From Wikipedia, the free encyclopedia
Duel — iki şəxs arasında olan mübahisənin silahla həll edilməsi. Duel əsasən şərəf, namus və ya millət kimi anlayışlara qarşı açıq və ya dolayı təhqir edildiyi zaman XIX əsr kübar mühitində geniş istifadə edilmişdir. Məşhur insanlarda duel döyüşlərində iştirak etmişlər. Dahi rus şair Aleksandr Puşkin dueldə öldürülmüşdür. Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr isə duel nəticəsində ağır yaralanmışdır.
Ümumi hökmlər |
Beynəlxalq cinayətlər |
Kütləvi qətl İnsan alveri Soyqırım Müharibə İmmiqrant qaçaqçılığı Terrorizm |
Şəxsə qarşı törədilən cinayətlər |
Qətl Sifarişli qətl Adamöldürmə Övlad qətli Ata qətli Ehtiyatsızlıqdan qətl Linç mühakiməsi Namus qətli Ayin qətli İntihar Duel Padşahöldürmə Adam yaralama İşgəncə Əziyyət Cinsi təcavüz Uşaqların cinsi istismarı Şantaj Təhlükə Təhqir Oğurluq Təhrik Dələduzluq |
Qatil |
Muzdlu qatil Seriyalı qatil Kamikadze • Assasin |
Kriminal olmayan qətl |
Ölüm hökmü Evtanaziya • Abort |
Millətə və dövlətə qarşı cinayətlər |
Rüşvət Vəzifədən sui-istifadə Böhtan Yalandan şahidlik etmək Respublikanı, Dövlətin təşkilat və orqanlarını alçaltma Dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq Hərbi xidmətdən boyunqaçırma Vətənə xəyanət |
Hüquq portalı |
Qədim dövrlərdə qəbilələr arasında olan mübahisələrin həll edilməsində dueldən çox istifadə edilirdi. Həmin duel döyüşləri müasir döyüşlərdən xeyli fərqlənirdi. Əsas fərq ilk duel döyüşləri zamanı odlu silahdan istifadə edilmirdi. Hər iki qəbiləninin rəisi və ya fiziki baxımdan ən sağlam olan şəxsin iştirakı ilə keçirilən döyüşlərdə soyuq silahdan istifadə edilib, edilməməsi əvvəlcədən müəyyənləşirdi. Tərəflər arasında mübarizə bir tərəfin digərini tam məğlub edib, sonda ölürməsinə qədər davam edirdi. Orta əsrlərdən başlayaraq duelin qaydalarıda dəyişməyə başladı. X və XII əsrlərdə yalnız azad insanların duel təşkil etmək və ya iştirak etmək hüququ vardı. Borçlu və ya qul olan şəxslərin duel döyüşlərində iştirak etməsinə belə icazə verilmirdi.
Orta əslərdən başlayaraq duel döyüşlərində hakimdə iştirak etməyə başlamışdır. Duel döyüşündə məğlub olan şəxsin mübahisəli məsələdə günahkar olduğu düşünülürdü. Bəzən tərəflər arasında uzun illər davam edən məhkəmə prosesləri zamanı hakim yekun qərar qəbul edə bilmir və tərəflərin məsələni duel yolu ilə həll etməsini məsləhət görürdü. Çox vaxt duel yeri və silahlar üçüncü bir şəxs tərəfindən seçilirdi. Silahların eyni olmasının önəmi böyük idi. Məsafə hava şəraitinə görə təyin edilirdi. Qatı dumanlı havalarda duellər bəzən təxirə salınır, bəzən isə ən minimal məsafəyə 8 metrə endirilirdi. Duellərin böyük qismi insanların iştirakı ilə təşkil edilirdi. Ancaq XIX əsrdə Avropa kubar elitasının üzvüləri kütlə qarşısında deyil, bir neçə nəfərin iştirakı ilə duel təşkil edirdilər.
Duelin mühüm məqamlarından biridə tərəflərdən birinin yaralanması idi. Yaralanan şəxs bəzən ölmürdü, bu zaman yaralı ya öz rəqibi yada kütlə tərəfindən linç edilirdi. Bu sərt qayda duel adətinə uyğun olmadığı üçün 1547-ci ildə Fransada, 1819-cu ildə isə Böyük Britaniyada qadağan edilmişdir. XIX əsrin ortalarına duel iki qitədə geniş şəkildə istifadə olunurdu. Avropada duellər yalnız varlı və ya adlı sanlı zədaganlar arasında keçirilirdi. Şimali Amerikada ən əsası Amerika Birləşmiş Ştatlarında isə duellər Kovboylar arasında və kütlə qarşısında təşkil edilirdi. Duelin əsas şərtlərindən biridə tərəflərin dueldə ən azı iki şahid ilə təmsil olunmalarıdır. Şahid şahidlik etdiyi tərəfin dueldə könülü sürətdə iştirak etdiyini təsdiqləyirdi. Adətən şahidlər duel iştirakçılarının yaxın dostu və ya tanışı olurdu. Duel adətinə əsasən hər iki tərəfin şahidləri arasında dueldən əvvəl kiçik dialoq yaşanırdı. Onlar əsasən qaydaları müzakirə edirdilər. Silah seçimi əvvəlcədən razılaşdırılırdı. Dueldə soyuq və ya odlu silahın istifadə edilməsi tərəflərin ümumi razılığından asılı idi. Şahidləri duelin təşkil ediləcəyi ərazinin dueldən əvvəl nəzərdən keçiridilər. Əsas yoxlanılan məqam məsafənin ölçülməsi idi. Son olaraq silahlar yoxlanırdı. Silahların hər iksinin işlək vəziyyətdə olması mütləq idi.
Duel həmişə tərəflərdən birinin ölümü ilə bitmirdi. Əgər arada olan məsələ böyük hesab edilmirdisə, yalnız bir tərəfin digərini yaralaması ilə duel yekunlaşırdı. Nadir hallarda isə dueldə iştirak edən şahidlərdə bir-birləri ilə silahlı mübarizə aparırdılar. Tanınmış rus şairi Aleksandr Puşkin dueldə öldürülmüşdür. Amerika Birləşmiş Ştatlarının üçünçü prezidenti Tomas Ceffersonun köməkçisi vitse prezident Aaron Burr dueldə ağır yaralanmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.