From Wikipedia, the free encyclopedia
Samir Cavadzadə (16 aprel 1980[1], Bakı) — azərbaycanlı müğənni. "Şeron" qrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə təmsil etmişdir. Həmin müsabiqədə Elnur və Samir dueti 8-ci yeri tutmuşdu.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Samir Cavadzadə | |
---|---|
Samir Rafiq oğlu Cavadzadə | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1980[1] (44 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2003-cü ildən |
Janr | pop musiqisi |
Vikianbarda əlaqəli mediafayllar |
Samir Cavazadə 16 aprel, 1980 ilində Bakıda anadan olmuşdur. Uşaqlıqdan etibarən oxumağa başlamışdır.
1992-ci ildə № 9 musiqi məktəbində təhsil almağa başlamışdır. Azərbaycan xalq musiqisinin ifaçısı, xanəndə sayılır.
1997-ci ildə Biznes Universitetinə "Xarici əlaqələr" fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 5 il muğam kurslarında oxuyur. 1 il hərbi xidmətdən sonra Vaqif Gərayzadənin "Şeron" qrupunun üzvünə çevrilir.
2006-cı ildə qrupu tərk edir və solo karyeraya başlayır.
2008-ci ildə Samir Cavadzadə Azərbaycanı ilk dəfə olaraq Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçimdə iştirak edir. 2 fevral tarixində keirilən milli finalda Elnur Hüseynov əvvəlcə Eldar Mansurovun "İf You Never Back" mahnısını ifa edir. Daha sonradan Samir Cavadzadə ilə duetdə Day After Day mahnısını ifa edir. Münsiflər heyətinin səsverməsindən sonra o Samir ilə duet şəklində qələbə qazandı. 2008 Avroviziya Mahnı Müsabiqəsi Belqrad şəhərində Serbiyada keçirildi. İlk yarınfinalda duet 96 balla 6-cı yeri tutdu və finala çıxdı. Finalda təmsilçilərimiz 132 balla 8-ci oldular. Day After Day sinqli bir çox xarici ölkələrdə tanındı. Mahnıya çəkilmiş klip isə uzun müddət Azərbaycan çartlarında birinci yerdə qaldı.
İyul ayında Samir Elnur və digər müğənnilər ilə birlikdə Neolit restoranının reklam çarxında çəkilir. Daha sonra Elnur Hüseynovla birlikdə əfsanəvi ''Modern Talking'' qrupunun ''Cheri Cheri Lady'' mahnısını ifa edirlər.
Lakin daha sonradan onun barədə yayılan şaiələrə görə uzun müddət efirdən uzaqlaşır və istirahət edir.
Əvvəlki: - |
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində (Elnur ilə) 2008 |
Sonrakı: Aysel & Arəş |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.