From Wikipedia, the free encyclopedia
Nasional sosializm (alm. Nationalsozialismus) və ya qısaca Nasizm — totalitar[1], ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası[2], 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması[3]; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya[4][5], "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya[6] ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası[7][8][9][10][11][12][13][14][15], Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur.
Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş .ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi[16].
Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Bu ideologiyanın ən məşhur simalarından biri Adolf Hitler olmuşdur. Bu ideologiyanın inkişaf etməsində təkcə Adolf Hitlerin rolu olmamışdır. Bu işdə ona bir sıra şəxslər kömək etmişdirlər.
Onlardan biri də Hitlerin 1920-ci ildən etibarən yaxın münasibətlər qurduğu ən yaxın dostlarından və köməkçilərindən biri olan Rudolf Hessdir. Həmçinin eyni zamanlarda tanış olduğu və məşhur 1923-cü ildə Münhendə təşkil olunmuş pivəxana üsyanı zamanı ona yaxından yardım etmiş olan Ernst Röhm, Herman Görinq və Henrix Himmler Alman Nasional Sosialist Fəhlə Partiyasının təşkilati işlərində mühüm rol oynamışdırlar.
Yozef Gebbelsin 1924-cü ildə partiyaya qatılması ilə partiya sürətli bir şəkildə inkişafa başladı. Ağlı, məntiqi və uzaqgörənliyi ilə heç də Hitlerdən geri qalmayan Gebbels qısa zaman ərzində partiyanın nüfuzunun yüksəlməsində və partiyanın böyüyərək 1933-cü ildə hakimiyyətə gəlməsində əvəzsiz rol oynamışdır.
Bu ideologiyanın anti-semit fikirlərinə və irqçi ideyalarına istiqamət verən şəxs Alfred Rozenberqdir. Son dərəcə olaraq qatı bir Alman irqçisi və milliyətçisi olaraq tanınmış olan Alfred Rozenberqin ən tanınmış işi "Der Mythus Des 20 Jahrhunderts"in ("XX əsrin mifi") və 1919–1933-cü illərdə yazdığı bəzi məqalələrinin toplandığı "Blut und Ehre" ("Qan və Qürur") adlı dörd cildlik əsəri də vardır. Onun görmüş olduğu ən böyük işlər isə 1934-cü ilə qədər fəaliyyət göstərmiş və nasional-sosialist sənət anlayışının təməllərini qoymuş olan Alman Mədəniyyətini Müdafiə Cəmiyyəti və İkinci dünya müharibəsi zamanı ələ keçirilmiş olan Şərq torpaqlarının naziri olmasıdır. O, xristianlığa qarşı barışmaz mövqeyi ilə seçilən və paqan mədəniyyətini yüksəltməyə çalışmış bir nasional-sosialist ideoloqudur. Belə ki, bu şəxs kilsələrin dəyişdirilməsinə, Skandinaviya mifologiyasına aid olan simvol və ritualların yenidən yayılmasına çalışmışdır. Alman irqinə ən böyük düşmən olaraq Semitləri, Rus tatarlarını, Yəhudiləri, Xristianlığı, Latın xalqlarını görmüşdür.
Həmçinin məşhur alman filosofu olan Martin Haydeqqer də bu ideologiyanın ən məşhur simalarından biri olmuşdur. O, "Metafizikaya giriş" adlı əsərində nasional-sosializmi "daxili bir həqiqət və böyüklük" kimi qiymətləndirmişdir. 1953-cü ildə özündən bu nasional-sosializmi tərifləyən sətirləri silməsi tələb edilmişdir, ancaq o, bu tələbi qətiyyətlə rədd etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.