Əhali sıxlığına görə ölkələrin siyahısı

From Wikipedia, the free encyclopedia

Əhali sıxlığına görə ölkələrin siyahısı

Əhalinin dinamikası onun təbii artımını, doğumölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırırlar. Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir. Məhz bu demoqrafik partlayış adlanır. Bu ölkələrdə hər qadına 3–4 uşaq düşür.

2018-cı ilin ölkələr üzrə əhali sıxlığı (hər km² adambaşı) göstəriciləri

İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir. Burada ölüm göstəriciləri də azalır. Ancaq doğumun sürətlə azalması təbii artımın aşağı düşməsinə gətirib çıxarır. Son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlərində əhalinin artım tempi aşağı düşmüş və hətta əhali sayının azalması müşahidə olunmaqdadır.

Üçüncü mərhələ üçün ölümün yüksəlməsi və doğumun tempinin azalması səciyyəvidir. Bu mərhələdə təbii artımın zəifləməsi nəzərə çarpacaq dərəcədədədir. Bu mərhələdə bəzi ölkələr demoqrafik siyasət həyata keçirmişlər. Ancaq bəzi ölkələrdə bu siyasət hələ də öz nəticəsini verməmişdir.

Dördüncü mərhələdə doğum və ölüm göstəriciləri bir–birinə yaxınlaşır, əhalinin yüksək artım tempi aşağı düşür. Bu dövrü dünyanın ayrı-ayrı regionları müxtəlif cür keçirmişlər.

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100–140 il yaşaya bilər. Ancaq faktiki olaraq müxtəlif sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır. Ancaq son dövrlər insan ömrünün uzanması müşahidə olunur. Belə ki, 1950-ci ildə dünyada insanların orta ömür müddəti 50 il idisə, 2004-cü ilin statistikasına əsasən 66,7 il müəyyən olunmuşdur. Dünya əhalisinin orta ömür müddəti artsa da, ümumilikdə regionlar üzrə fərq çox böyükdür. Önəmli fərq isə inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında qeydə alınmışdır — 28 yaş. Qadın və kişilərin orta ömür müddəti arasında da nəzərəçarpacaq fərq vərdır. Belə ki, doğulan zaman oğlan uşaqları qız uşaqlarında çox olsa da (100 qıza 104–107 oğlan) 15 yaşdan sonra onlar arasındakı fərq bərabərləşməyə başlayır, sonrakı yaş strukturunda da qadınların sayı üstünkük təşkil edir. Buna bir çox amillər təsir göstərir. Hazırda Nepaldan başqa bütün ölkələrdə qadınlar kişilərdən çox yaşayır.

Dünya əhalisinin etnik tərkibi uzun sürən tarixi prosesin nəticəsidir. Əhali etnik birliklərdən (tayfa, qohum tayfa, xalq və millətlərdən) ibarətdirlər. Tarixi dövr ərzində bir sıra xalqlar tarix səhnəsindən silinmiş (finikiyalılar, karfagenlilər), bəzilərinin minilliklərlə tarixi var (misir, yunan, çin), bəziləri isə bu yaxınlarda formalaşmışlar (ingilislər XVI, ruslar XVII–XVIII, almanlar XIX əsr). Etnik birliyin əsas əlamətləri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Yer kürəsində 3–4 min xalq var, bunlardan çoxu azsaylıdır. Sayı 100 mln nəfərdən çox olan xalqlar (çin, hind, ərəb, türk, rus, benqal, yapon) dünya əhalisinin 65%-ni təşkil edir.

Aşağıda əhali sıxlığına görə azalan xətt üzrə dövlətlərin cədvəli verilmişdir.

Əlavə məlumat Yer, Dövlət ...
YerDövlətƏrazi  km²-ləƏhaliƏhali km² görə
1Monako Monako234.00017.000
2Sinqapur Sinqapur6934.701.0696.783
3Vatikan Vatikan0,448291.884
4Maldiv adaları Maldiv adaları298395.6501.328
5Malta Malta316406.7711.287
6Bəhreyn Bəhreyn665738.0041.110
7Banqladeş Banqladeş143.998156.118.4641.084
8Barbados Barbados431285.653663
9Çin Respublikası Çin Respublikası35.98023.024.956640
10Mavriki Mavriki2.0401.294.104634
11San-Marino San-Marino6131.477516
12Cənubi Koreya Cənubi Koreya98.48048.636.068494
13Nauru Nauru219.267441
14Ruanda Ruanda26.33811.055.976420
15Niderland Niderland41.52616.783.092404
16Tuvalu Tuvalu2610.472403
17Livan Livan10.4004.125.247397
18Marşall adaları Marşall adaları18165.859364
19Hindistan Hindistan3.287.5901.173.108.018357
20Komor adaları Komor adaları2.170773.407356
21İsrail İsrail20.7707.353.985354
22Burundi Burundi27.8309.863.117354
23Haiti Haiti27.7509.719.932350
24Belçika Belçika30.52810.423.493341
25Yaponiya Yaponiya377.835126.804.433336
26Filippin Filippin300.00099.900.177333
27Şri-Lanka Şri-Lanka65.61021.513.990328
28Qrenada Qrenada344107.818313
29Salvador Salvador21.0406.052.064288
30Vyetnam Vyetnam329.56089.571.130272
31Sent-Vinsent və Qrenadin Sent-Vinsent və Qrenadin389104.217268
32Sent-Lüsiya Sent-Lüsiya616160.922261
33Yamayka Yamayka10.9912.847.232259
34 Böyük Britaniya244.82062.348.447255
35Trinidad və Tobaqo Trinidad və Tobaqo5.1281.228.691240
36Almaniya Almaniya357.02182.282.988230
37Pakistan Pakistan803.940184.404.791229
38Lixtenşteyn Lixtenşteyn16035.002219
39Nepal Nepal140.80028.951.852206
40Dominikan Respublikası Dominikan Respublikası48.7309.823.821202
41Antiqua və Barbuda Antiqua və Barbuda44386.754196
42Seyşel adaları Seyşel adaları45588.340194
43İtaliya İtaliya301.23058.090.681193
44Lüksemburq Lüksemburq2.586497.538192
45Sent-Kits və Nevis Sent-Kits və Nevis26149.898191
46Şimali Koreya KXDR120.54022.757.275189
47İsveçrə İsveçrə41.2907.623.438185
48Andorra Andorra46884.525181
49San-Tome və Prinsipi San-Tome və Prinsipi1.001175.808176
50Nigeriya Nigeriya923.768152.217.341165
51Tonqa Tonqa748122.580164
52Qambiya Qambiya11.3001.824.158161
53Küveyt Küveyt17.8202.789.132157
54Mikroneziya Mikroneziya702107.154153
55Uqanda Uqanda236.04033.398.682141
56Çin ÇXR9.596.9601.330.141.295139
57Tailand Tailand514.00067.089.500131
58Malavi Malavi118.48015.447.500130
59Çexiya Çexiya78.86610.201.707129
60Moldova Moldova33.8434.317.483128
61Danimarka Danimarka43.0945.515.575128
62İndoneziya İndoneziya1.919.440242.968.342127
63Kabo-Verde Kabo-Verde4.033508.659126
64Qvatemala Qvatemala108.89013.550.440124
65Kiribati Kiribati81199.482123
66Polşa Polşa312.68538.463.689123
67Suriya Suriya185.18022.198.110120
68Kipr Kipr9.2511.102.677119
69Fransa Fransa547.03064.768.389118
70Portuqaliya Portuqaliya92.39110.735.765116
71Toqo Toqo56.7856.587.239116
72Slovakiya Slovakiya48.8455.470.306112
73Macarıstan Macarıstan93.0309.992.339107
74Albaniya Albaniya28.7482.986.952104
75Kuba Kuba110.86011.477.459104
76Qana Qana239.46024.339.838102
77Ermənistan Ermənistan29.7432.951.000100
78Türkiyə Türkiyə783.35684,020,230107
79Sloveniya Sloveniya20.2732.003.13699
80Avstriya Avstriya83.8708.214.16098
81Dominika Dominika75472.81397
82Azərbaycan Azərbaycan86.60010.173.200117
83Serbiya Serbiya77.4747.344.84795
84Rumıniya Rumıniya237.50021.959.27892
85İspaniya İspaniya504.78246.505.96392
86Bosniya və Herseqovina Bosniya və Herseqovina51.1294.621.59890
87Kosta-Rika Kosta-Rika51.1004.516.22088
88Malayziya Malayziya329.75028.274.72986
89Şimali Makedoniya Şimali Makedoniya25.7132.072.08681
90Yunanıstan Yunanıstan131.94010.749.94381
91Misir Misir1.001.45080.471.86980
92Kamboca Kamboca181.04014.453.68080
93Benin Benin112.6209.056.01080
94Efiopiya Efiopiya1.104.30088.013.49180
95Xorvatiya Xorvatiya56.5424.486.88179
96Myanma Myanma676.57853.414.37479
97Esvatini Esvatini17.3631.354.05178
98Şərqi Timor Şərqi Timor15.0071.154.62577
99Ukrayna Ukrayna603.55045.415.59675
100Qətər Qətər11.437840.92674
101Syerra-Leone Syerra-Leone71.7405.245.69573
102Mərakeş Mərakeş446.55031.627.42871
103Honduras Honduras112.0907.989.41571
104İordaniya İordaniya92.3006.407.08569
105Keniya Keniya582.65040.046.56669
106Bruney Bruney5.770395.02768
107İraq İraq437.07229.671.60568
108Gürcüstan Gürcüstan69.7004.600.82566
109İrlandiya İrlandiya70.2804.622.91766
110Tunis Tunis163.61010.589.02565
111Samoa Samoa2.944192.00165
112Kot-d'İvuar Kot-d'İvuar322.46021.058.79865
113Bolqarıstan Bolqarıstan110.9107.148.78564
114Lesoto Lesoto30.3551.919.55263
115Seneqal Seneqal196.19012.323.25263
116Özbəkistan Özbəkistan447.40027.865.73862
117Birləşmiş Ərəb Əmirlikləri BƏƏ83.6004.975.59360
118Burkina-Faso Burkina-Faso274.20016.241.81159
119Meksika Meksika1.972.550112.468.85557
120Litva Litva65.2003.545.31954
121Tacikistan Tacikistan143.1007.487.48952
122Ekvador Ekvador283.56014.790.60852
123Monteneqro Monteneqro13.812666.73048
124Fici Fici18.270875.98348
125Eritreya Eritreya121.3205.792.98448
126İran İran1.648.19576.923.30047
127Belarus Belarus207.6009.612.63246
128Nikaraqua Nikaraqua129.4945.995.92846
129Əfqanıstan Əfqanıstan647.50029.121.28645
130Palau Palau45920.87945
131Yəmən Yəmən527.97023.495.36145
132Tanzaniya Tanzaniya945.08741.892.89544
133Panama Panama78.2003.410.67644
134Qvineya-Bisau Qvineya-Bisau36.1201.565.12643
135Qvineya Qvineya245.85710.324.02542
136Kamerun Kamerun475.44019.294.14941
137Cənubi Afrika Respublikası CAR1.219.91249.109.10740
138Kolumbiya Kolumbiya1.138.91044.205.29339
139Madaqaskar Madaqaskar587.04021.281.84436
140Latviya Latviya65.2002.217.96934
141Liberiya Liberiya111.3703.685.07633
142ABŞ ABŞ9.826.675310.232.86332
143Cibuti Cibuti23.200740.52832
144Konqo Demokratik Respublikası KDR2.345.41070.916.43930
145Zimbabve Zimbabve390.58011.651.85829,8
146Venesuela Venesuela912.05027.223.22829,8
147Estoniya Estoniya45.2261.291.17028,5
148Qırğızıstan Qırğızıstan198.5005.508.62627,8
149Mozambik Mozambik801.59022.061.45127,5
150Laos Laos236.8006.368.16226,9
151Braziliya Braziliya8.511.965201.103.33023,6
152Peru Peru1.285.22029.907.00323,3
153Ekvatorial Qvineya Ekvatorial Qvineya28.051650.70223,2
154Baham adaları Baham adaları13.940310.42622,2
155Çili Çili756.95016.746.49122,1
156İsveç İsveç449.9649.074.05520,1
157Uruqvay Uruqvay176.2203.510.38619,9
158Solomon adaları Solomon adaları28.450559.19819,7
159Vanuatu Vanuatu12.200221.55218,2
160Butan Butan38.394699.84718,2
161Zambiya Zambiya752.61413.460.30517,9
162Sudan Sudan1.886.06822.633.51016,4
163Somali Somali637.65710.112.45315,9
164Yeni Zelandiya Yeni Zelandiya268.6804.252.27715,8
165Paraqvay Paraqvay406.7506.375.83015,7
166Finlandiya Finlandiya338.1455.255.06815,5
167Argentina Argentina2.766.89041.343.20114,9
168Əlcəzair Əlcəzair2.381.74034.586.18414,5
169Norveç Norveç323.8024.676.30514,4
170Beliz Beliz22.966314.52213,7
171Papua-Yeni Qvineya Papua-Yeni Qvineya462.8406.064.51513,1
172Cənubi Sudan Cənubi Sudan619.7458.260.49013,3
173Niger Niger1.267.00015.878.27112,5
174Konqo Respublikası Konqo Respublikası342.0004.125.91612,1
175Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı2.149.69025.731.77612,0
176Mali Mali1.240.19213.796.35411,1
177Anqola Anqola1.246.70013.068.16110,5
178Türkmənistan Türkmənistan488.1004.940.91610,1
179Oman Oman309.5002.967.7179,6
180Boliviya Boliviya1.098.5809.947.4189,1
181Rusiya Rusiya17.075.200143.030.1068,4
182Çad Çad1.284.00010.543.4648,2
183Mərkəzi Afrika Respublikası MAR622.9844.844.9277,8
184Qabon Qabon267.6671.545.2555,8
185Qazaxıstan Qazaxıstan2.724.90015.460.4845,7
186Liviya Liviya1.759.5406.461.4543,7
187Qayana Qayana214.970748.4863,5
188Kanada Kanada9.984.67033.759.7423,4
189Botsvana Botsvana600.3702.029.3073,4
190Mavritaniya Mavritaniya1.030.7003.205.0603,1
191İslandiya İslandiya103.000308.9103,0
192Surinam Surinam163.270486.6183,0
193Avstraliya Avstraliya7.686.85021.515.7542,8
194Namibiya Namibiya825.4182.128.4712,6
195Monqolustan Monqolustan1.564.1163.086.9182,0
Yer (QrenlandiyaAntarktidasız)132 774 0006 768 123 509 51,0
Bağla

Xarici keçidlər

Həmçinin bax

İstinadlar

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.