Remove ads
From Wikipedia, the free encyclopedia
Klara Hitler (qızlıq soyadı Pölzl) (d. 12 avqust 1860 — ö. 21 dekabr 1907) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin anasıdır.[1]
Klara Hitler | |
---|---|
Klara Pölzl | |
Şəxsi məlumatlar | |
Doğum adı | Klara Pölzl |
Doğum tarixi | |
Doğum yeri | Avstriya İmperiyası |
Vəfat tarixi | (47 yaşında) |
Fəaliyyəti | ev işçisi |
Atası | Johann Baptist |
Anası | Johanna Hiedler |
Həyat yoldaşı | Alois Hitler (1885-1903) |
Uşaqları |
Gustav Hitler (2 yaşında) İda Hitler (1 yaşında) Adolf Hitler Otto Hitler (bir neçə gün) Edmund Hitler (5 yaşında) Paula Hitler |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Johann Baptist Pölzl, anası isə Johanna Hiedler idi. Ailə həkiminin qeydlərində yazdıqlarına görə, çox səssiz, şirin və sevimli bir qız idi.[2]
1876-cı ildə 16 yaşındakı Klara Alois Hitlerin evində qulluqçuluğa başladı. Gənc Klara Alois Hitlerin ögey əmisi Johann Nepomuk'un 16 yaşlı nəvəsi idi. Ancaq bundan narazı olan Alois Hitlerin xanımı Matzelsberger'in istəyilə Alois Hitler Klaraya başqa bir iş tapdı. Ancaq çox keçmədən Matzelsberger 23 yaşında ikən ağciyər xəstəliyinə tutuldu. Ağır xəstəlik günlərində balaca uşaqlara və xəstə Fanni'yə baxmaq üçün Klara Pölzl yenidən Aloisin evinə gəldi. Nəhayət, 10 avqust 1884 tarixində Matzelsberger vəfat etdi. Vəfatının ardında Klara Pölzl yenə də Aloislə birlikdə yaşamağa davam etdi.
Çox keçmədən Klara hamilə qaldı. Ancaq Alois və Klara çox yaxın qohum idi. Buna görə də qanuni olaraq evlənə bilməzdilər. Nəhayət Alois Hitler Katolik Kilsəsinə bir məktub yazdı və 7 yanvar 1885 tarixində kilsədən gələn xüsusi icazə ilə Klara ilə Alois Hitler evləndi.
Nigahdan 5 ay sonra - 17 may 1885 tarixində Klara və Aloisin ilk övladları olan Gustav dünyaya gəldi. Bir il sonra isə 25 sentyabr 1886 tarixində İda adlı bir qız uşağı dünyaya gəldi. Ancaq 1887-ci ildə Hitler ailəsinə difteriya xəstəliyi yayıldı. Nəticədə Hitler cütlüyünün dünyaya gələn hər iki övladı vəfat etdi. Ancaq Alois Hitlerin Fanni Matzelsberger ilə olan evliliyindən olan 2 övladı hələ də yaşayırdı.
20 aprel 1889-cu ildə Klara üçüncü övladı olan və gələcəyin siyasi lideri Adolfu dünyaya gətirdi. Adolf xəstə olaraq dünyaya gəlmişdi. Bu səbəblə anasının həddindən artıq nəvazişi ilə böyüdü. Atası isə 51 yaşında idi və bu səbəblə balaca Adolf ilə çox da maraqlanmırdı. 1892-ci ilin iyun ayında cütlüyün sonuncu övladı olan Otto dünyaya gəldi, ancaq balaca uşaq bir neçə gün sonra vəfat etdi. Bir müddət sonra Hitler ailəsi Aşağı Bavariyaya köçdü.[3] O əsnada Alois Hitler 55, Klara Hitler 32, Alois Jr. 10, Angela 9, Adolf isə 3 yaşında idi.
Bir müddət sonra Linzdə yeni bir iş tapan Alois Hitler yenə köçmək istədi ancaq Klara ən kiçik oğlan uşaqları olan Edmundu yeni dünyaya gətirmişdir. Bu səbəblə burada qalmağa qərar verdilər. 21 yanvar 1896-cı ildə Hitler ailəsinin sonuncu övladı olan Paula Hitler dünyaya gəldi. Bu illərdə Hitler daha çox ailəsi ilə məşğul olmağa başladı. 2 fevral 1900-cü ildə balaca Edmund qızılca xəstəliyinə tutuldu və vəfat etdi.[4]
Övladlarına çox bağlı idi və tarixi qeydlərə görə, ögey övladları olan Jr. Alois və Angelaya qarşı əsl ögey analıq edirdi.[2] Bundan başqa qatı katolik olan Klara Hitler övladları ilə birlikdə tez-tez kilsəyə gedirdi.[5]
Alois Hitler 1903-cü ildə vəfat etdi və Hitler ailəsi maddi olaraq çətin vəziyyətə düşdü. Klara Hitler evi satıb iki övladı ilə birlikdə Linz şəhərindəki balaca bir evə köçdü. 1906-cı ildə Klara Hitlerin sinəsində şiddətli ağrılar başlamış, bir müddət bunu göz ardı etsə də, nəhayət 1907-ci ilin yanvar ayında ailə həkimi Eduard Bloch'a vəziyyəti danışdı. Vəziyyət ciddi idi, çünki Klara Hitler döş xərçəngi idi. Bir müddət müalicədən imtina edən Klara Hitler kiçik oğlu Adolfun da təkidilə bir müddət müalicə gördü.[6] Ardından Vyanada incəsənət təhsili alan Adolf digər qardaş və bacıları kimi anasının yanına gəldi.
Oktyabr ayına qədər Klara Hitlerin vəziyyəti sürətlə gerilədi və Adolf ailə həkimlərindən başqa bir müalicə metoduna keçməsini istədi. Növbəti 46 gün içində yeni ancaq çox ağrılı olan bir müalicə metoduna keçildi. Müalicənin heç bir nəticə vermədiyi anlaşıldı və Klara Hitler 21 dekabr 1907-ci ildə vəfat etdi.[7]
Anası ilə sıx və çox yaxın münasibəti olan Adolf onun ölümüylə dərin kədərə qərq oldu.[8][9] Anasının müalicəsi əsnasında əlindən gələni edən ailə həkimi Dr. Eduard Bloch'a təşəkkür etmək üçün 1940-cı ildə o və yəhudi ailəsinin Avstriyadan təhlükəsiz şəkildə çıxmağını təmin etdi.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.