Seriyalı qatil
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs.[1][2][3][4] Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsula qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətillər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqlar qurbanın cinsi, yaşı, xarici görünüş təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətillər bütün dünyada geniş əks səda doğurmuşdur.
Ümumi hökmlər |
Beynəlxalq cinayətlər |
Kütləvi qətl İnsan alveri Soyqırım Müharibə İmmiqrant qaçaqçılığı Terrorizm |
Şəxsə qarşı törədilən cinayətlər |
Qətl Sifarişli qətl Adamöldürmə Övlad qətli Ata qətli Ehtiyatsızlıqdan qətl Linç mühakiməsi Namus qətli Ayin qətli İntihar Duel Padşahöldürmə Adam yaralama İşgəncə Əziyyət Cinsi təcavüz Uşaqların cinsi istismarı Şantaj Təhlükə Təhqir Oğurluq Təhrik Dələduzluq |
Qatil |
Muzdlu qatil Seriyalı qatil Kamikadze • Assasin |
Kriminal olmayan qətl |
Ölüm hökmü Evtanaziya • Abort |
Millətə və dövlətə qarşı cinayətlər |
Rüşvət Vəzifədən sui-istifadə Böhtan Yalandan şahidlik etmək Respublikanı, Dövlətin təşkilat və orqanlarını alçaltma Dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq Hərbi xidmətdən boyunqaçırma Vətənə xəyanət |
Hüquq portalı |
Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox Şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanlar qətil törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır.[5][6] Onlarda xarici görünüş baxımından hər hansısa fərqliliklər olmur. Əsas prosesin daxildən baş verir. Qatillərin 90% uşaqlıq və ya məktəb illərində müxtəlif növ istismara və ya təhqirlərə məruz qalır. Məsələn Andrey Çikatilonun əsəb sisteminin pozulmasının səbəbi kimi İkinci dünya müharibəsi zamanı anasının almanlar tərəfindən zorlanması göstərilirdi. Çikatilo gənclik illərində Almaniyada hərbi xidmətdə olduğu müddət ərzində, komandiri və digər şəxslər tərəfindən zorlandığını bildirmişdir. Seriyalı qatillərin özlərinə məxsus cəhətlərindən biridə özlərini cəmiyyətə normal insan kimi təqdim edə bilmələridir. Andrey Çikatilonun uzun müddət həbs edilməməsinin səbəbi, şüphəli hesab olunduğu vaxt ona ünvanlanan suallara soyuqqanlı və səlis şəkildə cavab verməsi olmuşdur. Seriyalı qatillərə aid edilən terminlərdən biridə, Makdolnald üçbucaqıdır. Bu terminə əsasən serial qatildə bu tip qatillərə məxsus üç mühüm əlamətdən biri mütləq olmalıdır. Birinci əlamət heyvanlara işgəncələrin verilməsidir. Sadist hərəkət sayılan heyvanlara əziyyət verilməsi halı bir çox serialı qatildə rastlanılır. Növbəti əlamətlər isə nəyisə yandırmaq həvəsi və yatdıqdan sonra sidiyin saxlana bilməməsidir.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.