Remove ads

Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrəLixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır.

Cəld faktlar Ümumi sayı, Yaşadığı ərazilər ...
Almanlar
ThumbThumbThumb
ThumbThumbThumb
Martin Lüter, Lüdviq van Bethoven, Otto fon Bismark, Albert Eynşteyn, Angela Merkel, Henrix Hers
Ümumi sayı
140 000 000
Yaşadığı ərazilər
Almaniya Almaniya 75 000 000
ABŞ ABŞ 30.000.000
Braziliya Braziliya 3 000 000
Kanada Kanada 2 000 000
Argentina Argentina 2 800 000
Avstraliya Avstraliya 2 000 000
Fransa Fransa 1 500 000
Rusiya Rusiya 394 138 (2010)[1]
Qazaxıstan Qazaxıstan 180 832 (2012)[2]
Çili Çili 70 000
Ukrayna Ukrayna 33 302 (2001)[3]
Azərbaycan Azərbaycan 1200
Dili

alman dili

Dini

xristianlıq

Qohum xalqlar

hollandlar, ingilislər

Bağla

Tarix

Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarlaUral tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər.

Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular. XX əsrin ilk yarısında onlar artıq Mərkəzi Avropada, ŞimaliCənubi Amerikada, Böyük Britaniyada, Rusiyada, Ukraynada (həmçinin Krımda), Baltikyanı dövlətlərdə, QafqazdaOrta Asiyada məskən salmışdılar. 1940-cı illərdə Hitler Almaniyasının (Üçüncü Reyx) faşist siyasəti aparmasına görə Sovet İttifaqının Avropa hissəsində yaşayan almanların əksəriyyəti QazaxıstanaSibirə sürgün edildi. Mərkəzi Avropada yaşayan almanların çoxu isə Almaniyaya köçmək məcbur oldu.

Remove ads

Din

1517-ci ildə başlayan reformasiya almanları dini baxımından bir-birindən ayırdı. Bu gün onların əksəriyyəti ya etirazçı (protestant) ya da aləmi (katolik) məsihiliyə etiqad edir.

İstinadlar

Remove ads

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.

Remove ads