Martinika
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Martinika[3] (fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur.
Martinika | |||
---|---|---|---|
Martinique | |||
|
|||
Marselyeza | |||
14°39′00″ şm. e. 61°00′54″ q. u.HGYO |
|||
Ölkə | |||
İnzibati mərkəz | For-de-Frans | ||
Tarixi və coğrafiyası | |||
Yaradılıb | 21 mart 1946 | ||
Sahəsi |
|
||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
ISO kodu | FR-972 | ||
İnternet domeni | .mq | ||
Avtomobil nömrəsi | 972 | ||
Rəsmi sayt | |||
Vikianbarda əlaqəli mediafayllar |
Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir.
Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir. Ada dağ silsiləsinə malikdir. Burada 1397 m hündürlüyə malik Mon Pele (fr. Montagne Pelée — Keçəl dağ) vulkanı yerləşir.
Tropik iqlimə malikdir. Yağış mövsümü iyundan oktyabradək davam edir. Şimalı rütubətli olub zəngin bitki örtüyünə malikdir. Cənubu isə əksinə quraqdır və bir çox turist infrastrukturlarına malikdir. Yanvar-fevral aylarında havanın temperaturu 21-27 °C, avqust-sentyabr aylarında isə 24°-30 °C-dir. Yağışlı günlərin sayı fevralda 12 iyulda isə 22-dir. Suyun hərarəti iyul-oktyabrda 28 °C, fevralda isə 26 °C-dən aşağı olmur. İyun və noyabr aylarında tufanlı hava şəraitinə malik ola bilir.
Əhalisinin 90%-ni afrikalılar və afrika-hindu, təxminən 5%-ni avropa mənşəlilər, qalan 5%-ni isə hindlilər və çinlilər təşkil edirlər. Müstəmləkəçi nəslinin və yuksək təbəqənin nümayəndələri sayılan Martinikanın ağdərili sakinləri Béké adlandırılırlar. Onlar 30 ailədən və 2600 nəfərdən ibarətdirlər. Martinikada dünyaya gəlmiş həm ağ, həm də qaradərili sakinləri Kreol adlandırırlar. Rəsmi dil fransız dili, yerli dil isə kreol dili sayılır. Dini etiqadına görə əhalisinin 85%-i katolik, 10,5%-i protestant, yalnız 0,5%-i müsəlman və buddist lərdən ibarətdir.
Martinika Fransanın Dənizaşırı departamentinə aid inzibati-ərazi vahididir.
Region və departament eyni idarəçilik məsuliyyətinə malik olsalar da müxtəlif idarəetmə institutlarına: 45 deputatdan ibarət bölgə məclisinə və baş məclisə aiddirlər. Prefekt mərkəzi hakimiyyəti təmsil edir. Fransa Milli Məclisində Martinika 4, senatda isə 2 nümayəndə ilə təmsil olunmuşdur. Martinika Fransa ərazisi olduğundan Avropa Birliyinin tam hüquqlu üzvü sayılır. Milli pul vahidi avrodur.
Arrondissement Dairə |
Əhali (1999) |
Sahə (km²) |
Əhali sıxlığı | Kantonlar | İcmalar |
---|---|---|---|---|---|
Fort de Frans | 166 139 | 171 | 972 | 16 | 4 |
Le Marin | 106 818 | 409 | 261 | 13 | 12 |
Sent-Pyer | 23 464 | 210 | 112 | 5 | 8 |
La Trinit | 85 006 | 338 | 252 | 11 | 10 |
İlk məskunlaşma e.ə. 4000-ci ilə aiddir. Sonralar e. 100-cü ilindən Venesueladan aravaklar bura köçmüşlər. X əsrdən başlayaraq bura kariblilər gəlmişlər. Martinikanın ilk avropalı sakini onu ilk dəfə 15 iyun 1502-ci ildə dördüncü səyahəti zamanı kəşf etmiş Xristofor Kolumb olmuşdur. Adada qızıl tapılmadığından ispanların nəzərindən kənar qalan ada 1635-ci ildən Fransa tərəfindən mənimsənilərək 1648-ci ildə tamamilə satın alaraq onu öz müstəmləkəsi elan edir və indiki inzibati mərkəzi sayılan Fort de Fransın əsası qoyulur. Burada geniş şəkər qamışı plantasiyaları salınmağa başlanılır. 1660-cı ildə buna qarşı çıxmaq istəyən yerli sakinlər fransızlar tərəfindən birdəfəlik məhv edilirlər. Əvəzində isə plantasiyalarda qul kimi işlətmək üçün adaya Afrikadan qara zəncilər gətirilir.
II İngiltərə-Niderland müharibəsində Niderlandla ittifaqda olduğuna görə Martinikanın fransız sakinləri İngiltərə donanması tərəfindən hücuma məruz qalırlar və 6 iyulda ingilislər Sent-Pyerdə fransız eskadrilyasını məğlubiyyətə uğradır.[4] III İngiltərə-Niderland müharibəsində isə Fransanın İngiltərənin tərəfində iştirakına görə 16 iyul 1674-cü ildə ada holland admiralı Mişel de Ruyterin hücumuna məruz qalır.
1762 və 1763-cü illərdə britaniyalılar adaya sahib olurlar.
Napoleon Bonapartın xanımı Jozefina Boharne 23 iyun 1763-cü ildə Martinikada, Fort de Fransda şəkər qamışı plantasiyasına malik sahibkar ailəsində anadan olmuşdur. 1787-1802-ci illərdə adanı qul qiyamları bürüyür. 1794-cü ildə Fransa konvensionu Fransa inqilabının ruhuna uyğun olaraq səs çoxluğu ilə adada quldarlığı ləğv edir. Lakin çox keçmədən Napoleon Bonapart 1802-ci ildə quldarlığı yenidən bərpa edir. 22 may 1848-ci ildə quldarlıq tamamilə ləğv edilir.
8 may 1902-ci ildə Mon Pele vulkanı püskürərək 30 000 nəfərin həyatına son qoyur. Sen-Pyerdə cəmi iki nəfər sağ qala bilir. 1946-cı ildən Martinika Fransa Dənizaşırı Departamentinə (fr. Départements d'Outre-Mer / DOM) daxil edilərək ana ərazinin siyasi inzibati strukturuna qatılır. 1958-ci ildən başlanan muxariyyət hərakatı, 1983-cü ildə region məclisinin mərkəzdən qaçma meyilləri, 2003-cü ildə adanın ikiqat status: region və departament statuslarını əldə etməsi ilə nəticələnir.
Fransa hökumətinin 10 yanvar 2010-cu ildə təşkil etdiyi xalq səsverməsində daha yüksək muxtariyyət 79% səs çoxluğu ilə qəbul olunmamışdır.[5]
Ada, Lamentində yerləşmiş bir Beynəlxalq hava limanına (fr. Aéroport International Martinique Aimé Césaire) malikdir. Parisdən Martinikaya uçuş 8 saat 30 dəqiqə davam edir.
Adanın avtomabil yol rabitəsi çox yaxşıdır. Əksəriyyəti dörd cığırlıdır. Adada dəmir yolu mövcud deyildir.
İxracatını əsasən tropik meyvələr: banan (40%), ananas, şəkər qamışı, spirtli içkilərdən rom və s. təşkil edir. Turizm sektoru yaxşı inkişaf etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.