. Hitler antisemitizmi dövlət siyasətinə çevirdi. 1933-cü ilin yazından yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı.[62] 1935-ci ildə yəhudiləri alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar qəbul edildi. Faşist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflasa uğramağa başladı. 1933-cü il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə konfransı tərk etdi.[63][64]
Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa.[65][66] bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb etdi.[42] Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi.[47]
1 sentyabr 1939-cu ildə özəl müzakirələrdə, Hitler Britaniyanı məğlub etmək və Polşanı məhv etmək məqsədilə bu dövlətlərə qarşı müharibə etmək niyyətində idi.[49]
1939-cu il 1 sentyabr tarixində Alman qoşunları Polşaya hücuma keçdilər, 2 gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər, lakin İngiltərə və Fransa 1940-cı ilin may ayına qədər fəal hücumlar etmədilər.[48] Bu hadisə tarixə "Qəribə müharibə" adı ilə daxil oldu. Tezliklə müharibənin miqyası genişləndi və tezliklə Avropanı, sonra isə İtalyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüdü.
Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edir.[67][68]
Adolf Hitlerin iki vəsiyyətnaməsi mövcuddur. Onlardan birincisi Hitlerin siyasi vəsiyyətnaməsidir. Hitler siyasi vəsiyyətnaməsində bildirirdi ki, Almaniya alman xalqının və ümumiyyətlə bütün millətlərin gələcəyi üçün ən böyük təhlükə olan yəhudilər və bolşevizm ilə mübarizədən gələcəkdə də çəkinməməlidir. O, bu siyasi vəsiyyətnaməsində özünün yəhudilər ilə apardığı mübarizəsinə haqq qazandırırdı. O, bildirirdi ki, yəhudilər və bolşeviklər dünya üçün zəhər kimi təhlükəlidir.[69] O, iddia edir ki, Almaniyanın gələcəyi məhz bu məsələdən asılıdır. O, bu vəsiyyətnaməsində bildirirdi ki, o haqlı olaraq müharibəyə başlamışdır, müharibədə məğlubiyyətə uğramasının səbəbini isə, qorxaq generallarının səhvləri ilə izah edir.[70]
İkinci vəsiyyətnamə isə, Hitlerin şəxsi vəsiyyətnaməsidir. Bu vəsiyyətnamədə o bütün həyatı boyunca topladığı şəxsi sənət əsərlərinin hamısının toplanaraq doğulduğu şəhər olan Linzdə bir muzey açılaraq bu muzeydə sərgilənməsini istəmişdir. Özünün bütün şəxsi mallarını isə,[71] partiyasına,[71][72] əgər partiyası qalmamışdırsa, onda dövlətə vəsiyyət etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.