Sent Lusiya

From Wikipedia, the free encyclopedia

Sent Lusiya

Sent Lüsiya (ing. Saint Lucia [ˌseɪnt ˈluːʃɪə]) — Vest-İndiya, Sent-VinsentMartinika adaları arasında eyniadlı adada yerləşən ada dövləti.

Cəld faktlar Rəsmi dilləri, Paytaxt ...
Sent Lüsiya
Saint Lucia
The Land, The People, The Light
Himn: Sons and Daughters of Saint Lucia
Thumb
Rəsmi dilləri
Paytaxt Kastris - 60 min nəfər (2010-cu il)
İdarəetmə forması Parlamentlı monarxiyası
Kral III Çarlz
General Qubernator Neville Cenac [ XI.2018~ ]
Baş Nazir Allen Chastanet [ XI.2016~ ]
Sahəsi Dünyada 193-cü
  Ümumi 617 km²
  Su sahəsi (%) 1,6
Əhalisi
  Əhali 170 min nəfər (189-cu)
  Siyahıyaalma (2010) 166 526 nəf.
  Sıxlıq 275 nəf./km²
  Ümumi 1.691.259.259 $[1], 2.065.027.556 $[1]
ÜDM (AQP)
  Ümumi 2 233 million dollar  (190-cı)
  Adambaşına 13 300 dollar  (100-cü)
Valyuta Şərqi Karib dolları
İnternet domeni .lc
ISO kodu LC
BOK kodu LCA
Telefon kodu +1758
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d]
 Vikianbarda əlaqəli mediafayllar
Bağla
Thumb
Sent-Lüsiya

Tarixi

Sent-Lüsiya Kolumb tərəfindən 13 dekabr 1502-ci ildə kəşf edilib. 1605-ci ilnən 1638-ci illər arası ingilislər orada yaşayış məskənləri salmaq istəsələr də, yerli əhalinin ciddi müqavimətinə rast gəliblər.

Onlarla müqavilə bağladıqdan sonra fransızlar 1650-ci ildə orada məskunlaşıblar. 1814-cü ildə Paris sülh müqaviləsinə görə ərazi Böyük Britaniyanın nəzarətinə keçir. 22 fevral 1979-cu ildə Sent-Lüsiya müstəqillik əldə edir.

Siyasi quruluşu

Sent-Lüsiya BMT-nin üzvüdür, dövlət başçısı Böyük Britaniyanın monarxıdır. Onu ölkədə monarx tərəfindən təyin edilən general-qubernator təmsil edir. Qanunverici orqan ikipalatalı parlamentdir. Yuxarı palata — Senat (11 senator). Aşağı palata — Nümayəndələr Palatası — (17 deputat).

Ölkə 11 icmaya bölünür. Onların hər birində şəhər və kənd şuraları fəaliyyət göstərir.

İqtisadiyyat

Sent-Lüsiyanın iqtisadiyyatı turizm, kənd təsərrüfatı və ofşor biznesi üzərində qurulubdur. 2010-cu ildə ölkədə 358 million kVt-saat elektrik enerji istehsal olunub. Sent-Lüsiya Karib reqionunun aparıcı banan istehsalçılarından biridir,kokos palması, manqo,şəkər qamışı, kakao, sitrus meyvələri becərilir.

Əhalisi

Əhalisi 160,9 min nəfərdir. Etnik tərkibi: zəncilər 75,5 %, mulatlar 19 %, hindular 2,4%, digəriləri 3,1 %,(2010-cu ilin iyulunun qiym.). Dini katoliklər 67,5 %, adventistlər 8,5 %, pyatidesyatniklər 5,7 %, anqlikanlar 2 %, yevangelistlər 2 %, digər xristianlar 5,1 %, ateistlər 4,5 %

Rəsmi dil — ingilis dili, həmçinin yerli patua dili.

Ölkənin tanınmış adamı 1992-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış yerli şairdramaturq Derek Uolkottdur.

Thumb
Paytaxt Kastri şəhərinin görünüşü.

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.