Yunanıstan Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Remove ads
From Wikipedia, the free encyclopedia
Yunanıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1974-cü ildə qoşulmuş və ümumilikdə 40 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə 1975, 1982, 1984, 1986, 1999 və 2000-ci illərdə müsabiqədə iştirak etməmişdir. Yunanıstan ilk dəfə 2005 Avroviziya Mahnı Müsabiqəsində Elena Paparizunun ifa etdiyi "My Number One" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Yunanıstan Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə 20-ci əsr boyunca müsabiqədə yalnız iki dəfə (1977 və 1992-ci illərdə) ilk beşliyə daxil olsa da, 21-ci əsrdə əldə etdiyi yüksək nəticələr sayəsində ümumilikdə altı dəfə ilk beşlikdə, 18 dəfə isə onluqda yer almışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Yunanıstan hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2016-cı ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.
1974-cü ildə Avroviziyaya qoşulduqdan sonra növbəti il Yunanıstan Türkiyənin müsabiqəyə qoşulmasına etiraz olaraq Avroviziya 1975-də iştirakdan imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. İlk dəfə 1978-ci ildə hər iki ölkə birlikdə Avroviziyada iştirak etmişdir. 1982-ci ildə Yunanıstanın müsabiqə üçün seçdiyi mahnı daha öncə səsləndirilmiş olduğu üçün Avropa Yayım İttifaqı ölkəni bir illik müsabiqədən diskvalifikasiya etmiş və Yunan telekanalı müsabiqə təşkilatçılarına cərimə ödəməli olmuşdur. Yunanıstan növbəti ildə müsabiqəyə geri dönmüşdür. Bundan başqa Yunanıstan 1984-cü ildə maliyyə çətinlikləri və 1986-cı ildə isə müsabiqənin dini bayramla üst-üstə düşməsi ilə əlaqədar olaraq Avroviziyada iştirakdan imtina etmişdir. Müsabiqədə son beş ildə göstərdiyi zəif nəticələr səbəbindən Yunanıstan eyni zamanda 1999-cu ildə Avropa Yayım İttifaqının qərarı ilə müsabiqədə iştirak etməmiş və növbəti ildə isə könüllü olaraq ölkə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Yunanıstan Avroviziyaya 2001-ci ildə geri dönmüş və indiyədək hər il müsabiqədə iştirak etmişdir.
1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Yunanıstan hər il Kiprə, Kipr isə Yunanıstana maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur.
1974 | Yunanca | Marinella | "Krasi, Thalassa Kai T' Agori Mou" (Κρασί, θάλασσα και τ' αγόρι μου) |
11 | 7 | ||
1976 | Yunanca | Mariza Kox | "Panayia Mou, Panayia Mou" (Παναγιά μου, Παναγιά μου) |
13 | 20 | ||
1977 | Yunanca | Pasxalis Arvanitidis, Marianna Toli, Robert və Bessi |
"Mathima Solfege" (Μάθημα σολφέζ) | 5 | 92 | ||
1978 | Yunanca | Tania Tsanaklidu | "Charlie Chaplin" (Τσάρλυ Τσάπλιν) | 8 | 66 | ||
1979 | Yunanca | Elpida | "Sokrati" (Σωκράτη) | 8 | 69 | ||
1980 | Yunanca | Anna Vissi | "Autostop" (Ωτοστόπ) | 13 | 30 | ||
1981 | Yunanca | Yannis Dimitras | "Feggari Kalokerino" (Φεγγάρι καλοκαιρινό) | 8 | 55 | ||
1983 | Yunanca | Kristi Stassinopulu | "Mou Les" (Μου λες) | 14 | 32 | ||
1985 | Yunanca | Takis Biniaris | "Miazoume" (Μοιάζουμε) | 16 | 15 | ||
1987 | Yunanca | Bang | "Stop" (Στοπ) | 10 | 64 | ||
1988 | Yunanca | Afroditi Frida | "Clown" (Κλόουν) | 17 | 10 | ||
1989 | Yunanca | Mariana Efstratiu | "To Diko Sou Asteri" (Το δικό σου αστέρι) | 9 | 56 | ||
1990 | Yunanca | Xristos Kallou və Wave | "Horis Skopo" (Χωρίς σκοπό) | 19 | 11 | ||
1991 | Yunanca | Sofia Vossu | "I Anixi" (Η άνοιξη) | 13 | 36 | ||
1992 | Yunanca | Kleopatra | "Olou Tou Kosmou I Elpida" (Όλου του κόσμου η Ελπίδα) |
5 | 94 | ||
1993 | Yunanca | Keti Ğarbi | "Ellada, Chora Tou Fotos" (Ελλάδα, χώρα του φωτός) |
9 | 64 | ||
1994 | Yunanca | Kostas Biğalis | "To Trehandiri" (Το τρεχαντήρι) | 14 | 44 | ||
1995 | Yunanca | Elina Konstantopulu | "Pia Prosefhi" (Ποια προσευχή) | 12 | 68 | ||
1996 | Yunanca | Mariana Efstratiu | "Emeis Forame to Himona Anixiatika" (Εμείς φοράμε το χειμώνα ανοιξιάτικα) |
14 | 36 | 12 | 45 |
1997 | Yunanca | Marianna Zorba | "Horepse" (Χόρεψε) | 12 | 39 | ||
1998 | Yunanca | Thalassa | "Mia Krifi Evesthisia" (Μια κρυφή ευαισθησία) |
20 | 12 | ||
2001 | İngiliscə, Yunanca | Antique | "(I Would) Die for You" | 3 | 147 | ||
2002 | İngiliscə | Mixalis Rakintzis | "S. A. G. A. P. O." | 17 | 27 | ||
2003 | İngiliscə | Mando | "Never Let You Go" | 17 | 25 | ||
2004 | İngiliscə | Sakis Ruvas | "Shake It" | 3 | 252 | 3 | 238 |
2005 | İngiliscə | Elena Paparizu | "My Number One" | 1 | 230 | ||
2006 | İngiliscə | Anna Vissi | "Everything" | 9 | 128 | ||
2007 | İngiliscə | Sarbel | "Yassou Maria" (Γεια σου Μαρία) | 7 | 139 | ||
2008 | İngiliscə | Kalomira | "Secret Combination" | 3 | 218 | 1 | 156 |
2009 | İngiliscə | Sakis Ruvas | "This Is Our Night" | 7 | 120 | 4 | 110 |
2010 | Yunanca, İngiliscə | Yorğos Alkayos ilə dostları | "OPA!" (ΩΠΑ!) | 8 | 140 | 2 | 133 |
2011 | Yunanca, İngiliscə | Lukas Yorkas ilə Stereo Mike | "Watch My Dance" | 7 | 120 | 1 | 133 |
2012 | İngiliscə | Elefteria Elefteriu | "Aphrodisiac" | 17 | 64 | 4 | 116 |
2013 | Yunanca, İngiliscə | Koza Mostra ilə Ağafon Yakovidis | "Alcohol Is Free" | 6 | 152 | 2 | 121 |
2014 | İngiliscə | Freaky Fortune ilə RiskyKidd | "Rise Up" | 20 | 35 | 7 | 74 |
2015 | İngiliscə | Mariya Elena Kiriaku | "One Last Breath" | 19 | 23 | 6 | 81 |
2016 | İngiliscə, Yunanca | Arğo | "Utopian Land" | 16 | 44 | ||
2017 | İngiliscə | Demi | "This is Love" | 19 | 77 | 10 | 115 |
2018 | Yunanca | Yanna Terzi | "Oneiro Mou" (Όνειρο Μου) | 14 | 81 | ||
2019 | İngiliscə | Katerina Duska | "Better Love" | 21 | 74 | 5 | 185 |
Yunanıstanın ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | Kipr | 324 |
2 | İspaniya | 125 |
3 | Albaniya | 123 |
4 | Böyük Britaniya | 120 |
5 | Rumıniya | 107 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
İl | Şəhər | Ev sahibi | Aparıcılar |
---|---|---|---|
2006 | Afina | Olympic Indoor Hall | Mariya Menunos və Sakis Ruvas |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.