From Wikipedia, the free encyclopedia
2008 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2008; fr. Concours Eurovision de la chanson 2008) — sayca 53-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahısı ilə 2007 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2008-ci ildə Serbiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Serbiyanın paytaxtı Belqrad şəhərində Belqrad Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2008-ci ilin 20 və 22 may, final isə 24 may tarixində baş tutmuşdur.
2008 Avroviziya Mahnı Müsabiqəsi "Confluence of Sound" "Səslərin birləşməsi" | |
---|---|
I yarımfinal | 20 may 2008 |
II yarımfinal | 22 may 2008 |
Final | 24 may 2008 |
Aparıcı(lar) | Yovana Yankoviç Jelko Yoksimoviç |
Direktor | Svante Stokselius |
Kanal | RTS |
Keçirilən yer | Belqrad Arena Belqrad, Serbiya |
Qalib mahnı | Rusiya "Believe" |
Seçki sistemi | Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 43 |
İlk dəfə iştirak edən ölkələr | Azərbaycan San-Marino |
Yenidən iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Avstriya |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2007 2009 ► |
2008-ci ildə Azərbaycan və San-Marino ilk dəfə Avroviziyaya qoşulmuşdur. Avstriya isə sonuncu müsabiqədəki nəticələrə narazılığını bildirərək, Avroviziya 2008-də iştirakdan imtina etmişdir. Müsabiqədə ümumilikdə 43 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
Avroviziya 2008-in qalibi "Believe" mahnısı ilə Rusiya təmsilçisi Dima Bilan seçilmişdir. Bu 1994-cü ildən etibarən Avroviziyada iştirak edən Rusiyanın müsabiqədə ilk qələbəsi idi.
2007-ci ilin may ayında keçirilən mətbuat konfransında Avroviziya Mahnı Müsabiqəsinin icraçı direktoru Svante Stokselius müsabiqədə iştirak edən ölkələrin çoxluğunu nəzərə alaraq, 2008 və ya 2009-cu ildə Avroviziyada iki yarımfinal mərhələsinin tətbiq oluna biləcəyini açıqlamışdır. Bu açıqlamanın ardınca 28 sentyabrda Avropa Yayım Birliyi Belqradda keçirilən müsabiqədə iki yarımfinal mərhələsinin keçiriləcəyini təsdiqləmişdir. Müsabiqənin yeni formatına əsasən hər bir yarımfinaldan ən çox səs toplayan on ölkə finala vəsiqə qazanmış hesab olunurdu. "Böyük dördlük" ölkələrinin (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) birbaşa finalda iştirak etmək hüquqları dəyişməz olaraq saxlanılmışdır. Hər bir ölkənin yalnız öz iştirak etdiyi yarımfinalda səvermə hüququ var idi. "Böyük dördlük" ölkələri üçün keçirilən püşkatma da isə həmin ölkələrin hansı yarımfinalda səs verəcəyi məlum olurdu.
Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2008-ci ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr altı səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.
24 yanvar 2008-ci il tarixində yarımfinallarda iştirak edən 38 ölkə müsabiqədəki səsvermə tarixçələri nəzərə alınaraq, püşkatma üçün fərqli altı səbətlərə ayrılmışdır.
Səbət 1 | Səbət 2 | Səbət 3 | Səbət 4 | Səbət 5 | Səbət 6 |
---|---|---|---|---|---|
21 dekabr 2007-ci il tarixdə Avropa Yayım Birliyi Avroviziya 2008-də 43 ölkənin iştirak edəcəyini rəsmi olaraq açıqlamışdır. 43 ölkənin iştirak etdiyi Avroviziya 2008 otuz səkkiz ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on doqquz ölkə) və iyirmi beş ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) və ev sahibi Serbiya müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
20 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya və İspaniya səsvermədə iştirak etmişdir. Yeni qaydaya əsasən səsvermədə ən çox səs toplayan 9 ölkə müsabiqənin finalına vəsiqə qazandığı halda 10-cu finalçı isə peşəkar münsif heyətinin qərarı ilə seçilirdi.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№[1] | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Monteneqro | Monteneqrcə | Stefan Filipoviç | "Zauvijek volim te" | Səni əbədi sevəcəm | 14 | 23 |
02 | İsrail | İvritcə, İngiliscə | Boaz Mauda | "The Fire in Your Eyes" | Gözlərindəki atəş | 5 | 104 |
03 | Estoniya | Serbcə, Almanca, Fincə | Kreisiraadio | "Leto svet" | Yay işığı | 18 | 8 |
04 | Moldova | İngiliscə | Ceta Burlaku | "A Century of Love" | Sevginin əsri | 12 | 36 |
05 | San-Marino | İtalyanca | Miodio | "Complice" | Suç ortağı | 19 | 5 |
06 | Belçika | Süni dildə | Ishtar | "O Julissi" | - | 17 | 16 |
07 | Azərbaycan | İngiliscə | Elnur və Samir | "Day After Day" | Günbəgün | 6 | 96 |
08 | Sloveniya | Slovencə | Rebeka Dremely | "Vrag naj vzame" | Lənətə gəlsin | 11 | 36 |
09 | Norveç | İngiliscə | Mariya Hökaas Storenq | "Hold On Be Strong" | Döz və güclü ol | 4 | 106 |
10 | Polşa | İngiliscə | Aysis Cii | "For Life" | Həyat üçün | 10 | 42 |
11 | İrlandiya | İngiliscə, Fransızca | Dustin the Turkey | "Irelande Douze Pointe" | İrlandiyaya on iki xal | 15 | 22 |
12 | Andorra | İngiliscə, Katalanca | Cizela | "Casanova" | Kazanova | 16 | 22 |
13 | Bosniya və Herseqovina | Boşnakca | Laka | "Pokušaj" | Cəhd et | 9 | 72 |
14 | Ermənistan | İngiliscə, Ermənicə | Siruşo | "Qélé, Qélé" (Քելե Քելե) | Gəl, gəl | 2 | 139 |
15 | Niderland | İngiliscə | Hind | "Your Heart Belongs to Me" | Sənin qəlbin mənə aiddir | 13 | 27 |
16 | Finlandiya | Fincə | Teräsbetoni | "Missä miehet ratsastaa" | Kişilərin getdiyi yer | 8 | 79 |
17 | Rumıniya | Rumınca, İtalyanca | Niko və Vlad | "Pe-o margine de lume" | Dünyanın ətrafında | 7 | 94 |
18 | Rusiya | İngiliscə | Dima Bilan | "Believe" | İnan | 3 | 135 |
19 | Yunanıstan | İngiliscə | Kalomira | "Secret Combination" | Gizli qarışım | 1 | 156 |
22 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, Fransa və ev sahibi Serbiya səsvermədə iştirak etmişdir. Yeni qaydaya əsasən səsvermədə ən çox səs toplayan 9 ölkə müsabiqənin finalına vəsiqə qazandığı halda 10-cu finalçı isə peşəkar münsif heyətinin qərarı ilə seçilirdi.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№[1] | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İslandiya | İngiliscə | Euroband | "This Is My Life" | Bu mənim həyatımdır | 8 | 68 |
02 | İsveç | İngiliscə | Şarlotta Perelli | "Hero" | Qəhrəman | 12 | 54 |
03 | Türkiyə | Türkcə | Mor ve Ötesi | "Deli" | Dəli | 7 | 85 |
04 | Ukrayna | İngiliscə | Ani Lorak | "Shady Lady" | Gizəmli xanım | 1 | 152 |
05 | Litva | İngiliscə | Yeronimas Milius | "Nomads in the Night" | Gecədəki köçkünlər | 16 | 30 |
06 | Albaniya | Albanca | Olta Boka | "Zemrën e lamë peng" | Zamanda həbs olunmuş qəlblər | 9 | 67 |
07 | İsveçrə | İtalyanca | Paolo Menequççi | "Era stupendo" | Mükəmməl idi | 13 | 47 |
08 | Çexiya | İngiliscə | Tereza Kerndlova | "Have Some Fun" | Biraz əylən | 18 | 9 |
09 | Belarus | İngiliscə, İspanca | Ruslan Alexno | "Hasta la Vista" | Görüşənədək | 17 | 27 |
10 | Latviya | İngiliscə | Pirates of the Sea | "Wolves of the Sea" | Dənizin canavarları | 6 | 86 |
11 | Xorvatiya | Xorvatca | Kraljevi ulice və 75 cents | "Romanca" | Romans | 4 | 112 |
12 | Bolqarıstan | İngiliscə | Deep Zone və Balthazar | "DJ, Take Me Away" | DJ, məni uzaqlara apar | 11 | 56 |
13 | Danimarka | İngiliscə | Simon Metyu | "All Night Long" | Gecə boyunca | 3 | 112 |
14 | Gürcüstan | İngiliscə | Diana Qurtskaya | "Peace Will Come" | Sülh gələcək | 5 | 107 |
15 | Macarıstan | İngiliscə, Macarca | Çezi | "Candlelight" | Şam işığı | 19 | 6 |
16 | Malta | İngiliscə, Rusca | Morena | "Vodka" | - | 14 | 38 |
17 | Kipr | Yunanca | Yevdokiya Kadi | "Femme Fatale" | Öldürücü qadın | 15 | 36 |
18 | Makedoniya | İngiliscə | Tamara, Vrçak və Adrian | "Let Me Love You" | İcazə ver səni sevim | 10 | 64 |
19 | Portuqaliya | Portuqalca | Vaniya Fernandeş | "Senhora do mar (Negras águas)" | Dənizlərin xanımı (Qara sular) | 2 | 120 |
Finalçılar:
24 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Rusiya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
№[1] | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Rumıniya | Rumınca, İtalyanca | Niko və Vlad | "Pe-o margine de lume" | Dünyanın ətrafında | 20 | 45 |
02 | Böyük Britaniya | İngiliscə | Endi Abraham | "Even If" | Hətta əgər | 25 | 14 |
03 | Albaniya | Albanca | Olta Boka | "Zemrën e lamë peng" | Zamanda həbs olunmuş qəlblər | 17 | 55 |
04 | Almaniya | İngiliscə | No Angels | "Disappear" | Yox olmaq | 23 | 14 |
05 | Ermənistan | İngiliscə, Ermənicə | Siruşo | "Qélé, Qélé" (Քելե Քելե) | Gəl, gəl | 4 | 199 |
06 | Bosniya və Herseqovina | Boşnakca | Laka | "Pokušaj" | Cəhd et | 10 | 110 |
07 | İsrail | İvritcə, İngiliscə | Boaz Mauda | "The Fire in Your Eyes" | Gözlərindəki atəş | 9 | 124 |
08 | Finlandiya | Fincə | Teräsbetoni | "Missä miehet ratsastaa" | Kişilərin getdiyi yer | 22 | 35 |
09 | Xorvatiya | Xorvatca | Kraljevi Ulice və 75 cents | "Romanca" | Romans | 21 | 44 |
10 | Polşa | İngiliscə | Aysis Cii | "For Life" | Həyat üçün | 24 | 14 |
11 | İslandiya | İngiliscə | Euroband | "This Is My Life" | Bu mənim həyatımdır | 14 | 64 |
12 | Türkiyə | Türkcə | Mor ve Ötesi | "Deli" | Dəli | 7 | 138 |
13 | Portuqaliya | Portuqalca | Vaniya Fernandeş | "Senhora do mar (Negras águas)" | Dənizlərin xanımı (Qara sular) | 13 | 69 |
14 | Latviya | İngiliscə | Pirates of the Sea | "Wolves of the Sea" | Dənizin canavarları | 12 | 83 |
15 | İsveç | İngiliscə | Şarlotta Perelli | "Hero" | Qəhrəman | 18 | 47 |
16 | Danimarka | İngiliscə | Simon Metyu | "All Night Long" | Gecə boyunca | 15 | 60 |
17 | Gürcüstan | İngiliscə | Diana Qurtskaya | "Peace Will Come" | Sülh gələcək | 11 | 83 |
18 | Ukrayna | İngiliscə | Ani Lorak | "Shady Lady" | Gizəmli xanım | 2 | 230 |
19 | Fransa | İngiliscə, Fransızca | Sebastyan Tellye | "Divine" | İlahi | 19 | 47 |
20 | Azərbaycan | İngiliscə | Elnur və Samir | "Day After Day" | Günbəgün | 8 | 132 |
21 | Yunanıstan | İngiliscə | Kalomira | "Secret Combination" | Gizli qarışım | 3 | 218 |
22 | İspaniya | İspanca, İngiliscə | Rodolfo Çikilikuatre | "Baila el Chiki-chiki" | Çiki-çiki rəqsi | 16 | 55 |
23 | Serbiya (ev sahibi) | Serbcə | Yelena Tomaşeviç və Bora Duqiç | "Oro" (Оро) | Hora | 6 | 160 |
24 | Rusiya | İngiliscə | Dima Bilan | "Believe" | İnan | 1 | 272 |
25 | Norveç | İngiliscə | Mariya Hökaas Storenq | "Hold On Be Strong" | Döz və güclü ol | 5 | 182 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.