Hellouin (ing. Halloween) — 1978-ci ildə istehsal olunmuş ABŞ filmidir.[5][6] Film 2006-cı ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində[7] mühafizə edilməsinə qərar verilmişdir.[8][9] Filmin rəssam və montajçılarından biri Tommi Li Uollesdir. Tommi Li Uolles 1982-ci ildə filmin ayrıca davamı olan Hellouin 3: İfritələrin vaxtı filminə və 1990-cı ildə ABŞ yazıçısı Stiven Kinqin yazdığı eyniadlı əsəri əsasında çəkilən O filminə rejissorluq etmişdir.
Hellouin | |
---|---|
ing. Halloween | |
Janr | Sleşer filmi |
Əsas mövzu | seriyalı qatil |
Rejissor | Con Karpenter |
Prodüserlər |
Debra Hill İrvin Yablans Mustafa Akkad[1] |
İcraçı prodüser | Mustafa Akkad |
Ssenari müəllifi | Con Karpenter[2] |
Baş rollarda |
Nik Kastl Donald Plezens Ceymi Li Körtis Nensi Kays |
Operator | Din Kandi |
Bəstəkar | Con Karpenter |
Rəssamlar |
Tommi Li Uolles Kreyq Sterns |
Quruluşçu rəssam | Tommi Li Uolles |
Montajçı | Tommi Li Uolles |
İstehsalçı | Falcon International Productions |
Distribütor | Netflix |
İlk baxış tarixi | 25 oktyabr 1978 |
Filmin növü | Qorxu filmi |
Müddət | 101 dəqiqə |
Büdcə | $325 000[3] |
Gəlir | $70 milyon[4] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1978 |
Əvvəlki film | yoxdur |
Sonrakı film | Hellouin 2 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Los-Anceles, Kaliforniya |
IMDb | ID0077651 |
"Hellouin" filmi 1978-ci ildə çəkilmiş və həmin ildə qiymətləndirməylə $300 və ya 325 min[10] büdcə ilə ABŞ-də 47 milyon, dünya ölkələrində isə $60 milyon ABŞ dolları həcmində gəlir əldə etmişdir. Bir müddət sonra filmin gəliri $70 milyona çatmışdır.[11] Beləcə, "Hellouin" filmin ən çox qazanc gətirən müstəqil filmlərdən biri olmuşdur. Filmin əsas ilham mənbəyi ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok tərəfindən çəkilən "Psixo" filmidir. Filmdə göstərilən hadisələr İllinoys ştatının film üçün uydurulan Heddonfild şəhərciyində baş verir.[12] Əslində, Heddonfild adlı şəhərcik Nyu Cersi ştatına mənsubdur.[13][14][15] "Hellouin" filmi[16] bir sıra mükafatlar və nominasiyalara layiq görülmüşdür.[17][18]
Tənqidçilərin sözlərinə görə bu film, qatil ilə tamaşaçı arasında əlaqə yaradaraq sadizm və qadın düşmənliyini təşviq edir.[19] Digər tənqidçilərə görə filmin 1970-ci illərdə Amerikan gənclərinin əxlaqsızlığının ictimai tənqidi olduğunu söyləyirlər.[20] Çünki Maykl Mayersin qurbanlarının çoxu narkotik asılılığından əziyyət çəkir və daha çox şəxsi həyatlarına fikir verən şəxslərdir. Filmin baş qəhrəmanı filmdə günahsız biri olaraq tanıdılmışdır. Lakin səhnələrin birində onun marixuana çəkərkən göstərilir. Filmin rejissoru və ssenaristlərindən biri olan Con Karpenter isə bütün bu fikirləri inkar edir.[21] Onun sözlərinə görə filmin mövzusu həmin vaxtda çəkilən sleşer janrlı filmlərə uyğun variantda hazırlanmışdır.[22]
Filmin əsas şüarı
- «Hiylə sağ qalmaqdır» (ing. «The Trick Is To Stay Alive!»)
Məzmun
1963-cü il, 31 oktyabr. Hellouin bayramının gecəsində İllinoys ştatında yerləşən Heddonfild şəhərciyində altı yaşında Maykl Mayers, on yeddi yaşında bacısı olan Cudit Mayersi dostu ilə əlaqədə görən zaman onu mətbəx bıçağı ilə öldürür. Bir müddət keçəndən sonra ailəsi evə gəlir və onu əlində qanlı bıçaq və huşunu itirmiş halda tapırlar. Maykl, dərhal "Smith's Grove Warren County Sanitarium" adlı xəstəxanaya aparılır. Burada Maykl Mayers uşaq psixoloqu Həkim Sem Lumisin yanında müalicə alır. Müalicədən 15 il keçəndən sonra Lumis, Mayklın içində saf bir pisliyin olduğunu başa düşür və onu yeddi il xəstəxanada qalması üçün onun mühakimə qeydləri ilə məşğul olur. 30 oktyabr 1978-ci il tarixində Maykl Mayers məhkəmədə mühakimə olunur. Lumis və köməkçisi Merion Çembers 21 yaşındakı Mayklı məhkəməyə aparmaq üçün onun müalicə olunduğu xəstəxanaya gəlirlər. Maykl ani hücumla avtomobili ələ keçirir və buradan qaçır. Bu zaman Lumis onu izləməyə başlayır. Həkim Lumis Cudit Mayersin məzarlığına gedir və onun məzar daşının itkin olduğunu öyrənincə, Mayklın evinə geri döndüyünü başa düşür.
İşçi paltarı geyən və maska taxan Maykl Heddonfild şəhərciyində tərk edilmiş vəziyyətdə olan evinə dönür. Maykl burada yaşayan Lori Stroud adlı gənc xanım və onun bir neçə yoldaşını gizlicə izləməyə başlayır. Lori Stroud Mayklı gün boyunca bir neçə dəfə görür və bundan narahatlanır. Bu müddətdə isə Həkim Lumis onun axtarışına düşür. Həmin gününü axşam vaxtı Lori, səkkiz yaşlı Tommi Doylu himayədarlığına götürmüşdü. Bu zaman dostu olan Enni Brekett ilə görüşür. Enni isə az yaşlı Lindsi Uollesi himayədarlığına götürmüşdü.
Bu müddətdə Maykl Mayers Uolles ailəsinin evlərinin pəncərəsindən Ennini izləyir. Enni ardınca dostu Pol ilə görüşmə vaxtı təyin edərək, Lindsi ilə birlikdə Lorinin yanında qalır. Enni avtomobildə olan zaman Maykl arxa oturacaqda peyda olaraq onun boğazını kəsir. Bu zaman az yaşlı Tommi Doyl pəncərədən baxarkən, maskalı şəxsin Enninin cəsədini Uolles ailəsinin evinə daşıyarkən görür və bu barədə Loriyə xəbər verir. Lakin Lori bunun doğru olmadığını söyləyir və Lindsi ilə birlikdə onu yataq otağına aparır.
Lorinin dostlarından biri olan Linda van der Klok həyat yoldaşı Bob Sims ilə Uolles ailəsinin evinə gəlir. Onlar Enninin evdə olmadığını anlayırlar və gecəni burada qalmağa qərar verirlər. Bir müddət sonra Bob mətbəxə gedir. Bu zaman Bob Maykl tərəfindən boğularaq divara mismarlanılır. Yataq otağında olan Linda Loriyə zəng edir. Lakin qəflətən Maykl Mayers peyda olur və telefonun dəstəyinin ipi ilə onu boğaraq öldürür. Bu zaman Lori telefonda Lindanın xırıltı səslərini eşidir və bunun zarafat olduğunu ehtimal edir.
Bir müddət Lori telefondan gələn xırıltı səsləri yada salaraq narahat olur. Bu səbəbdən Lori Uolleslərin evinə gedir. Bu zaman Lori evdə üç cəsəd və Cudit Mayersin itkin məzar daşını tapır. Lori, nərdivanın sonuncu pilləsində dayanarkən, Mayklın hücumuna uğrayır və nərdivanın pillələrinə düşür. Lakin Lori qonşu evə qaçmağı bacarır. Maykl həmin evə daxil olur. Lori onun boynuna hörgü şişi batırır və dərhal evində qalan uşaqları nəzarət etmək üçün yuxarı otağa çıxır. Bu zaman Maykl onu izləməyə başlayır. Lori otağa daxil olaraq uşaqlara qaçmalarını və polis çağırmalarını söyləyərək, şkafda gizlənir. Maykl şkafın qapısını sındırır. Bu zaman Lori paltar asılqanının telini onun gözünə batıraraq, Mayklın əlindəki bıçağını salmasına səbəb olur. Ardından bıçağı onun sinəsinə batırır və Maykl yerə yıxılır. Bu müddətdə Həkim Lumis hadisə yerinə gəlir və Mayklın Loriyə yenidən hücum etdiyini görür. Bu zaman içəri daxil olan Həkim Lumis Maykl Mayersə altı dəfə atəş açır və Maykl balkondan yerə düşür. Həkim Lumis və Lori balkondan aşağı baxdıqları zaman Mayklın cəsədinin yerdə olmadığını görür.
Film heyəti
Hazırlayanlar
|
Rollarda
|
Maraqlı faktlar
- Orijinal filmdə Maykl Mayersin 23 yaşı var. Lakin göstərilən filmin süjetinə görə Maykl 21 yaşındadır.
- Enninin dostu Pol filmdə göstərilmir. Enni onunla telefonda danışan zaman Polun səsini Con Karpenter səsləndirir.
- Maykl Mayers 15 ilini xəstəxanada keçirməsinə baxmayaraq avtomobil sürməyi mükəmməl bacarır. Bu süjetdən filmin remeykini çəkən Rob Zombi[23] imtina etmişdir.
- Tommi Doylun kostyumu Böyük Britaniyanın istehsalı olan və 1975-1977-ci illər ərzində yayımlanan "Kosmos: 1999" (ing. Space: 1999) serialından uniformadır.
- Lorinin otağında əsərlərində simaları maskalı olan şəxsləri təsvir edən Belçika rəssamı Ceyms Ensorun (1860—1949) şəkli vardır.
Hazırlanma
Ərəfə
Karpenterin 1976-cı ildə çəkdiyi "13-cü polis məntəqəsinə hücum" (ing. Assault on Precinct 13) adlı filminin Milan Film Festivalında göstərilməsinidən sonra müstəqil filmlərin prodüserlərindən olan İrvin Yablans və kapitalist Mustafa Akkad, Karpenterlə görüşərək, ondan uşaq baxıcılarını izləyən qatil haqqında film çəkməsini istəmişlər. Yablans, "Fangoria" jurnalına verdiyi müsahbədə belə demişdir: "Qorxu növündə nəyin mənalı olacağını düşünürdüm, istədiyim şey "Şeytan" (1973) filmi ilə eyni təsirə sahib bir film etmək idi." (ing. I was thinking what would make sense in the horror genre, and what I wanted to do was make a picture that had the same impact as "The Exorcist").[24] Karpenter ilk ssenaridə filmə "Dayə qətlləri" (ing. The Babysitter Murders) adı vermişdir. Karpenterin ABŞ-nin həftəlik jurnalı olan Entertainment Weekly" jurnaılan verdiyi müsahibədə, filmə "Hellouin" adını İrvin Yablans vermişdir.
Mustafa Akkad filmin büdcəsi üçün 320 min dollar ayırmışdır. Bundan əvvəl Karpenterin çəkdiyi "13-cü polis məntəqəsinə hücum" filminin büdcəsi isə 100 min idi.[25] Eyni zamanda Akkad, dörd aylıq sıxılmış iş proqramı, aşağı büdcə və Karpenterin film prodüseri olaraq kafi təcrübəsinin olmasından ötrü narahat idi. Akkad "Fangoria" müsahibədə bu sözləri demişdir: "İki şey qərar verməmi təmin etdi. İlkin qərar, Karpenterin mənə hekayəni maraq və gərginlik formaları yaradaraq şifahi şəkildə izah etməsi idi. İkincisi isə mənə hər hansı bir ödəniş istəmədiyini söyləməsi idi. Bu onun bu proyektə inandığını göstərirdi." Karpenter isə filmin ssenarisi və musiqi üçün 10 min dollar ayırmışdır. Karpenter "Fangoria" jurnalına verdiyi müsahibədə "Mən həmin müddətdə işsiz idim, 300 min mənim üçün çox pul idi" (ing. I was unemployed at the time, so I was thinking $300,000 is a lot of money)[26] ifadəsini demişdir.
Büdcənin aşağı olması səbəbindən aktyor və aktrisaların çoxu öz paltarlarını geymişdir. Karpenter istehsal dizaynçısı, sənət rejissoru köməkçi redaktor olaraq tanınan Tommi Li Uollesi filmə dəvət etmişdir. Uolles, "Ulduz Yürüşü" filminin personajlarının birindən olan Kapitan Kirkin maskasını mağazadan 1 dollar 98 sentə alaraq, Maykl Mayersin film boyunca üzündə daşıdığı maskanı hazırlamışdır. Karpenterin xatırladığına görə, Uolles maskanı göy rəngə bənzəyən ağ rənglə rəngləmiş və göz dəliklərini genişlətmişdir. Ayrıca filmin ssenarisində Maykl Mayersin maskasının solğun üz xəttlərinə sahib olduğu bildirilir və maska həqiqətən qorxuducu görkəmə malikdir. Tommi işini bitirdikdən sonra, maska təmamilə yeni görkəm almışdır. Bundan əvvəl Maykl Mayersin bu maskanın əvəzində üzünə Kloun maskasının taxması düşünülmüşdür. Hill isə mövzuyla əlaqədar olaraq aşağıdakı ifadəni əlavə etmişdir: "Fikir, onu haradasa tamamilə duyğusuz və insana həm bənzəyən, həm bənzəməyən solğun bir simaya bənzətmək fikri idi."
"Hellouin" filminin çəkiliş yerləri 1978-ci ilin yazında Kaliforniyaya bağlı "Cənubi Pasadena" (ing. South Pasadena) və Sierra Madredəki qəbristanlıqda 21 gün ərzində çəkilmişdir. Kilsəyə aid tərk edilmiş ev, Mayerslərin evi olaraq bildirilmiş, Hollivuddakı "Sanset Bulvarı" (ing. Sunset Boulevard) yaxınlığıındakı "Narıncı ağaclıq" (ing. Orange Grove) Prospekti isə filmin kulminasiya momenti üçün istifadə edilmişdir. Yaz ayı olduğundan qrup heyəti balkabağı tapmaqda çətinlik yaşamış və süni tökülmüş yarpaqlar bir çox səhnədə istifadə edilmişdir. Çəkiliş bölgəsində yaşayan ailələr də şəkər istəmək səhnələri üçün uşaqlarına Hellouin bayramının kostyumunu geydirmişlər.
"Fangoria" jurnalının 2006-cı ilin avqust ayında çıxdığı buraxılışının bildirdiyinə görə, "Synapse Films" filmin kəsilmiş səhnələrinin mənfi xüsusiyyətlərini nəzərə çarpdıran qutuları əldə etmişdir. 1981-ci ildə olaraq nömrələnildirilən qutulardan birində filmin televiziya versiyası üçün hazırlanmış lazımlı səhnələr vardır. "Synapse" şirkətinin sahibi Don May mövzuyla əlaqədar belə bir şərh etmişdir: "Əlimizdə Karpenterin Hellouin filminə aid istifadə edilməmiş orijinal səhnələr var. Yaxşı ki, Billi [Kirkus], bunları zərər görmədən əvvəl tapa bildi. Əlimizdəki olan kadrlar filmin ən uzun versiyasıdır. Onu hər hansı bir şəkildə nəşr etmək üçün saxlayacağıq. Kirkusun qorxu filmlərin müqəddəs kassasını qurtardığı üçün təbrik edilməsi lazımdır." (ing. "What we've got is pretty much all the unused original camera negative from Carpenter's original Halloween. Luckily, Billy [Kirkus] was able to find this material before it was destroyed. The story on how we got the negative is a long one, but we'll save it for when we're able to showcase the materials in some way. Kirkus should be commended for pretty much saving the Holy Grail of horror films.")[27]. Ardınca Şon Klark tapılan kadrların səssiz çəkildiyini bəyan etmişdir: Biz indicə Şon Klarkdan öyrəndik ki, tapılan kadrlarda, birdənə də olsun barabanın səsi yoxdur, heç kim onu sonuncu redaksiya üçün istifadə etməmişdir" (ing. "We just learned from Sean Clark, long time Halloween genius, that the footage found is just that: footage. There is no sound in any of the reels so far, since none of it was used in the final edit.)[28]
Ssenari
Filmin ssenariyası üç həftə ərzində Con Karpenter və Debra Hill tərəfindən hazırlanmışdır.[29] Bununla əlaqədar olaraq Hill, film üçün hazırlanan "Fangoria" jurnalında belə demişdir: "İrvin Yablans, hər 10 dəqiqədən bir rəhbər ilə aparılan radio şouya bənzəyən ssenariya istəyirdi."[30] (ing. "Yablans wanted the script written like a radio show, with 'boos' every 10 minutes.") Hill ssenarinin üç həftədə tamamlandığını və Hellouin bayramı ilə əlaqədar "Samhain bayramı" kimi Kelt adət-ənənələrindən ilhamlanılaraq yazıldığını açıqlamışdır. Lakin film boyu filmdə Samhai bayramından bəhs edilməmişdir. Hill mövzuyla əlaqədar aşağıdakı ifadələri söyləmişdir:
"...Əsas fikir şəri öldürə bilməməkdir... "Hellouin" bütün ruhların sərbəst qalaraq yaşayanlara zərər verdikləri gecədir, biz də köhnə Samhain fikrinə geri dönmüşdük və ardından nə vaxtsa yaşamış ən pis uşaq haqqında hekayəni fikirləşib tapdıq. Con, daha əvvəl şəhərdə yaşamış şəxs haqqında qaranlıq sirri olan qəsəbənin hekayəsini düşünmüşdü və beləcə, şər geri qayıtmışdır, hansı ki Hellouin hazırlanmışdı."[31][32] Orijinal mətn {{}}
The idea was that you couldn't kill evil... We went back to the old idea of Samhain, that Halloween was the night where all the souls are let out to wreak havoc on the living, and then came up with the story about the most evil kid who ever lived. And when John came up with this fable of a town with a dark secret of someone who once lived there, and now that evil has come back, that's what made Halloween work. |
Hill qadın personajların dialoqlarını yazarkən,[21] Karpenter Lumisin Maykl Mayersin haqqındakı mülahizələrini qələmə almışdır. Ssenariyadakı materialların çoxu Karpenter və Hillin film karyerasınınierin ilk illərindən alınmışdır. Film üçün uydurulmuş Heddonfild qəsəbəsinin adı, Hillin böyüdüyü Nyu Cersi ştatına bağlı eyni adlı qəsəbədən və filmdəki küçə adlarının çoxu Karpenterin nə vaxtsa yaşadığı Kentukki ştatının "Boulinq Qrin" (ing. Bowling Green) şəhərindən alınmışdır. Lori Stroud personajının adı Karpenterin köhnə qız dostunun adı, Maykl Mayers isə Yablans ilə birlikdə "13-cü polis məntəqəsinə hücum" filminin Avropadakı müxtəlif film festivallarında göstərilməsində əməyi keçən ingilis prodüserinin adıdır. Karpenter, Tommi Doyl personajını 1954-cü ildə istehsal olunmuş "Arxa pəncərə" (ing. Rear Window) filmindəki Detektiv Leytenant Tomas J. Doyl (Uendell Cori) personajınən adından götürmüşdür. Həkim Lümis personajı Psixo filmindəki Merion Kreynin (Canet Li) dostu Sem Lumisin (Con Gevin) adından götürülərək,[33] psixoloji filmlərə rejissorluq etməsi ilə məşhur olan ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkoka yad edilmişdir. Şerif Li Brekett personajı isə ssenaristlərdən birinin adından götürülmüşdür.
Heyət seçimi
Filmin oyunçu heyətində təcrübəli aktyor Donald Plezens ilə o vaxtlar hələ tanınmayan Ceymi Li Körtis kimi adlar vardır. Büdcə üzündən filmdə çox məşhur oyunçuya yer verilməmişdir. Oyunçuların çoxu rolları üçün az ödəniş götürmüşdür. Ödənişi ən çox olan Plezensə 20 min dollar, Körtis 8 min dollar və Nik Kastliyə isə gündəlik 25 dollar ödənmişdir. Həkim Sem Lumisin rolu üçün əvvəl Piter Kaşing və Kristofer Liyə təklif edilmiş, lakin ödəniləcək məbləğin az olduğundan edilən təkliflər geri qaytarılmışdır. Bir müddət sonra Kristofer Li Karpenterə karyerasınndəkı ən böyük səhvin bu təklifi qəbul etməmək olduğunu söyləmişdir. Karpenterin üçüncü seçimi olan İngilis aktyoru Plezens, baş rolda oynamağı qəbul etmiş və bu ona böyük uğur gətirmişdir. Plezens ilk öncə Karpentrerin etdiyi təklif üzərində fikirləşmiş və onun qızı "13-cü polis məntəqəsinə hücum" filminə baxdıqdan sonra atasını filmə çəkilməyə irad etmişdir.[34]
Karpenter verdiyi müsahibədə bunları demişdir: "Ceymi Li, Lori üçün ilk seçim deyildi. Kim olduğu haqqında da bir fikirim yox idi. 19 yaşında idi və bir televiziya şousunda iştirak edirdi. Lakin mən televiziya izləməzdim."[35] Karpenter əvvəllər Lori Stroud rolu üçün Enn Lokhartı düşünmüşdür. Lakin Lokhartın iştirak edəcəyi başqa film və televiziya proyektləri var idi. Hill, Körtisin Canet Leyin qızı olduğunu öyrənincə belə demişdir: "Ceymi Linin heyətdə iştirak etməsi film üçün yaxşı bir təqdimat xüsusiyyətində olacaqdı. Çünki anası "Psixo" filmində rol almışdı. "Hellouin" filmi Körtisin oynadığı ilk uzun metrajlı filmdir.[36] Ceymi Li Körtis bu filmə qorxu filmi janrında ideal öldürülən canlı olduğu üçün "Qışqırıq kraliçası" (ing. Scream queen) titulunu qazanmışdır. Digər tanınmayan aktrisa Nensi Kays, Lorinim dostu və Heddonfild qəsəbəsinin şerifi Brekettin qızı Enni Brekett rolundadır. Kays daha əvvəl "13-cü polis məntəqəsinə hücum" filminin baş rollarında iştirak etmişdir. Film çəkilərkən Kays sənət rejissoru Tommi Li Uolles ilə bir dövr görüşmüşdür.[37] Maykl Mayersi canlandıran Nik Kastl, Karpenterin Cənub Kaliforniya Universitetindən olan dostlarından biridir.[38] Filmində ardınca Nik Kastl "Sonuncu ulduz döyüşçüsü" (1984), "Oğlan, hansı ki ucmağı bacarırdı" (1986), "Təhlükəli Dennis" (1993), "Mayor Peyn" (1995) və bir çox məşhur filmlərə rejissorluq etmişdir.
Şerif Li Brekett rolunu Çarlz Sayfers canlandırmışdır. Lorinin dostu olan Linda van der Klok rolunu Pi Cey Soulz ifa etmiş və bu filmə kimi ABŞ yazıçısı Stiven Kinqin eyniadlı əsəri əsasında 1976-cı ildə qorxu filmi janrında çəkilən "Kerri" filmində Norma Uotson rolu ilə tanınırdı. Bob roluna Soulsuz dostlarından biri Dennis Kueyd dəvət olunmuşdur. Lakin Kueyd karyerası ilə əlaqədar filmdə iştirak etməmişdir.[39] Həmin ildə Soulz və Dennis ailə həyatı qurmuşlar (1983-cü ildə boşanıblar). Bu səbəbdən Bob roluna digər aktyor Con Maykl Qrehem dəvət edilmişdir. 10 yaşlı aktrisa Kayl Riçards "13-cü polis məntəqəsinə hücum" filminin aktrisalarından biri olan Kim Riçardsın kiçik bacısıdır[40] və filmdə Lindsi Uolles rolunu canlandırmışdır.
Çəkiliş
Tarixçi Nikolas Rocersə görə film tənqidçiləri Karpenterin çəkilişinin filmə böyük müvəffəqiyyət qazandırdığını iddia etmişdir. Rocer Ebert belə demişdir: "Şiddəti ekrana gətirmək asandır. Çətin olan bunu yaxşı edə bilməkdir. Karpenter qəribə bir şəkildə bacarıqlıdır. Məsələn, inşanın ön planının istifadəsi haqqında. Gərginlik sevənlər bilər, ön plan çox əhəmiyyətlidir..."[41] Cuditin öldürülməsi səhnəsi gecə yarısı çəkilmişdir. Bu səbəbdən Uill Sendin filmin bu səhnə çəkilişinin bitməsinə qədər kənarda idi. Maykl bacısı Cuditi öldürən zaman onun əlləri göstərilir. Bu epizodu Debra Hill canlandırmışdır.
Mövzu dizaynı edilərkən Yablans bu kimi təkliflər gətirmişdir: "Tamaşaçılar heç bir şey görməməlidir. Nəyin onları qorxutduğunu düşünürlərsə, o olmalı." Karpenter Yablansın təklifinə tam mənasıyla uyğun gəlmişdir. Səhnələrin çoxunu Maykl Mayersi görüş nöqtəsindən çəkmiş və tamaşaçını filmə ortaq etmişdir. Bununla birlikdə Karpenter bu üsula yer verən ilk rejissor deyil. Məsələn, "Psixo" filminin ilk səhnəsində "Hellouin" filminə uyöun süjet xətti vardır. Tənqidçi J. P. Telotte, baş personajın gözündən edilən baxışın, tamaşaçıların özlərinin hadisələrin içində kimi hiss etdiklərini ifadə etmişdir.[42][43] Ayrıca Karpenter, filmin ilk səhnələrində istifadə edilən işıqlandırmaları, 1974-cü ildə çəkilən "Çin məhəlləsi" (ing. Chinatown) filmindən ilhamlanaraq istifadə etmişdir.
Filmin mövzusuna görə Maykl Mayers bacısı Cudit Mayersi öldürdüyü üçün cinayətkardır. Bir tənqidçiyə görə qatilin dünyagörüşünü göstərmək üçün istifadə edilən bu mövzu, filmin müvəffəqiyyətində əhəmiyyətli rol oynamışdır. Ayrıca film tamaşaçıları cinayətkarın təcavüzkar baxışını mənimsəməyə dəvət etmişdir. Alfred Xiçkokun 1960-cı ildə çəkdiyi "Psixo" filmində bir qanlı səhnələr vardır. Con Karpenter bu səhnələrdən ilhamlanaraq bu effektləri çəkiləcək filmə əlavə etmişdir. Lakin Debra Hill qanlı səhnələrin göstərilməsinin əleyhinə idi[44]
Yayım
Nümayiş
Film ilk dəfə 25 oktyabr 1978-ci il tarixində Missuri ştatının qərb hissəsində yerləşən Kanzas Siti şəhərində göstərilmişdir. Bir müddət sonra da Çikaqo və Nyu York ştatlarında kino salonlarında göstərilmişdir. Pensilvaniya ştatının Pitsburq şəhərində isə 22 Noyabr 1978-ci il tarixində nümayiş etdirilmişdir.
Film ABŞ-də 47 milyon dollar və dünya ölkələrində 8 milyon dollar qazanaraq cəmdə 55 milyon dollar, bu günə kimi 176 milyon dollar qazanc əldə etmişdir. ABŞ-də kino təqibçiləri sayəsində böyük bir müvəffəqiyyət qazanan "Hellouin" filmi 1979-cu ildən sonra digər ölkələrdə ilk dəfə olaraq göstərilmişdir. Fransa, Böyük Britaniya, Qərbi Almaniya, İtaliya, İsveç, İrlandiya, Hollandiya, Norveç, Portuqaliya, Yuqoslaviya və İslandiya kimi Avropa ölkələrində nümayiş edilmişdir. Filmin giriş icazəsi üçün Qərbi Almaniyaya 750.000, İsveçə 118.606 ödənmiş və İsveçdən 2.298.579 kron gəlir əldə etmişdir. Ayrıca Kanada, Avstraliya, Yaponiya, Meksika, Sinqapur, Peru, Filippin və Argentina kino salonlarında göstərilmişdir. "Hellouin" filmi Avstraliyada 900.000 dollarlıq bir qazanc əldə etmişdir. Bu pul Avstraliyada bir filmin təmin edə biləcəyi kassa hasilatından olduqca yüksəkdir. Honq Konqda isə 450.139 dollar gəlir qazanmışdır.
Film Türkiyədəki kino salonlarında yanvar ayında 1982-ci ildə adının Türkcə qarşılığıyla deyil, "Xarici" adıyla göstərilmişdir.[45] Filmin Türkiyədəki nəşri üçün hazırlanan kino afişasında "dövlət şurası qərarıyla" lisenziyası əlavə olunmuşdur. Türkiyədəki yaradılan idarə məhkəmələri 1970-ci illərdən etibarən qanunsuz filmlərin filmlərin göstərilməsini qadağan etmişdir. O dövrlərdə idarə məhkəmələri hələ qurulmadığı üçün kino işçiləri birbaşa olaraq "Danıştay" şurasına müraciət etmişlər, filmlər də dövlət şurasının idarəsindən keçdikdən sonra bu lisenziya ilə nəşr edilmişdir.[46]
Televiziya
1980-ci ildə "Hellouin" filmini televiziyada göstərilməsi hüququnu alamq üçün NBC kanalına 4 milyon dollar cəhmin satılmışdır. Senzura haqqında edilən Karpenter, Hill və NBC-in Standartlar və Tətbiqlər üzrə müəssisəsi arasındakı görüşmədən sonra film ilk dəfə televiziyada göstərilmişdir. Orijinal filmin davam etmə müddəti 87 dəqiqə olmasına baxmayaraq televiziyada bu müddət 101 dəqiqədir. Film Türkiyədə də kinolardan sonra televiziya ekranlarına gəlmişdir. Xüsusilə, 1990-cı illərin ortalarında tez-tez nəşr olunmuş, bu vəziyyət haqqında tənqidçi Sina Koloğlu "Milliyyət" qəzetindəki "Hellouin" filminin reytinqi adlı hissəsində 26 oktyabr 1996-cı ildə qələmə aldığı "Bu şiddət qarşılıqlı" başlıqlı yazısında belə bir şərh vermişdir: "Səhər oyanar oyanmaz xətt film izləmə ümidi ilə düyməni basan kiçiklər, qarşılarında gecə yarısı göstəriləcək "Hellouin" filminin (təsir edici bir qorxu filmi) ən azğın səhnələrini gördükləri zaman şiddəti, səhər naharının niyyətini etmirlərmi?" (türk. "Sabah uyanır uyanmaz çizgi film izleme umudu ile düğmeye basan küçükler, karşılarında geceyarısı yayınlanacak Halloween'in (etkileyici bir korku filmi) en sapkın sahnelerini gördüklerinde şiddeti, sabah kahvaltısı niyetine yapmıyorlar mı?)[47]
Filmdə göstərilən bir sıra qətllər NBC kanalında göstərilməmişdir.[48] 2001-ci ildə "Anchor Bay" tərəfindən "Halloween: Extended Version" adlı televiziya versiyasını istehsal etmişdir. Filmin televiziya versiyası üçün bir sıra yeni çəkilmiş səhnələr vardır. "Hellouin 2" filminin istehsalı mərhələsindəykən ilk filmə Con Karpenter və Debra Hill tərəfindən çəkilən dörd yeni səhnə əlavə edilmişdir. Bu səhnələr aşağıdakılardır:
- Birinci səhnə: Həkim Lumis "Smith's Grove Sanitarium" xəstəxanasında olarkən Mayklın bura göndərilməsin əleyhinə idi. Çünki onun sözlərinə görə xəstəxana Maykl kimi şəxslərin saxlaması üçün tam hazır deyildi.
- İkinci səhnə: Həkim Lumis "Smith's Grove Sanitarium" xəstəxananın heyətiylə görüşər və bu xəstəxanada 6 yaşındakı Maykl Mayers (bu səhnədə Maykl rolunu canlandıran Adam Hann "Hellouin 2" filmində göstərilən gənc Mayklı yenidən canlandırmışdır) ilə danışaraq ona "Onları aldatdın, elə deyilmi Maykl? Amma məni deyil" ifadəsini deyir. Maykl isə cavab vermir və sakitcə pəncərəyə baxır.
- Üçüncü səhnə: Maykl Mayers qaçan zaman digər xəstəxana heyətlərini azad edir. Bunu eşidən Həkim Lumis, Maykl qaçdıqdan sonra xəstəxanada tibb bacılarından birinə "O harada yazdı" ifadəsini deyir və cavabında tibb bacısı ona qapının iç tərəfindəki "bacı" sözü göstərir.
- Dördüncü səhnə: Linda, Lori evi tərk etməmişdən əvvəl Lorinin evinə onun ipək blyuzunu borc almaq üçün gəlir. Bu zaman Enni də eyni blyuzu almaq üçün telefonla zəng edir. Göstərilən səhnədə Lorinin saçları dəsmalla sarılmışdır. Bunun səbəbi isə aktrisanın saçlarının 1978-ci ildəki halından daha qısa olmasıdır.
İstehsalı
"Hellouin" filmi VHS, lazer disk, DVD, UMD və Blu-Ray HD formatlarında istehsal edilmişdir. VHS kasetinin çıxdığı ilk buraxılışında, ABŞ-də kasetlərin sığortalaya götürülməsindən 18.500.000 dollar qazanılmışdır. VHS versiyasını bazara çıxaran ilk şirkət Media Home Entertainment şirkətidir.[49] "Anchor Bay Entertainment" filmin bərpa edilmiş versiyasını VHS və DVD olaraq nəşr etmişdir.[50] 2007-ci ildə nəşr etdiyi "Hellouin" filminin görünüş və səs keyfiyyəti yüksəldilmişdir. 2008-ci ildə filmin "30-cu İllik yubiley yığım" (ing. 30th Anniversary commemorative set) buraxılışında əlavə çəkilən səhnələr qeyd edilmiş və "Terrorun 25 ili" (ing. 25 Years of Terror) adı altında Hellouin 4: Maykl Mayersin qayıdışı və Hellouin 5: Maykl Mayersin qisası seriyaları haqqında sənədli film göstərilmişdir.
2007-ci ildə film ilk dəfə Blu-Ray formatında satışa təqdim edilmişdir.[51] Filmin bu distributivi də bərpa edilmiş vəziyyətdədir. Daha əvvəl çıxarılan DVD versiyasının inkişaf etdirilmiş halı olmasına qarşı "Divimax", 2003-cü ildə filmin "25 il lik buraxılış" (ing. 25th Anniversary edition) üçün hazırladığı cüt disklik DVD-də daha çox rəğbət görmüşdür. Bunun başlıca səbəblərindən biri "Divimax" məhsulunun daha çox bonus xüsusiyyətlərə sahib olmasıdır. Cüt disklik distributivdə "Halloween: A Cut Above the Rest" adlı sənədli ilə Karpenter, Hill və Körtisin müsahibələrinə yer verilir. 2013-cü ildə "Hellouin" filminin "35-ci ildönümü" (ing. 35th anniversary) buraxılışında[52] "Ən yaxşı Klassik Film Buraxılışı" kateqoriyasına görə Saturn mükafatına layiq görülmüşdür.[53]
Türkiyədə filmin video kaseti mərkəzi İstanbulun "Maslak" və "Gayrettepe" səmtlərində olan "Video Market" şirkəti tərəfindən "Qorxu gecəsi" adıyla çıxmışdır. Filmin 2001-ci ildə "Palermo" və "Pinema" şirkətlərin tərəfindən "Cadugərlər bayramı" adıyla "Video Compact Disk" formatında çıxarılmışdır. "Video Compact Disk" formatı qabının üzərində film üçün hazırlanan təqdimat afişaları yerinə, seriyanın 1996-cı il tarixli "Ölüm qışqırığı" (ing. REC) filminin posteri vardır.
Təsir
"Hellouin" filmi 2006-cı ildə Konqres Kitabxanası tərəfindən ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Çünki Konqres Kitabxanasına görə bu film dövrünün qorxu janrında çəkilmiş ən yaxşı filmlərindən biri idi. Xüsusilə, Con Karpenterin filmin hazırlanmasına böyük rolu olmuşdur. "Hellouin" filmi bir çox sleşer və qorxu janrında çəkilən filmlərə mühüm təsir etmişdir. Bu filmə kimi sleşer janrında çəkilən ən məşhur filmlərdən biri 1974-cü ildə Bob Klark tərəfindən çəkilmiş "Qara Yeni il" filmi sayılırdı. Con Karpenter bu filmə dəfələrlə izləmiş və gələcəkdə çəkəcəyi filmi üçün bir sıra motivləri bu filmdən götürmüşdür. ABŞ-nin və dünyanın ən böyük İnternet xidmət provayderi olan "AOL" şirkəti "Helouin" filmini "dövrün ən əsrarəngiz qorxu filmi" adlandırmışdır.[54]
"Hellouin" filminin uğurundan sonra 1980-1990-cı illərdə sleşer janrlı filmlərin sayı artmağa başladı. Cümə, ayın 13-ü və Qarağac küçəsində qarabasma kimi filmlər dövrünün sleşer və qorxu filmi janrında çəkilən ən məşhur filmlər sırasında idi. "Hellouin" filmin əsas motivlərindən biri də manyakın qız tərəfindən məğlub edilməsi idi. Lori nə alkoqol, nə də narkotik qəbul edirdi. Lakin səhnələrin birində Ceymi Li Körtisin marixuana çəkməsi göstərilir. Bu isə "Qarağac küçəsində qarabasma" filmi ilə tanınan məşhur ABŞ rejissoru Ues Kreyven tərəfindən 1996-cı ildə çəkilən Qışqırıq filminin səhnələrin birində göstərilir. Bu tipli səhnələr isə Çox qorxulu kino filmində dəfələrlə parodiya edilir. Sleşer janrı sadizmi təsvir etdiyi üçün bir çox tənqidçilər tərəfindən mənfi rəy toplamışdır.[55]
Tənqid
1980-cı illərin sonu ilə 1990-cı illərin əvvəllərində bəzi tənqidçilər, filmin zamanla sadizm və qadın düşmənliyinə çevrildiyini, düşündükləri "sleşer" növünün yaranmasında rolu böyük olduğu üçün filmi günahlandırmışlar.[56] "Hellouin" və digər sleşer janrlı filmlərinə, istiqamətli tənqidlərin çoxu postmodern akademik seqmentdən gəlmişdir. Tarixçi Nikolas Rocersə (ing. Nicholas Rogers) görə bəzi feminist tənqidçilər, "Hellouin" filmində "Hardkor pornoqrafik" janrında çəkilən filmlərdə olduğu kimi qadınlar qəti bir şəkildə alçaldıldığı üçün bu filmdən etibarən sleşer filmlərini izləməyə başlamışlar. Con Kenne Muir və bəzi tənqidçilər, Lori Stroud kimi qadın personajların yaxşı bir plan qurduqlarından və ya bacarıqlı olduqlarından deyil, sadəcə, bəxtli olduqlarından ötəri xilas olduqlarını etiraf etmişdir. Stroud filmin davam hissəsində də olduğu kimi filmin sonunda Həkim Lümis tərəfindən xilas edilmişdir. Bir tərəfdən, Kerol Cey Klover (ing. Carol J. Clover) kimi bəzi feminist alimlər, sleşer filmlərində çoxlu qadın personajlarının təsvir edildiyini bildirmişdir.[57] Digər tənqidçilər, "Hellouin" və davam filmlərində daha dərin bir ictimai tənqidin olduğunu düşünməkdədir. Verə Tikeyə görə 1980-cı illərin filmləri Reagan Amerikasında yaşayan mühafizəkar ailə dəyərləri müdafiəçilərinə xitab etməkdədir. Toni Uilyams (ing. Tony Williams) Maykl Mayers və digər sleşer qatillərinin 1960-cı ildə uşaqların içki düşkünlüyü altında cinayət törətdiyini etiraf etmişdir.[58][59]
Saundtrek
"Hellouin" filminin saundtrek müəllifi Con Karpenterdir. Tənqidçilərdən biri olan Ceyms Berardinelli filmin saundtreklərini "nisbətən sadə və sadəlövh" adlandırır, lakin eyni zamanda "film musiqisinin onun ən güclü aktivlərindən biri" olaraq hesab edir (ing. Despite being relatively simple and unsophisticated, Halloween's music is one of its strongest assets).[60] Filmin səhnələrində adsız iki musiqi səsləndirilir.[61] Bu musiqilər Con Karpenter və onun dostları tərəfindən yaradılmış "The Coupe DeVilles" qrupu tərəfindən ifa edilir. "(Qorxmayın) Biçinçi" (ing. (Don't Fear) The Reaper) adlı musiqi isə klassik ABŞ rok qrupu olan "Blue Öyster Cult" tərəfindən ifa edilmiş və filmdə səsləndirilmişdir. Bu mahnı Lori və Enni avtomobil ilə getdikləri zaman radioda səsləndirilir. Lakin bu mahnı filmin orijinal saundtreklərinə daxil deyildi və bu səbbədən 1980-cı illərdə film üçün istehsal edilən saundtrek buraxılışlarıdna daxil edilməmişdi.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Halloween Theme Main Title" | |
2. | "Laurie's Theme" | |
3. | "Shape Escapes" | |
4. | "Myers' House" | |
5. | "Michael Kills Judith" | |
6. | "Loomis and Shape's Car" | |
7. | "The Haunted House" | |
8. | "The Shape Lurks" | |
9. | "Laurie Knows" | |
10. | "Better Check the Kids" | |
11. | "The Shape Stalks" |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Halloween Theme" | |
2. | "Halloween 1963" | |
3. | "The Evil Is Gone!" | |
4. | "Halloween 1978" | |
5. | "The Boogieman Is Coming" | |
6. | "The Shape" | |
7. | "The Hedge" | |
8. | "He Came Home" | |
9. | "Trick or Treat" | |
10. | "The Haunted House" | |
11. | "The Devil's Eyes" | |
12. | "The Boogieman Is Outside" | |
13. | "Damn You for Letting Him Go!" | |
14. | "Empty Street" | |
15. | "See Anything You Like?" | |
16. | "Lock the Door" | |
17. | "He's Here?" | |
18. | "Light's Out" | |
19. | "Cut It Out" | |
20. | "Tombstone" | |
21. | "The Shape Stalks Laurie" | |
22. | "Turn Around" | |
23. | "Lock the Door" | |
24. | "The Hanger" | |
25. | "Call the Police" | |
26. | "Last Assault" | |
27. | "Was That the Boogieman?" | |
28. | "End Credits/Halloween Theme (Reprise)" |
Filmin saundtreklərinin əsas janrı fortepiano melodiyası stilindədir və "108 musiqi takt" ölçüsünün 5/4 "kompleks metr" formasında yazılmışdır. Con Karpenter saundtrekləri hazırlayan zaman San-Xose Universitetində professor vəzifəsində çalışan Dan Ueyman (ing. Dan Wyman) ilə əməkdaşlıq etmişdir. Həmçinin, filmin titrlərində mövcud olmayan "Boulinq Qrin filarmonik orkestr" heyəti göstərilir. "Hellouin" filminin saundtrekləri ilk dəfə olaraq 1983-cü ilin oktyabr tarixində "Varese Sarabande Records" leyblı tərəfindən istehsal edilmişdir. Kompakt disk üçün 1985-ci ildə hazırlanmış və rəsmi olaraq 1990-cı ildə göstərilmişdi. 2000-ci ildə isə filmin saundtrekləri yenidən kompakt disklər üçün buraxılmışdı.
Mükafatlar və nominasiyalar
- 1979: Saturn mükafatı: Ən yaxşı qorxu filmi (nominasiya). Film bu mükafata layiq görülsə də, həmin mükafatı Böyük Britaniyanın "Hörmə adam" (1973) filmi qazanmışdır.[62]
- 1979: Los Anceles Tənqidçilər Assosiasiyasının tənqidçilər mükafatı: Con Karpenter (nominasiya)[63]
- 1979: Avoriaz Fantastik Film Festivalı: «Tənqidçi mükafatı».[64]
Ölkələrdə çıxış tarixi və adı
Ölkə | Çıxış tarixi | Adı | Dil | Qeydlər | |||||||||||||||
ABŞ | oktyabr 1978 | Halloween | İngilis dili | Chicago International Film Festival | |||||||||||||||
ABŞ | 25 oktyabr 1978 | John Carpenter's Halloween (tam adı) | İngilis dili | ||||||||||||||||
Argentina | 16 noyabr 1978 | Halloween | İspan dili | ||||||||||||||||
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} | yanvar 1979 | Halloween | İngilis dili | |
Fransa | 14 mart 1979 | La nuit des masques | Fransız dili | ||||||||||||||||
Danimarka | 20 aprel 1979 | Maskernes nat | Danimarka dili | ||||||||||||||||
Avstraliya | 1 iyun 1979 | Halloween | İngilis dili | ||||||||||||||||
İtaliya | 22 iyun 1979 | Halloween — La notte delle streghe | İtalyan dili | ||||||||||||||||
AFR | 6 iyul 1979 | Halloween — Die Nacht des Grauens | Alman dili | ||||||||||||||||
Finlandiya | 13 iyul 1979 | Halloween — naamioiden yö | Fin dili | ||||||||||||||||
İsveç | 6 avqust 1979 | Alla helgons blodiga natt | İsveç dili | ||||||||||||||||
Yaponiya | 11 avqust 1979 | Halloween | Yapon dili | ||||||||||||||||
Honkonq | 21 sentyabr 1979 | Halloween | Çin dili | ||||||||||||||||
Kolumbiya | 11 oktyabr 1979 | La noche de Halloween | İspan dili | ||||||||||||||||
İspaniya | 28 oktyabr 1979 | La noche de Halloween | İspan dili | ||||||||||||||||
Portuqaliya | 16 noyabr 1979 | Halloween — O Regresso do Mal | Portuqal dili | ||||||||||||||||
Şri Lanka | 25 noyabr 1979 | Halloween | Sinhal dili | ||||||||||||||||
Cənubi Koreya | 6 dekabr 1979 | Halloween | Koreya dili | ||||||||||||||||
Hindistan | 10 dekabr 1979 | Halloween: Kilara Ke Raat | Hind dili | ||||||||||||||||
SSRİ | 11 dekabr 1979 | Хэллоуин | Rus dili | ||||||||||||||||
Meksika | 25 dekabr 1979 | Halloween | İspan dili | ||||||||||||||||
Seyşel adaları | 25 dekabr 1979 | Halloween | Seyşel Kreol dili | ||||||||||||||||
Tailand | 25 dekabr 1979 | Halloween | Tay dili | ||||||||||||||||
Sinqapur | 13 yanvar 1980 | Halloween | İngilis dili | ||||||||||||||||
Norveç | 22 yanvar 1980 | Halloween | Norveç dili | ||||||||||||||||
Braziliya | 17 may 1980 | Halloween — A Noite do Terror | Portuqal dili | ||||||||||||||||
Filippin | 21 oktyabr 1980 | Halloween | Filippin dili | Davao | |||||||||||||||
Banqladeş | 12 iyun 1981 | Halloween | Benqal dili | ||||||||||||||||
Türkiyə | noyabr 1981 | Yabanci | Türk dili | ||||||||||||||||
ADR | 15 noyabr 1987 | Halloween — Die Nacht des Grauens | Alman dili | ||||||||||||||||
Macarıstan | 6 noyabr 1989 | Halloween — A rémület éjszakája | Macar dili | ||||||||||||||||
Fransa | yanvar 1999 | La nuit des masques | Fransız dili | Travelling Festival de Cinema de Rennes | |||||||||||||||
Fransa | 27 oktyabr 1999 | Halloween (yeni) | Fransız dili | təkrar | |||||||||||||||
İtaliya | noyabr 1999 | Halloween — La notte delle streghe | İtalyan dili | Turin Film Festival | |||||||||||||||
Niderland | 3 may 2000 | Halloween | Holland dili | təkrar | |||||||||||||||
Polşa | 13 iyul 2002 | Halloween | Polyak dili | TV premyera | |||||||||||||||
Yunanıstan | 31 iyul 2002 | I nyhta me tis maskes | Yunan dili | DVD premyera | |||||||||||||||
ABŞ | 25 oktyabr 2012 | The Babysitter Murders (yeni) | İngilis dili | təkrar (limit) | |||||||||||||||
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} | 26 oktyabr 2012 | Halloween | İngilis dili | təkrar |
İspaniya | 30 avqust 2013 | La noche de Halloween | İspan dili | təkrar | |||||||||||||||
Peru | 24 oktyabr 2013 | La noche de Halloween | İspan dili | təkrar | |||||||||||||||
Kanada | Rəsmi çıxış tarixi yoxdur | La nuit des masques | Fransız dili | ||||||||||||||||
Rusiya | Rəsmi çıxış tarixi yoxdur | Хеллоуин | Rus dili | ||||||||||||||||
Avstriya | Rəsmi çıxış tarixi yoxdur | Halloween | Alman dili | ||||||||||||||||
Çexiya | Rəsmi çıxış tarixi yoxdur | Predvecer svátku Vsech svatých | Çex dili | ||||||||||||||||
Xorvatiya | Rəsmi çıxış tarixi yoxdur | Noć vještica | Xorvat dili | ||||||||||||||||
Serbiya | Rəsmi çıxış tarixi yoxdur | Noć veštica | Serb dili |
Uyğunlaşdırmalar
Filmin Körtis Riçards tərəfindən[65] roman janrında yazılmış kitabı 1979-cu ildə "Bantam Books" nəşriyyatı tərəfindən "Hellouin" adıyla nümayiş olunmuşdur. Kitabın ikinci nəşri 1982-ci ildə baş tutmuş, lakin bir müddət sonra bu nəşr tükənmişdir. Romanda Samhain lənətinin mənşələri və Maykl Mayersin "Smith's Grove Sanitarium" xəstəxanasındakı həyatı kimi filmdə göstərilməyən hadisələrə təsvir olunmuşdur. Kitabın başlanğıcı belədir:
"Dəhşət, Kelt irqinin doğuşu əsnasında Şimal İrlandiyadakı səsli bir vadidə Samhain gecəsində başladı. Bir dəfə başladı böyük şiddətlə birdən və tez vəhşilik yaradaraq dünyanı sonsuza qədər idarəsinə götürdü".[66] Orijinal mətn {{}}
The horror started on the eve of Samhain, in a foggy vale in northern Ireland, at the dawn of the Celtic race. And once started, it trod the earth forevermore, wreaking its savagery suddenly, swiftly, and with incredible ferocity. |
1983-cü ildə "Hellouin" filminin əsasında "Wizard Video" tərəfindən Atari 2600 konsolu üçün videooyunu yaradılmışdır. Oyundakı personajların hamısı adsızdır. Məqsəd gənc dayəni idarə edərək adsız əli bıçaqlı bir qatildən mümkün olduğu qədər uşaqları qurtarmaqdır. Oyun kafi rəğbəti görməmişdir. Bir çox Atari 2600 konsol oyunlarında olduğu kimi bu oyunun qrafikləri olduqca sadədir. Bu müddətdə puldan qənaət etmək üçün kasetlərin üzərinə təqdimat etiketi qoyulmamış, yalnız "Hellouin" yazılı bir lent əlavə olunmuşdur. Ayrıca oyun filmdən daha çox şiddət ehtiva etməkdədir. Nümunə olaraq dayə öldürülən zaman başı itər və boyundan qan fışqırar. Oyunun filmə olan bənzərliklərindən biri isə oyunda, qatil meydana çıxdığı anda filmdən əsas musiqinin səslənməsidir.[67][68]
Filmin seriyaları
"Hellouin" filminin çəkilməsindən sonra davam olaraq bir çox seriyalar çəkilmişdir. Bu filmlərdən ssenarisi Karpenter və Hill tərəfindən yazılan "Hellouin 2" (1981) filmi ilk seriyanın mövzusunu davam etdirir. Bu seriyada hekayə tam olaraq sona çatır. "Hellouin 2" seriyası 1981-ci ilin ən çox qazanc əldə edən filmlərdən birinə çevrilmişdir. Seriyaların digər hissələrinə rejissorluq etmək istəməyən Karpenter, filmin mövzusu ilə əlaqəsiz olan "Hellouin 3: İfritələrin vaxtı" (1982) filminin prodüserlərindən biri olmuşdur. Ayrıca olaraq Con Karpenter, Alan Hovart ilə birlikdə ikinci və üçüncü filmlərin musiqilərini hazırlamışdır.
Filmin davam hissələri daha çox şiddət ehtiva edir. Bu da tənqidçilərin mənfi rəylərinə səbəb olmuşdur. Davam hissələrinin büdcələri ilk orijinal filmlərdən fərqli olaraq daha çoxdur. Kapitalist Mustafa Akkad filmin digər seriyaları ilə yaxından maraqlanmış, 9 noyabr 2005-ci ildə İordaniyanın paytaxtı Ammanda baş vermiş terror aktında qızı Rima Akkad Monla ilə bərabər[69] intihar etməsinə kimi filmin bütün seriyalarına administrativ prodüserliyini öz üzərinə götürmüşdür.[70] Filmin "Hellouin 3: İfritələrin vaxtı" seriyasından başqa bütün davam filmləri Maykl Mayers personajı və Samhayn təması üzrə hazırlanmışdır. 2007-ci ildə ilk dəfə olaraq Rob Zombi tərəfindən "Hellouin" filminin remeyki çəkilir.[71] Filmin büdcəsi 15 milyon dollardır və bu baxımdan orijinal filmin büdcəsini üstələyir. Bu film kino salonlarında uğur qazanmış və böyük gəlir əldə etmişdir.
İl | Filmlər | Rejissor | Büdcə | Gəlir |
---|---|---|---|---|
1978 | Hellouin | Con Karpenter | $325,000 | $70,000,000 |
1981 | Hellouin 2 | Rik Rozental | $2.5 000,000 | $25,533,81 |
1982 | Hellouin 3: İfritələrin vaxtı | Tommi Li Uolles | $2.5 000,000 | $14,400,000 |
1988 | Hellouin 4: Maykl Mayersin qayıdışı | Duayt H. Littl | $5,000,000 | $17,768,757 |
1989 | Hellouin 5: Maykl Mayersin qisası | Dominik Otenin-Jirard | $3,000,000 | $11,642,254 |
1995 | Hellouin 6: Maykl Mayersin lənəti | Coe Çappelle | $5,000,000 | $15,116,634 |
1998 | Hellouin: 20 ildən sonra | Stiv Miner | $17,000,000 | $73,000,000 |
2002 | Hellouin: Dirilmə | Rik Rozental | $13,000,000 | $37,664,855 |
2007 | Hellouin | Rob Zombi | $15,000,000 | $78 469 884 |
2009 | Hellouin 2 | Rob Zombi | $15,000,000 | $39,421,467 |
Ədəbiyyat
Xüsusi
- John Carpenter, Debra Hill: Halloween. A Screenplay. Script City, Hollywood 1978(?).
- John Carpenter, Debra Hill, Curtis Richards: Halloween. A Novel. Bantam, New York 1979, ISBN 0-553-13226-1, Bantam, New York 1982, ISBN 0-553-26296-3.
- Curtis Richards: Halloween. Der Original-Schocker von John Carpenter. (Originaltitel: Halloween). Deutsch von Wolfgang Crass. Heyne unheimliche Bücher, Nr. 21. Heyne, München 1985, ISBN 3-453-44075-7.
Digər
- Badley, Linda (1995). Film, Horror, and the Body Fantastic. Westport, Connecticut, United States: Greenwood Press. ISBN 0-313-27523-8.
- Baird, Robert (Spring 2000). "The Startle Effect: Implications for Spectator Cognition and Media Theory". Film Quarterly 3 (53): 12–24.
- Noël, Carroll (Autumn 1987). "The Nature of Horror". Journal of Aesthetics and Art Criticism 1 (46): 51–59.
- Cumbow, Robert C. (2000). Order in the Universe: The Films of John Carpenter (2nd ed.). Scarcrow Press. ISBN 0-8108-3719-6.
- Johnson, Kenneth. "The Point of View of the Wandering Camera". Cinema Journal 2 (32, Winter 1993): 49–56.
- King, Stephen (1981). Danse Macabre. New York: Berkley Books. ISBN 0-425-10433-8.
- Prince, Stephen (2004). The Horror Film. New Brunswick, New Jersey, United States: Rutgers University Press. ISBN 0-8135-3363-5.
- Schneider, Steven Jay (2004). Horror Film and Psychoanalysis: Freud's Worst Nightmare. Cambridge: Cambridge University Press. ISBN 0-521-82521-0.
- Williams, Tony (1996). Hearths of Darkness: The Family in the American Horror Film. Rutherford, New Jersey, United States: Fairleigh Dickinson University Press. ISBN 0-8386-3564-4.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.