Qərbi Avropada konstusiyalı monarxiya ölkə From Wikipedia, the free encyclopedia
Niderland[qeydlər 1] və ya Hollandiya (nid. Koninkrijk der Nederlanden), köhnə qaynaqlarda Fələməng[5][6] — Qərbi Avropada dövlət. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km).
Niderland | |||||
---|---|---|---|---|---|
Koninkrijk der Nederlanden | |||||
| |||||
"Je maintiendrai" (fr.) "Ik zal handhaven" (nid.) "Mən qoruyacağam" |
|||||
Himn:
"Het Wilhelmus" |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elanı | 26 iyul 1581 | ||||
• Müstəqilliyin tanınması | 30 yanvar 1648 | ||||
• Aİ-yə qəbul | 25 mart 1957 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Amsterdam | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Monarx | Kral Villem-Aleksander [30.IV.2013] | ||||
Baş nazir | Dick Schoof [2.VII.2024] | ||||
Sahəsi | Dünyada 134-cü | ||||
• Ümumi | 41,543 km² | ||||
• Su sahəsi (%) | 18.41 | ||||
Əhalisi | |||||
• Əhali | 17,896,600[2] nəfər (67-ci) | ||||
• Siyahıyaalma (2011) | 16,655,799 nəf. | ||||
• Sıxlıq | 520 nəf./km² (16-cı) | ||||
• Ümumi | 1.011.798.853.062 $[3], 991.114.635.529 $[3] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $1.290 trilyon[4] dollar (28-ci) | ||||
• Adambaşına | ▲ $69,715 dollar (12-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $1.080 trilyon dollar (17-ci) | ||||
• Adambaşına | ▲ $61,098 dollar (10-cu) | ||||
İİİ (2021) | 0.941 (artım; 10-cu) | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .nl | ||||
BOK kodu | NED | ||||
Telefon kodu | +31 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Paytaxtı – Amsterdam, hökumətin iqamətgahı – Haaqa şəhəridir.
Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir.
Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir.
"Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderland Hollandiya adlandırılır. Bu adın ölkə üçün istifadə edilməsi düzgün deyil, ölkənin 12 inzibati bölgəsindən ikisi Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya.
Hollandiya adı əslində yalnız ölkənin şimal-qərb qisimindən Birləşmiş Hollandiya Krallığının ən əhəmiyyətli əyaləti olan Hollandiya Əyalətindən gəlməkdədir. qısaca Hollandiya olaraq adlandırılmaqdadır. XIX əsrin ikinci yarısından etibarən bu əyalət iki əyalətə bölünmüş vəziyyətdədir: Şimal Hollandiya (Paytaxt: Haarlem) və Cənub Hollandiya (Paytaxt: Den Haag). Hollandiya tərəfindən də "Hollandiya" ifadəsi yalnız bu iki əyalət üçün istifadə edilir. Bunun xaricində "Hollandiya" daha çox, insanların özlərini təyin etdikləri lağlağı bir addır. Hollandiyanın xaricindəki ölkələrdə Hollandiyalılar ümumiyyətlə "Hollandiyalı" olaraq adlandırılarlar və Hollandiya turizim sənayesi və digər sənayelər də ölkələrini "Hollandiya" olaraq satışa çıxarmaqdadırlar (həm İngiliscədə, həm də Almancada). Hollandiya əyalətindən gəlməyən Hollandiyalılar, adı verən bölgə olan Hollandiyanın ölkənin geri qalan hissələrində hər kəs tərəfindən sevilmədiyi üçün, "Nederland" üçün "Hollandiya" adına və "Nederlander" üçün "Hollandiyalı" adına müəyyən bir antipatiya bəsləməkdədirlər. İngiliscə "Dutch" adı, "duutsc" kimi Orta Hollandiya formalarından ortaya çıxmışdır. "duutcs" və "dietsc" kimi Orta Hollandiya formaları xalq arasında danışılan ləhcələrin adlarıdır və bu ləhcələrin, rəhbərliyin, elmin və kilsənin dili olan Latıncadan ayırd edilməsinə yaramışlar. "Dutch" və "duutsc" formaları Almanca bir söz olan "deutsch" ilə əlaqəlidir, eyni mənşədən gəlir. 2019-cu ildə Niderland hökuməti "Hollandiya" adından tamamilə imtina edilməsi barədə qərar qəbul edib. Qərar 2019-cu ilin sonuna kimi qüvvəyə minəcək.
Niderland inqilabı gedişində Utrext Birliyinə bağlı Şimal Hollandiya əyalətləri (Cənub Hollandiya, Zeeland, Utrext, Gelderland, Overijssel, Groningen və Friesland) 26 iyul 1581-ci ildə İspaniya kralı II Filipdən müstəqilliklərini elan etdilər.
Sürətlə inkişaf edən Hollandiya artıq 1600-cü ildə 10.000 gəmiyə malik idi və bütün XVII əsrdə onlar Şimali Avropa donanmasının böyük hissəsini təşkil edirdilər. Onlar İspaniya, Fransa, İngiltərə və Baltik dənizi arasında mal daşıyanlar idilər. Fransa limanları arasındakı yük daşımalarının çoxu hollandların əlində idi. Onlar şərab almaq üçün Bordoda məskən salmışdılar, üzümçülərə borc pul verirdilər və tezliklə Fransanın özündə çoxlu üzüm plantasiylarına sahib oldular. Hollandlar Şpitsbergen ətrafındakı suları tədqiq etmişdilər və demək olar ki, Arktika balina ovunu öz inhisarına almışdılar. Holland gəmiləri Cənubi Amerika yolu ilə Sakit okeana daxil olmuşdular, burada Buynuz körfəzini keçib onu holland dilində Hoorn adlandırmışdılar. 1602-ci ildə Ost-İndiya şirkətini yaradaraq onların tacirləri Hindistanda və uzaq şərqdə getdikcə daha artıq qaydada portuqaliyalıların yerini tutdular. 1619-cu ildə hollandlar Yava adasında Hollandiyanın latın adı olan Bataviya şəhərini saldılar. Ədviyyat adalarında tapdıqları ingilisləri əzab verərək öldürdükdən sonra hollandlar İndoneziyada qaldılar və buranı tədricən öz müstəmləkələrinə çevirdilər. 1600-cü ildən bir az sonra hollandlar Yaponiyaya gəlib çıxdılar, lakin xristian nüfuzunun siyasi nəticələrindən qorxan yaponlar 1641-ci ildə hollandlardan başqa digər bütün avropalıları Yaponiyadan qovdular, hollandlara isə məhdud fəaliyyət üçün Naqasaki yaxınlığındakı adada qalmalarına icazə verdilər. Hollandiya iki əsrdən artıq bir müddət ərzində Avropanın Yaponiya ilə yeganə əlaqə həlqəsi olaraq qaldılar.
1609-cu ildə hollandlar Amsterdam bankının əsasını qoydular. O vaxtlar Avropa maliyyəsi xaos vəizyyətində idi, sikkələr təkcə iri monarxlar tərəfindən deyil, Almaniyanın və İtalyanın kiçik dövlətləri və şəhərləri tərəfindən də buraxılırdı. Hətta özəl şəxslər də öz sikkələrini döydürürdü. Üstəlik, inflyasiya təzyiqləri altında krallar və digərləri adətən öz sikkələrinin dəyərini ona ərinti əlavə etməklə aşağı salırdılar. Tərk edilən köhnə sikkələr yenilərlə birlikdə dövriyyədə qalırdı. Amsterdam bankı bütün şəxslərdən və ölkələrdən belə qarışıq pul əmanətlərini qəbul edirdi, onların mübadilə dərəcələrini müəyyən edirdi, əmanətçilərə icazə verirdi ki, Amsterdam Bankının özünün buraxdığı qızıl florinlərdə bərabər qiymətdə olmaqla öz əmanətlərini götürsünlər. Amsterdam fransız inqilabına qədər Avropanın maliyyə mərkəzi olaraq qaldı.
1648-ci ildə imzalanan Vestfalya Andlaşmasında Hollandiya vilayətlərinin müstəqilliyi İspaniya tərəfindən tanındı. Bu təxminən olaraq, daha sonra qurulacaq olan Hollandiyanın yerləşdiyi bölgə idi. Buna qarşı, bu bölgənin cənubunda qalan bölgələr, Flanderler daxil olmaq üzrə, krallıqda qaldı; daha sonra buradan Belçika meydana gəldi. Bu tarixdən sonra Şimal Hollandiyalılar və Cənub Hollandiyalılar üzrə iki cəmiyyətdən bəhs edilməyə başlandı.
Mövqe: Qərb Avropa, Şimal Dənizi sahilində, Belçika və Almaniya arasında yerləşir. Coğrafi mövqesi: 52 30 Şimal paraleli, 5 45 Şərq meridianı. Xəritədəki mövqesi: Avropa. Sahə: 41,526 km² cəmi: 1,027 km. sərhəd qonşuları: Belçika 450 km, Almaniya 577 km. Sahil sulları 451 km. İqlimi: Ilıman; dəniz iqlimi, yazlar sərin və qışlar ılıman keçər. Ərazi quruluşu: Əksəriyyətlə sahil bölgəsində alçaq düzənliklər və düzlüklər, cənub-şərqdə təpəliklər iştirak edər. Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Prins Alexanderpolder −7 m; ən yüksək nöqtəsi: Vaalserberg 322 m. Təbii qaynaqları: Təbii qaz, neft, işlənə bilər ərazi. Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %21.96. daimi əkinlər: %0.77. digər: %77.27 (2005 məlumatları). Sulanan ərazi: 5,650 km² (2005 məlumatları). Təbii fəlakətlər: Su basqınları.
Əhali: 16 491 461 (iyul 2006 məlumatları).
Əhalinin artım tempi: 0,49% (2006 məlumatları).
İmmiqrantların nisbəti: 2,72 immiqrant/1 000 nəfər əhali (2006 təxmini).
Körpə ölüm nisbəti: 4,96 ölüm/1 000 doğulan körpə (2006 təxmini).
Orta həyat müddəti: Cəmi əhali: 78,96 il.
kişilərdə: 76,39 il.
qadınlarda: 81,67 il (2006 məlumatları).
Uşaqların orta sayı: 1,66 uşaq/1 qadın (2006 təxmini).
HIV/AIDS – xəstəliklərinə tutulan yetkin sayı: 0,2% (2001 məlumatları).
HIV/AIDS – xəstəliklərindən ölənlərin sayı: 100 (2003 məlumatları).
Demonim: Niderlandlı.
Əhalinin etnik dağılımı: 91% Hollandiyalı, 9% Türk, Faslı və digər.
Din: Katoliklər 27%, Protestantlar 15,7%, Müsəlmanlar 5,7%, digər 2,3%, ateistlər 48,2%.
Dil: Niderland dili.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.